"Məndən üstün oxuyan kim var?" deyən müğənniyə nazirlikdən cavab - YENİLƏNİB + VİDEO
Müğənni Mətanət Əsədovanın Mədəniyyət Nazirliyinə ünvanladığı ittihamlar cavabsız qalmayıb.
Məsələ ilə bağlı nazirlikdən Lent.az-a açıqlama verilib.
Açıqlamada deyilir:
"Azərbaycan Respublikası Prezidentinin 14 may 1999-cu il tarixli 130 nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnaməsinə əsasən mədəniyyətimizin inkişafında xidmətləri olan incəsənət xadimlərinə fəxri adlar yaş həddinə, yaxud uzunillik fəaliyyətə görə deyil, milli mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında verilir".
17:24
Müğənni Mətanət Əsədova Mədəniyyət Nazirliyini sərt tənqid edib.
Lent.az-ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, Mədəniyyət Nazirliyi onun fəaliyyətini düzgün qiymətləndirmir:
"Nə sənətimdə, nə də şəxsi həyatımda uğur olub. Düz 34 ildir ki, sənətdəyəm. Neçə mədəniyyət naziri dəyişilib? Onlar haraya baxırlar? Mən Mədəniyyət Nazirliyini tanımalı deyiləm. Onun nəzdində olan müğənniyəm. O məni tanımalıdır. O özü çox gözəl görür. Guya görmür? Bir dənə zəif ifamı göstərsin.
Konserti nəylə verim? Mədəniyyət Nazirliyindən bir nəfər gəlib mənə demədi ki, konsertini təşkil edirəm, bir tək oxumaq sənlikdir. Mənim maddi gücüm çatmır ki, konsert verim. Mənim pulum yoxdur. Bilirsiniz, saraylar konsert üçün nə qədər pul istəyir? Bunu hamı bilir. Konsert salonları ödənişlidir. Səsim, səhnə yaraşığım, zövqüm var. Mən dövlət konsertlərinin heç birində yoxam. Niyə? Kimdir məndən üstün oxuyan? 80 yaşımda dövlət konsertlərində oxuyacam? Neçə gözəl sənətkar kənarda qalmışıq. Nazirliyin bizdən xəbəri var? Mən indi ""Əməkdar", "Xalq artisti" adları, "Şöhrət" yox, "İstiqlal" ordeni almalı idim. Mənim yaşım və səhnə təcrübəm də ona əsas verir.
Durub bundan ötrü ölkə rəhbərliyinə məktub yazım? Sizi bu vəzifəyə qoyublar ki, işləyəsiniz, insanlarla maraqlanasınız".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"
"Hər valideynə nəvələri ilə 2-3 il, gəlinlərə də heç olmasa, qayınanası ilə 2 il qalmağı arzu edirəm. Bunların hamısı bir məktəbdir". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətçi hazırda gəlinindən ayrı yaşasa da, münasibətlərini
3 oktyabrMingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü
Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb
10 oktyabrAfaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın
4 oktyabrOğlu buna görə Fatimə ilə yaşamır
Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı
10 oktyabrMəşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO
Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas
27 sentyabr"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı
27 sentyabr"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
10 oktyabrBayhan dinini dəyişib?
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı
17 oktyabr