Çingiz Abdullayev: "Gözəl qadınların hamısı cəhənnəmlikdir"

Çingiz Abdullayev: "Gözəl qadınların hamısı cəhənnəmlikdir""Əgər Allahla görüşsəm ona çox sağ ol deyərəm".

Bu sözləri bu gün 63 yaşı tamam olan dünya şöhrətli detektiv yazıçı, Azərbaycanın Xalq yazıçısı, publisist Çingiz Abdullayev "Report"a müsahibəsi zamanı deyib.

Sözügedən müsahibəni təqdim edirik:

- Müsahibələrinizin birində demisiniz ki, mən bu qədər işi sevdiyimə görə çatdırıram, sevdiyim üçün yazıram, yaradıram və yaşayıram. Necə düşünürsünüz, sizcə, insan həyatını necə yaşamalıdır?

- Bəlkə də mənim kimi yaşamalıdır. Gün ərzində 3-4 saat yatıram. Bir neçə gün öncə katibimiz (Azərbaycan Yazıçılar Birliyinin katibi) Səlim Babullaoğlu dedi ki, mən neçə ildir sizə baxıram, ancaq indi başa düşdüm ki, siz insan deyilsiniz, siz "vezdexod"sunuz (yolsuzluq şəraitində gedən nəqliyyat vasitəsi). Çünki insan bu qədər işi çatdıra bilməz. Çatdırıram ona görə ki, sözün əsl mənasında yaşayıram. Bilmirəm sabah necə olacaq. Amma hər dəqiqəmi, hər saatımı yaşayıram. Həm öz işlərimi, həm də bu həyatı sevirəm.

- Dante Aligyerinin "İlahi komediya" əsərinə inansaq, cəhənnəmin 9 mərhələsi var. Çingiz Abdullayev cəhənnəmi necə təsvir edir?

- Bir dəfə zarafatla demişdim ki, əgər şansım olsa, mən cəhənnəmi seçərdim. Ona görə ki, gözəl qadınların hamısı oradadır. Ümumiyyətlə, gözəl qadınların hamısı cəhənnəmlikdir. Elə ağıllı kişilər də cəhənnəmlikdir. Təbii ki, bu zarafat idi. Görünür, mən hələlik cəhənnəmə düşmərəm. İndiyə qədər rüşvət almamışam, heç bir qadını incitməmişəm, elə dostum olmayıb ki, ona sadiq çıxmayım. Belə olduğu halda, Allah məni oraya göndərməməlidir. Amma yenə də hər şey onun əlindədir.

- Bəs cənnəti necə təsəvvür edirsiniz?

- Mən bunu hər zaman deyirəm yaxşı yazıçı əbədiyyətdə xalqın vəkilidir. Bilmirəm ki, mən necə yazıçıyam, amma istərdim ki, məndən əlli, yüz, iki yüz il sonra da kitablarımı oxusunlar. Bilsinlər ki, biz necə yaşayırdıq, mövqeyimə inansınlar. İnansınlar ki, biz özümüzü insan kimi aparmışdıq, biz öz torpaqlarımızı qaytara bildik, biz ləyaqətlə bu torpaqlarda, bu dünyada yaşamışıq. Bəlkə də, xoşbəxtlik odur ki, sən olmayanda da səni tanısınlar, oxusunlar və bilsinlər. Rüstəm İbrahimbəyov deyirdi ki, əgər ləyaqətli yaşasan, sənin dəfninə də ləyaqətli insanlar gələcək. Əslində, biz cənnəti istədiyimiz hər şeyi yeyə biləcəyimiz, ətrafımızda gözəl qızların, gəzdiyimiz və getdiyimiz hər yerin mükəmməl olduğu bir məkan kimi təsəvvür edirik. Çox adam cənnəti belə fikirləşir. Hələ bəziləri fikirləşir ki, pul da çox olmalıdır. Lakin mən qəti bilirəm ki, pul ilə xoşbəxtlik ala bilməyəcəksən. Bunu hər zaman demişəm və deyəcəyəm. Pul yaşamaq üçün etalondur, amma xoşbəxt olmaq üçün etalon deyil. Ən böyük xoşbəxtlik odur ki, sənin sağlam ailən, övladların və nəvələrin olsun. Bundan böyük xoşbəxtlik yoxdur.

- Orta əsrlər dövründə şərqdə bəşəriyyətin dahi insanları yaradıcılıqla məşğul olub. Hazırda Şərq və Qərbin müqayisəsini etsək, vəziyyət necədir?

