Azərbaycanın yeganə canlı "heykəli": "Mən pulla işləmirəm" - FOTO

Azərbaycanın yeganə canlı "heykəli": "Mən pulla işləmirəm" - FOTOPaytaxtın Nizami küçəsi...

Bəzən sizin də yolunuz tez-tez bu küçədən keçir. Bəlkə də, ani jestləri ilə ətrafdakıları təəccübləndirən, daha doğrusu "qorxudan" heykəl adamla siz də rastlaşmısınız. Sanki heykəldi, amma sonradan anlayırsan ki, o da canlıdır.

"Küçə sənəti" ifadəsinin əvvəlində "küçə" sözü olduğundan bəzi insanlar buna qeyri-ciddi yanaşırlar. Bəziləri isə dəstək olur. Sözsüz ki, bu normal haldır. Çünki bir teatrı və ya filmi zalda oturan hər kəs bəyənmək məcburiyyətində deyil. Amma bütün bunlara baxmayaraq sənət həmişə və hər yerdə sənətdir. İstər küçədə, istərsə də qapalı məkanda".

Elə bu sözləri Lent.az-ın əməkdaşı ilə söhbətində "Cansız heykəl"i canlandıran Pərviz Abdullayev deyir.

Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Pərviz hazırda aktyor, ssenarist həmçinin küçə sənəti ilə məşğuldur. O, canlı heykəl işini Türkiyədə eyni işi görən dostundan öyrənib:
Azərbaycanın yeganə canlı "heykəli": "Mən pulla işləmirəm" - FOTO"Keçən ilin yay ayında qardaşımla film çəkilişi üçün Türkiyəyə getmişdik. Orada "Pantomim" teatrının keçmiş aktyoru Rafiz Mehdizadəylə görüşdüm. Rafiz orada Pat Atölye adında özəl teatrda aktyor və rejissor kimi çalışır, həmçinin küçə sənəti ilə də məşğuldur. Elə canlı heykəli də orada Rafizdən öyrənmişəm. Adını çəkdiyim teatr rəhbəri Esin Aslan mənə canlı heykəl olmaq üçün şərait yaratdı və canlı heykəl kimi ilk dəfə elə İstanbulda Kadıköydə küçəyə çıxdım. Və küçəyə çıxmaq üçün çox həyəcanlı idim. İlk dəfədən elə doğma gəldi ki, mənə. Elə bil illərdir bu işlə məşğulam.
Azərbaycanın yeganə canlı "heykəli": "Mən pulla işləmirəm" - FOTODüşündüm ki, bizim ölkədə niyə olmasın? Bu təşəbbüsü Azərbaycanda ilk dəfə irəli sürə bildiyim üçün çox sevinirəm".

Pərviz deyir ki, saçı uzun olduğu üçün bəzən "qızdır, ya oğlan" kimi fikirlər səsləndirirlər:

"Məni izləməyə gələn tamaşaçıların reaksiyaları müxtəlif olur. Elə olur ki, bir neçə dəqiqə bir nöqtəyə dikilib qalıram. Qarşımdan keçənlər məni həqiqi heykəl hesab edir. Bəziləri isə - "həqiqidir, yəqin təzə qoyublar bu heykəli" , "robotdur, içində adam var" deyirlər. Əgər ümumi mənzərəni götürsək, düşünürəm ki, insanlara xoş təsir bağışlayıram. Hətta bir uşağın valideyni mənə mesaj yazmışdı ki, oğlum sizi çox sevib, hər gün bağçadan çıxanda sizi görmək üçün yolumuzu Nizami küçəsindən salırıq.
Azərbaycanın yeganə canlı "heykəli": "Mən pulla işləmirəm" - FOTOSəyyar tamaşaya insanları hazırlamaq yox, insanlar üçün səyyar tamaşa hazırlamağı daha düzgün hesab edirəm".

Canlı heykəl hesab edir ki, ölkəmizdə meydan teatr festivalları keçirilsə, buna insanlar da öyrəşər və daha çox marağa səbəb olar.

