Qarayev xəstəxanasında VİCDANSIZLIQ: Qucağında körpəsi ilə...

Qarayev xəstəxanasında VİCDANSIZLIQ: Qucağında körpəsi ilə...Bildiyiniz kimi, son günlər uşaqlar arasında rotavirus adlı infeksiya yayılıb. Bununla bağlı xəstəxanaya müraciət edən valideynlərin sayı günü-gündən artır.

Belə valideynlərdən biri də elə özüm idim. Müraciət etdiyimiz Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının təcili tibbi yardımında rotavirusa yoluxan uşağa kəskin qastrit diaqnozu qoyuldu və mütləq xəstəxanaya yerləşdirilməli olduğu bildirildi. 19 aylıq körpədə kəskin qastritin olmasının mümkünsüzlüyünü bildiyim üçün razı olmadım.

Qusma və ishaldan bədənində mayenin azaldığı üçün sistem qoşulmasını tələb edib, evə qayıtdıq. Sistem bitənədək müşahidə etdiyim mənzərə məni çox məyus etdi.

Belə ki, xəstəxana icbari tibbi siğortaya keçdiyi üçün heç bir xəstəyə qeydiyyata alınmadan baxılmır, onlar palataya yerləşdirilmirdi. Gələn xəstələrin 90 faizinə də orada olan növbətçi həkim mütləq xəstəxanada yatmalı oluğunu deyirdi. Gözümüzün qarşısında iki ailə qucağında körpəsi ilə evdən sənədin gətirilməsini gözləyirdi. Hətta valideynlərdən biri həyəcan və qorxudan evdən ayaqyalın çıxıb gəlmişdi.

Bir valideynə, bir körpəyə bunları etmək hansı vicdana sığır? Tibbi siğorta vətəndaşlara kömək üçündürsə, bu baş verənlər kimin səhvidir? Əsas məsələ olaraq, onu da qeyd edim ki, baxıl geyinmədən içəri buraxmadıqları valideynlərin heç maska taxmasına fikir verilmirdi, üstəlik, tibb bacıları və digər işçilərin də bir çoxunda maska yox idi.

Sonxeber.az olaraq məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Aysel SƏFƏRZADƏ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6426   Tarix: 11 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl

22 oktyabr