- Mən ürək ağrısı ilə deyirəm ki, Qərbdə hazırda dahi insanlar var ki, yaradıcılıqla məşğuldur, Şərqdə isə bu, daha az müşahidə olunur. Bu yaxınlarda Heydər Əliyev Fondu bizi Dubaya göndərmişdi. Oradan yenicə qayıtmışıq. Bilirsiniz, baxırsan ki, orada hər şey var. Böyük pullar, möhtəşəm binalar və s. Amma son 50-100 ildə oradan bir yazıçı, rəssam, bəstəkar, həkim, bir alim çıxmayıb. Ona görə deyirəm pul hər şeyi həll etmir. Elə bu baxımdan qərbdə indi belə insanlar var, şərqdə isə azalır. Bizdə də Tahir Salahov, Rüstəm İbrahimbəyov, Arif Məlikov, Rəşid Behbudov, Müslüm Maqamayev, Lütfəli Ələsgərzadə kimi dahilər var idi.

- Ölməkdən qorxursunuz?

- Cavanlıqda qorxurdum, amma indi qorxmuram. Bəlkə də, qorxuram, bilmirəm. İnsan yaşa dolduqca ölümdən daha az qorxur, daha çox qorxmalıdır, amma daha az qorxur. Mənim yadımdadır ki, doxsan yaşında qoca bir kişi deyirdi ki, mən yaşamaqdan yorulmuşam. Mən isə yorulmamışam. Hiss edirəm ki, mənim 30 yaşım var. Həmişə hiss edirdim ki, 16 yaşım var, amma indi 30-a yaxınlaşdığımı düşünürəm (gülür). Amma onu deyim ki, bütün azərbaycanlılar kimi mənim də arzum var: nəvələrimin toyunu görmək. Nəvələrimin toyunu görsəm, onda tam razı olaram.

- Sirriniz çoxdur?

- Kitablarda, bəli, çoxdur.

- Həyatda necə? Əslində, kitablar da bir növ həyatın özüdür.

- Bəli, düzdür. Həyatda da var. Bilirsiniz, kişi gərək kişi olsun. İndiki kişilərə baxanda adam utanır. Baxırsan kişidir, qadınla münasibəti var və bunu hər yanda danışır, bununla "fəxr" edir. Özünü də, qadını da biabr edir. Hələ televiziya kanallarında nələr var, nələr. Bir-birilərini biabr edirlər. Sən axı kişisən. Özünü kişi kimi apar. Bir qadın mənə deyib. Kişilər qalmayıb e, Çingiz müəllim. Kişilər bir qadını tanıyır və o qadını tanıdığını hər kəsə danışır. Özündən utanmırsan, A kişi?! Kişi, kişi olmalıdır, bu çox vacibdir. Ona görə də, bəli, sirlər olmalıdır.

- Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı Şuşada keçiriləcək. Sədrliyə namizədlər kimlərdir? Sizin namizəd olmağınız mümkündür?

- Mən bilmirəm bunu sizə kim deyib, amma biz doğrudan da qurultayı Şuşada keçirmək istəyirik. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllim bunu hörmətli Prezident İlham Əliyevə də deyib. İndi imkan olsa istəyirik ki, qurultayı orada keçirək. Mən AYB-nin birinci katibiyəm. İndi bilmirəm məni seçərlər ya yox, amma bizim sədrimiz Anardır. Mən sizə ciddi və səmimi deyirəm, onunla 34 ildir işləyirəm. Mən bilirəm ki, o, Azərbaycan üçün nə qədər işlər görüb. Əgər, səsvermə olsa, mən səsimi Anara verəcəyəm. İndi siz Anarın yaşı ilə bağlı sual verə bilərsiniz. Bilirsiniz, bu futbol deyil ki, 20-30 yaşlı insanları tapaq. Bura Yazıçılar Birliyidir və burada ağsaqqal sözünə hər zaman ehtiyac var. Ona görə, əgər, Anar namizədliyini irəli sürsə mən səsimi ona verəcəm.

- Taleyinizdən razısınız?

