Ukraynada silaha sarılan karateçi dünyanın ən yaxşı idmançısı seçildi - FOTO
Ukraynalı karateçi, olimpiya mükafatçısı, X Ümumdünya Oyunları və II Avropa Oyunlarının qalibi Stanislav Qoruna Beynəlxalq Ümumdünya Oyunları Assosiasiyası (IWGA) tərəfindən mart ayının ən yaxşı idmançısı seçilib.
Sonxeber.az Milli.Az-a istinadən bildirir ki, son Avropa çempionu olan və 2020-ci ilin ikinci ən yaxşı atleti seçilmiş Qoruna martın 1-də Ümumdünya Oyunlarına vəsiqə də qazanıb. O, dünya reytinqində 75 kq çəki dərəcəsində ikinci olmaqla bu hüququ əldə edib.
Lakin 33 yaşlı idmançının ABŞ-ın Birmingem şəhərində (Alabama ştatı) 7-17 iyul tarixlərində keçiriləcək XI Ümumdünya Oyunlarında iştirakı sual altına düşüb. Buna səbəb Lvovdan olan idmançının əlinə silah alıb vətənini müdafiə etməsi üçün Ukrayna ordusuna qoşulmasıdır.
Bu barədə IWGA-nın prezidenti Xose Perurena və Birmingem Təşkilat Komitəsinin rəhbəri Nik Selers çıxış edib: "Biz hər şeyi edəcəyik ki, Stanislav Qoruna və Ukraynadan olan digər idmançılar (ümumilikdə 137 Ukrayna idmançısı bu yarışa vəsiqə qazanıb - S.M.) öz ölkələrini Ümumdünya Oyunlarında təmsil etsinlər".
Qeyd edək ki, 75 kq çəki dərəcəsində Ümumdünya Oyunlarına Azərbaycandan Rafael Ağayev vəsiqə qazana bilməyib. O, son dünya çempionatında ilk "üçlüy"ə düşə bilmədiyi və martın 1-də açıqlanmış reytinqdə ilk sıralarda qərarlaşmadığı üçün bu mötəbər yarışdan kənarda qalıb.
Azərbaycanı katada Roman Heydərov, kumitedə Asiman Qurbanlı (+84 kq) və İrina Zaretskaya (-68 kq) təmsil edəcəklər. Asiman ötən il Dubayda keçirilmiş dünya çempionatında bürünc, İrina isə qızıl medal qazandığı üçün bu hüquqa yiyələnib.

Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1774 Tarix: 08 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar
Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Bu barədə -a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlü
18 sentyabr"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib
Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar
12 sentyabrŞahin Mustafayev yenidən federasiya prezidenti seçildi
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. ASTF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahin Mustafayev qarşıdakı 4 il ərzində də bu vəzifəni icra edəcək. Qeyd edək ki, Ş.Mustafayev 2014-c
16 sentyabr"Zaqatala"nın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb
Azərbaycan I Liqasının II turunun "Karvan-Yevlax" - "Zaqatala" matçında xəsarətlə nəticələnən təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb, klubu isə 100 manat cərimələnib. xəbər verir ki, bu barədə AFF
23 sentyabrAzərbaycan Kubokunun püşkü atıldı
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada
18 sentyabrİnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub
İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola
12 sentyabrNeymar "Santos"u FIFA qadağasından xilas etdi
"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı
13 sentyabrMert Günok Türkiyə millisindəki karyerasını başa vurub
"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib
18 sentyabr