İcra başçısının məhkəməsində ŞOK ETİRAF: "Hər ay 140 nəfərin maaşı ona çatırdı"

İcra başçısının məhkəməsində ŞOK ETİRAF: "Hər ay 140 nəfərin maaşı ona çatırdı"Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu gün hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda İmişli rayonunda 3 məktəb binasının tikintisini həyata keçirən "Kristal-2" MMC-nin direktoru Elimad İsmayılov ifadə verib.

Şahid deyib ki, onun şirkətinə həvalə olunmuş hər bir işə görə ayrılmış vəsaitin müəyyən faizi İcra Hakimiyyətinə çatıb: "2012-ci ildə rayon kəndlərinin birində məktəb tikintisi aparırdıq.

Həmin vaxt Vilyam Hacıyev icra başçısı təyin olundu. Üstündən bir qədər keçəndən sonra İcra Hakimiyyətindən ismarıc gəldi ki, işləri dayandır. İcra başçının köməkçisi ilə danışdıqdan sonra razılaşdıq ki, tikinti üçün ayrılan 900 min vəsaitin 20 faizini onlara verim. Sonradan Cəfərli məktəbinin tikintisini də bizə həvalə etdilər. Eyni qaydada burdan da ayrılan 1 milyon 600 min manatın 184 min manatını rüşvət kimi verdim".

Şahid əlavə edib ki, Vilyam Hacıyevlə yaxşı münasibəti olduğu üçün sonradan rayonda beşmərtəbəli bina tikintisi işini də onun şirkəti aparıb: "Vilyam Hacıyev bir dəfə məndən xahiş etdi ki, Hacıbabalı kəndində məktəb tikintisi yarımçıq qalıb onu bitir, sonra əvəzləşərik. Mən işə qoşulanda ayrılmış vəsaitdən cəmi 440 min manat qalmışdı. Cibimdən də pul qoyub işi bitirdim. Bundan sonra beşmərtəbəli yaşayış binasını tikdik. İcradan dedilər ki, bu iş üçün ayrılan vəsaitdən 2 milyon 400 min manat pul xərclənməlidir. Buna görə də domafon qoymurduq, materialları aşağı qiymətə alırdıq".

Vəkilin "Gördüyünüz işlərin sonu olmadığını bildinizmi?" sualına şahid "Dərk edirdim ki, bu, qanunsuzdur", - deyə cavab verib.

Daha sonra şahid qismində İmişli Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Hüseyn İbrahimov dindirilib. Şahid cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Dost İş Mərkəzi ilə bağlı epizod üzrə danışıb. O deyib ki, sözügedən mərkəzdə hər ay 140 nəfərin əməkhaqqı Vilyam Hacıyevə çatıb: "Həmin pulları banklardan mənim tanışlarım çıxarırdı. Ümumilikdə 107 min 900 manat təşkil edən həmin vəsait baş mühasib Cəmil Musayevin əli ilə icra başçısına çatıb".

İfadəyə münasibət bildirən Vilyam Hacıyev şahidi yalan danışmaqda ittiham edərək ondan nəyə görə şikayət etmədiyini soruşub.

İH başçısının müavini Vilyam Hacıyevin sualına "Sizdən kimə şikayət etmək olardı ki..?" deyə cavab verib.

Prosesdə ifadə verən şahid Həsən Hüseynov isə təsərrüfat işi görmək üçün icarəyə götürdüyü 4 hektar torpağa görə memarlıq şöbəsinin əməkdaşına 150-200 manat pul verdiyini deyib.

Vilyam Hacıyev isə ifadəyə belə cavab verib: "150-200 manat heç rüsum pulu deyil, o pula 4 hektar torpaq icarəyə vermək olar? Səni aldadıdıblar..." deyə cavab verib.

Proses aprelin 15-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1609   Tarix: 11 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22 oktyabr
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22 oktyabr
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr