2 nəfərin ölümünə səbəb olan şəxs: "Yasdan çıxıb çəkmə araq içdim"
Gəncə Ağır Cinayətlər Məhkəməsində 2020-ci ilin noyabrında Bərdədə 2 nəfərin ölümü, 4 nəfərin isə yaralanması ilə nəticələnən qəzanı törətmiş Rövşən Rəhimlinin məhkəməsi başa çatıb.
Sonxeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmədə 1986-cı il təvəllüdlü Rövşən Rəhimli Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma – 2 və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Araşdırmalar zamanı məlum olub ki, o, hadisə zamanı sərxoş halda olub və dostuna məxsus avtomobili etibarnaməsi olmadan sürüb. Ekspertiza R.Rəhimlinin hadisə zamanı kənd ərazisində avtomobili saatda 150 kilometr sürətlə idarə etdiyinə dair rəy verib.
Məhkəmədə ifadə verən R.Rəhimli hadisədən əvvəl Tərtərin Sarıcalı kəndində yas məclisində olduğunu bildirib: "Yasda olarkən dostum Samir zəng etdi və çəkmə arağının olduğunu bildirdi. Oradan Tərtərdəki kafeyə gedib yeyib-içdik, hərəyə təxminən 250 qram spirtli içki qəbul etdik".
Gəncə Ağır Cinayətlər Məhkəməsi bir neçə gün əvvəl R.Rəhimliyə hökm oxuyub. Ona 4 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, 2020-ci il noyabrın 21-də saat 20 radələrində Bərdənin Zümürxan kəndində Rövşən Rəhimlinin idarə etdiyi "VAZ 2107" və Ədalət Camalovun sürdüyü "Vaz 21011" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ 21011"də yanğın olub. Nəticədə Ə.Camalov yanaraq vəfat edib, həmçinin R.Rəhimlinin sərnişini Samir Abbasov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sürücü Rövşən Rəhimli, 1986-cı il təvəllüdlü Elgiz Məmmədov, 1995-cil il təvəllüdlü İsgəndər Əliyev və 1989-cu il təvəllüdlü Elşad Abbasov isə xəsarətlər alıb. Hadisə zamanı vəfat edən Ə.Camalovun üzərindəki 28 min manat pul da yanaraq yararsız hala düşüb.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1588 Tarix: 11 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrBakının iki rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər
22 oktyabrBakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl
21 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabrAntiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"
22 oktyabrEvlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabr8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabrAzərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu
Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl
22 oktyabr