Azərbaycanda uşaqlar arasında kütləvi yayılmış xəstəlik nədir? - AÇIQLAMA
Son günlər Azərbaycanda uşaqlar arasında mövsümü xəstəliklər, rota virus yayılıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən açıqlama verilmişdi. Bildirilmişdi ki, son bir ayda uşaqlarda qusma, yüksək hərarət və ishal müşahidə edilir. Bunun epidemiya şəklində olduğu vurğulanırdı.
Bu və digər məsələlərə aydınlıq gətirmək üçün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (OMD xəstəxanası) baş həkimi Azər Əhmədovla əlaqə saxladıq.
Uzman doktor BAKU.WS-ə açıqlamasında bildirdi ki, rota virus mövsümü xarakter daşıyan xəstəlikdir.
"Mədə-bağırsaq sistemini tutan viruslar qrupuna aiddir. Xüsusilə bu yaz-payız aylarında artım izləyirik. Bu gündə yaz aylarının başlaması və havaların isindikdən sonra artım müşahidə edirik", - deyə mütəxəssis bildirib.
Azər Əhmədov deyir ki, xüsusilə 6 və 6 ayın altında olan uşaqlar üçün təhlükəlidir:
"Bəzi özəl xəstəxanalarda uşaqlar 3 aylığından başlayaraq peyvənd olunur. Bu peyvənd olunmayan uşaqlar xəstəliyi daha ağır keçirir.
Peyvənd olunan uşaqlar nisbətən daha yüngül keçirirlər. 6 ayın altında olan uşaqlar kiçik olduqları üçün daha tez maye itirirlər, təzyiq düşməsi, qan şəkərinin düşməsi, halsızlıq, qanda asetoz halının ortaya çıxması uşağın vəziyyətinin ciddi şəkildə ağırlaşmasına səbəb ola bilir.
Ona görə də, 6 ayın altında olan uşaqların valideynləri xüsusilə daha diqqətli olmağa çağırırıq. Əgər uşağın qusması artır, yeməkdən imtina edirsə, qarın getməsi və ishalın sayı artarsa, uşağa mütləq venadaxili dəstək maye vermək və xəstəxanaya yatırtmaqda fayda var".
Azər Əhmədov onu da vurğulayıb ki, nisbətən böyük uşaqlar ev şəraitində müalicə mümkündür:
"Çox təəssüf ki, bu infeksion və yoluxucu xəstəliklər qrupuna aiddir. Yoluxucu xəstəliklərin hamısının qapalı məkanlarda yayılma ehtimalı daha yüksəkdir.
Xüsusilə ortaq yemək və su istifadəsi bu halın bir az da artmasına səbəb ola bilir. Valideynlər belə vəziyyətdə dərhal antibiotikdən istifadə edirlər. Ancaq bu zaman antibiotikin heç bir faydası yoxdur, əksinə ishalı artırır".
Azər Əhmədov valideynlərə məsləhət bilir ki, övladlarında rota virus halları müşahidə olunarsa mütləq həkimə müraciət edilməlidir. Evdə özbaşına müalicə etmək vəziyyəti ağırlaşdıra bilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1253 Tarix: 11 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrBakının iki rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər
22 oktyabrBakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl
21 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabrAntiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"
22 oktyabrEvlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabr8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabrAzərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu
Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl
22 oktyabr