- Həyatımdan, bəli, razıyam. Əgər, mən Allahla görüşsəm Ona çox sağ ol deyərəm. Qeyd etdiyim ki, əsas ailəm, övladlarım və nəvələrim sağlam və xoşbəxt olsunlar. Mən başqa heç nə istəmirəm. Bəzən Nobel mükafatı deyirlər. Əlbəttə, versələr çox sevinərəm. Amma bu qədər mükafat, orden və ad almışam. Azərbaycanın ən gənc xalq yazıçısı olmuşam. Hətta, nəinki Azərbaycanda, heç keçmiş SSRİ-də bu yaşda heç kim Xalq yazıçısı adı almayıb. Bundan böyük nə ola bilər. Bəli, mən xoşbəxtəm. Bəzən insanlar bunu deməyə çəkinir. Amma, mən bu gün rahatlıqla deyirəm ki, xoşbəxtəm. Bundan sonra isə ən böyük arzum nəvələrimin toyunu görməkdir.

- Müşahidə Şurasının sədri olduğunuz "Neftçi" çempionluq şansını demək olar ki, itirib. Ötənilki uğurun təkrar olunmamasının səbəbi nədir?

- Necə çempion deyilik?! Biz çempionuq. Hazırda sizinlə Azərbaycanın çempionu danışır (gülür). Bu gün, 2022-ci ilin aprel ayı "Neftçi" çempiondur. Bundan böyük uğur ola bilməz və mən bunu fəxrlə deyirəm. Bilmirdim ki, mən 63 yaşımda Azərbaycanın futbol üzrə çempionu olacam. Mənə dedilər ki, Müşahidə Şurasında hər kəs çempion olur. Fərhad Bədəlbəyli 75 yaşında Azərbaycanın çempionu oldu. Biz də bununla fəxr edirik.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1939   Tarix: 07 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aparıcılar arasında xaos niyə bitmir? - ŞƏRH

Azərbaycan televiziiyalarında son illər müşahidə olunan vəziyyət cəmiyyətdə ciddi narazılıq yaratmağa davam edir. Bir zamanlar maarifləndirici və mədəniyyət platforması hesab olunan efirlər indi qalmaqal, şəxsi həyat müzakirələri və etik çərçivələri aşan davranışlarla gündəmə gəlir. Xüsusilə bəzi aparıcıları

8 may
.

Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: "Dolabda dollar "paçka"ları var idi"

Bakının Sabunçu rayonunda yeniyetmə oğlan villadan oğurluq edib. Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində baş verib. Həmin ünvanda yaşayan Etibar Məmmədov və onun oğlu Orxan Məmmədova məxsus üç mərtəbəli evdən 19 min ABŞ dolları (32.300 manat) oğurlanıb. Məlu

8 may
.

Stresslə mübarizənin ƏN EFFEKTİV yolu açıqlandı

Stresslə necə mübarizə aparmağın yolları açıqlanıb. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə psixologiya üzrə fəlsəfə doktoru və yazıçı Mixail Xors yerli mətbuata danışıb. Mütəxəssisin fikrincə, stressin iki növü var: bioloji və emosional. Xors qeyd edib ki, "Bioloji stress həyatdak

7 may
.

Sabah 22 dərəcə isti olacaq

Mayın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərind

7 may
.

UNEC-in əməkdaşı 55 yaşında vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı Leyla Mustafazadə vəfat edib. xəbər verir ki, Leyla Mustafazadə 55 yaşında dünyasını dəyişib. O universitetin Xarici Dillərin Tədrisi Mərkəzinin icraçı assistenti olub. Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi feysbuk hesabınd

8 may
.

Nazir bu instituta direktor təyin etdi

Dosent Nazilə Salmanova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi Tədqiqat İnstitutunun direktoru təyin edilib. Qaynarinfo xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb

8 may
.

Nazirlikdən çıxarılan Təranə Əhmədovaya TƏBİB-də vəzifə verildi

Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən Təranə Əhmədovaya yeni vəzifə verilib. -a daxil olan məlumata görə, o, işdən çıxarıldığı gün TƏBİB-də vəzifəyə təyin olunub. Məlumatda bildirilir ki, T.Əhmədovaya əvvəlki sahə üzr

7 may
.

Bu şəxslər Prezidentin fərdi təqaüdünü alacaq - Siyahı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərd

7 may
.

Akif İslamzadə ürək əməliyyatı keçirdi: Vəziyyəti necədir?

Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. xəbər verir ki, bu barədə "Teleqraf"a sənətkarın oğlu Ayxan İslamzadə məlumat verib. O bildirib ki, atası təxminən yarım saat əvvəl ürək əməliyyatı olunub:. "Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiy

8 may