Pərviz deyir ki, bu peşə üçün xüsusi təhsil yoxdur. Canlı heykəl olmaq üçün professional teatrın tələb etdiyi kimi aktyor öz bədən dilini, pozisiyalarını və bədəninin sıfır nöqtələrini dəqiq bilməlidir. Öz bədənini tanımaq aktyora istər səhnədə, istər küçə sənəti nümayiş etdirəndə, istərsə də kamera önündə çox yardımçı olur.

"Yeriyən heykəl"i gördüyümüz an bir sual yaranır: bəs, heykəlin qrimini necə edirlər?

"Bir çox insana daha çox qrimim maraqlıdır. Bunun qrim olduğunu bilməyib maska, karton və s. deyənlər də var. Heykəl olduğum vaxt ətrafımda toplaşan insanların dialoqlarını eşidirəm. Deyirlər ki, görəsən üzünü necə yuyur? Görəsən necə yatır? Bu geyimi necə geyinib? Saçı uzundur, deyəsən qızdır. Amma, saqqalı da var axı. Yaşlıdır, ya cavandır? Gözünü qırpmadan necə qalır? Bu kimi sözlər deyirlər. Bu da mənə maraqlı gəlir".
Azərbaycanın yeganə canlı "heykəli": "Mən pulla işləmirəm" - FOTOPərviz deyir ki, məni görmək üçün Fəvvarələr Meydanına hər gün gəlmək lazım deyil. Çünki heykəl adam həftənin müxtəlif günləri şəhərə çıxır.

"Tarkovski demişkən, "ən təhlükəli məqam müvəqqəti axmaqlıqdır". Həmçinin, Vsevolod Meyerholdun dediyi kimi, "sənin fikrinlə razı deyiləm, amma sənin fikrinin müəyyən yerə çatması üçün əlimdən gələni edərəm". Susmaq mənim üçün həmişə daha effektivdir. Susaraq daha çox öz suallarımıza cavab verə bilirik".

Bu günlərdə qazancına gəldikdə isə "Pis deyil, min bərəkət" deyən Pərviz konkret məbləği açıqlamadı:

"Nə qədər klassik cavab olsa da, demək istəyirəm ki, bu peşədən maddi tərəfi yaxşılaşdırmaq üçün yox, sənət nümayiş etdirmək üçün istifadə edirəm.
Bir məqamı da xüsusi qeyd etmək istəyirəm ki, "Heykəl adam"la şəkil çəkdirmək və ya onu izləmək üçün insanlarda pul vermək məcburiyyəti yaranır. Bu heç də belə deyil. Mən pulla işləyən aparat deyiləm ki, insanlar pul verəndə hərəkət edim".
Paytaxt sakinləri ilə söhbət zamanı bəlli olur ki, onların marağına səbəb olan həm də daş heykəl hesab etdikləri adamın sonradan hərəkət etməsidir.
Azərbaycanın yeganə canlı "heykəli": "Mən pulla işləmirəm" - FOTOPaytaxt sakini Fazilə Rəhimova bunun çox gözəl hiss olduğunu, hər zaman belə təşəbbüsləri Avropa ölkələrində gördüyümüzü amma bugünkü gündə şəhərimizdə nümayiş olunduğu üçün xoşbəxt hiss etdiyini deyir.

Mənsur Həsənov bildirir ki, belə təşəbbüslər "küçə sənəti" ni inkişaf etdirir:
"Avropada və ya inkişaf etmiş ölkələrdə olduğu halda bizdə niyə olmasın. Bundan da əlavə, insanların diqqətini çəkmək üçün, uşaqları əyləndirib, küçə sənətini inkişaf etdirmək üçün çox yaxşıdır.
Azərbaycanın yeganə canlı "heykəli": "Mən pulla işləmirəm" - FOTOBu da belə... "Canlı heykəl"in dediyi kimi, cismən heykəl olsaz da, ruhən heykələ çevrilməyin...

Son söz əvəzi

Qeyd edək ki, Bu layihə Dövlət Turizm Agentliyinin tabeliyində olan Bakı Turizm İnformasiya mərkəzinin layihəsidir. İdeya Pərviz Abdullayevə məxsus olsa da, bu təşəbbüsü həyata keçirmək üçün Bakı şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi və Bakı Baş Mədəniyyət İdarəsi layihəyə dəstək olur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1560   Tarix: 08 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21 oktyabr
.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22 oktyabr