"Cəmi 30 manat cərimə olunmaqla canlarını qurtaracaqlar" - Ekspertdən ETİRAZ
"Gecə klubunda baş verən dəhşətli partlayış hadisəsi propan qaz balonlarının nə qədər təhlükəli olduğunu bir daha göstərdir. Bu hadisədən sonra ictimai-iaşə obyektlərində, kafə və restoranlardan propan qaz balonlarının yığılması üçün əlaqədar qurumlar reydlər keçirirlər. Sahibkarlara bu qaz balonlarının obyetklərdən kənarlaşdırılması barədə xəbərdarlıq edilir. Təbii ki, bu belə də olmalıdır. Qanunla qaz balonlarının ictimai-iaşə obyektlərində istifadəsi qadağandır".
Bu sözləri Sonxeber.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.
O, qeyd edib ki, propan qaz balonlarını obyektlərdən götürmək üçün heç bir quruma qanuni səlahiyyət verilməyib:
"Lakin qaz balonlarını kim kənarlaşdıracaq, necə kənarlaşdıracaq və hara kənarlaşdıracaq? Bu, sual doğurur. Bununla bağlı heç bir dövlət qurumuna səlahiyyət verilməyib. Nə FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin, nə "Azəriqaz" İB-nin, nə də Energetika Nazirliyinin bununla bağlı səlahiyyəti yoxdur.
Halbuki qaz balonlarını obyektlərdən aparmaq üçün hansısa qurumun bununla bağlı səlahiyyəti olmalıdır. Qaz balonları xüsusi maşınlarda və bununla bağlı ayrılmış xüsusi yerə, poliqona aparılmalıdır. Orada istifasəsi yararsız olan balonların utilizasiyası olmalıdır. Ancaq indiki halda bu qaz balonlarının doldurulması, daşınması, ünvanlarda quraşdırılması və onlara texniki qulluğun göstərilməsinə hansı qurum nəzarət edir?
İnsanlar rahatlıqla yanacaqdoldurma məntəqələrində bu balonlarını doldurub şəxsi maşınla daşıyırlar. Hansısa qurum obyektlərdən yığışdırıb aparsa belə, bu qaz balonlarını hara aparacaq? Harada saxlayacaq? Necə utilizasiya edəcək? Bu işlərin həyata keçirilməsi üçün qanun layihəsinin qəbuluna və mövcud qanunvericilikdə əlavə və dəyişikliklərin edilməsinə ehtiyyac var.
Bu gün isə bu qaz balonlarını obyetkdən kənarlaşdırmaq vətəndaşın ixtiyarında qalıb. Vətəndaş da qaz balonunu (qanunla qadağan olsa da) öz şəxsi maşınına qoyub aparır və ya evində, ya həyətində, ya da obyetin çölündə saxlayır. Belə olan halda təhlükə yenə də qalmaqdadır. Yenə də istifadəyə davam etdikdə isə, ən yaxşı halda, aşkarlanacaq və fiziki şəxslər cəmi 30 manat cərimə olunmaqla canlarını qurtaracaqlar".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5667 Tarix: 11 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt indi də oğurluq etdi
"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut
21 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabrİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrXƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23 oktyabrEvlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabrYasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23 oktyabr