Pandemiyanın sonunda "Qarabağ" vaksininin istehsalı EFFEKT VERƏCƏKMİ?
Azərbaycanlı alimlər yerli vaksin istehsalı hazırlıqlarına başlayıblar. Azərbaycan Milli elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu tərəfindən istehsal olunacaq yerli vaksinə "Qarabağ" adı verilib.
Bu barədə AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov məlumat verib.
ABŞ-da vaksinlərin hazırlanması işlərində yaxından iştirak edən, çoxsaylı patentlərin və məqalələrin müəllifi olan professor Tərlan Məmmədovun hazırladığı vaksin Ümumdünya Səhiyyə Təşkilatının prekliniki mərhələdə olan vaksinlər siyahısına daxil edilib.
O, müvafiq işlərə 20 nəfərdən ibarət komandası ilə pandemiyanın ilk günlərindən etibarən başlayıb.
Tərlan Məmmədovun bildirdiyinə görə, yeni növ koronavirus RNT genomlu olduğu üçün onun mutasiyaya uğrayacağını öncədən bildiriyi üçün vaksin hazırlanmasında bu mutasiyaların neqativ effektini nəzərə alıb.
Müvafiq olaraq, COVID-19-a qarşı iki RBD əsaslı və bir kokteyl əsaslı yerli peyvənd hazırlanıb. Alim bu peyvəndlərin Delta və Omikron (60-dən çox mutasiyası olan) variantlarına qarşı çox effektiv olduğunu və ümumiyyətlə, gələcəkdə ortaya çıxacaq bütün mutasiyalara qarşı dayanıqlı ola biləcəyini vurğulayıb. Vaksin üzərində işlər başa çatdıqda onu "Qarabağ" adlandırmağı düşünür.
Pandemiyanın sonunda və ölkədə 5 adda vaksin mövcud olduğu bir vaxtda yerli peyvəndin tətbiqi effektli olacaqmı? Yerli vaksinin dünya bazarına çıxış imkanları səmərə verəcəkmi?
Məsələ ilə bağlı radioloq-həkim Aydın əliyev Bizim.Media-ya bildirib ki, əgər yeni peyvənd təkcə COVID-19-a qarşı istehsal olunubsa, bu gecikmiş bir addımdır:
"COVID-19-a qarşı peyvənd istehsal olunursa, bu təbii ki, aktuallığını itirir. Yox, ümumiyyətlə bu, qurulan sistem istənilən infeksion və yoluxucu xəstəliyə qarşı təsirli olacaqsa, bu gözəl təşəbbüsdür. Çox güman ki, o labaratoriya digər yoluxucu xəstəliklər üçün də peyvənd hazırlamağa zəmin yaradacaq. Əslində bu layihəyə illər öncə başlamaq lazım idi".
Aydın Əliyev yerli peyvəndin dünya bazarına çıxarılması məsələsinə də münasibət bildirib.
O, deyib ki, biz öz peyvəndimizi xaricə çıxarmaq istəyəriksə, dünyada mövcud olan müxtəlif qurumlardan sertifikat almalı olacağıq.
O qurumların ekspertləri gəlib baxacaqlar. Əgər avropa standartlarına uyğun gələrsə, o zaman rəy verəcəklər və rahat şəkildə peyvəndin xaricə çıxışı təmin olunacaq. Onlardan həmin sertifikatı ala bilməsək, yerli peyvəndin dünya bazarında satışı mümkün olmayacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
Qızıl bazarında son vəziyyət
Sabah Bakıya yağış yağacaq
Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı