Avtobuslarda gediş haqqı artır? - Fazil Mustafa vəziyyətdən yeganə çıxış yolunu göstərdi
Bir neçə gün əvvəl sərnişindaşıma şirkətləri qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edib. Onlar 30 qəpik gedişhaqqının sərf etmədiyini bildirərək qiymət artımı tələb ediblər. Avtobuslarda 30 qəpik gedişhaqqı bəziləri üçün az məbləğ kimi görünə bilər. Lakin gündəlik işə gedib-gələn və cibini düşünmək məcburiyyətində qalan sadə vətəndaş üçün bu, böyük məbləğdir.
Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa avtobus sahibi olan iş adamlarının Tarif Şurasına müraciətinə haqq versə də, vətəndaşların sosial rifahının nəzərə alınmasının vacibliyini vurğulayıb.
Millət vəkili bildirib ki, hər iki tərəf üçün çıxış yolu dövlətin insanlara kompensasiya ödəməsidir:
"Məsələni belə həll etmək olar ki, dövlət vətəndaşlar üçün ödənilən kompensasiya sistemini işə salsın. Yəni əməkhaqqı, pensiya məbləğləri, optimal daşınma xərclərini də nəzərə alaraq artırılmalıdır. Ən azından vətəndaş oradan əldə etdiyi gəlirlə bu artımı həll edə bilər. Əks halda isə mümkün deyil. Xidmət etmək şirkətlər üçün sərfəli olmasa keyfiyyət itəcək. Onların ən çox əziyyət çəkdiyi tıxaclardır. Bu da öz həllini tapmayıb. Söhbət qiymət artımından yox, həm də keyfiyyətli xidmətdən gedir. Hazırda xidmət göstərmə imkanı da, keyfiyyəti də məhduddur.
Problem bir-biri ilə bağlıdır. Lakin qiymət artımı da olmasa həmin şirkətlər rentabelli olmasa işləməyəcək. Onların nəyinə lazımdır ki, artıq xərcləri ciblərindən ödəsinlər. Vətəndaşa əlavə pul ödənilməldir ki, o artımın mövcudluğunu hiss eləməsin.
Deputat qeyd edib ki, Tarif Şurasına edilən müraciət nəzərə alınsa, gediş haqlarındakı artım minimum 20 qəpik olacaq:
"Nəticədə şəhərdaxili gedişhaqqının 50 qəpik, şəhərətrafının isə 60-70 qəpiyə yüksəlməsi deməkdir. Nəticədə sadə vətəndaşın gündəlik büdcəsinə təsir edə biləcək dərəcədə böyük qiymət artımı yaşanacaq. Vətəndaşların sosial rifahının düşünmədən qiymət artımına yol vermək olmaz".
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhəri və ətraf ərazilərdə müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb.
Daha sonra məsələ barədə İqtisadiyyat Nazirliyi açıqlama yayaraq hazırda ictimai nəqliyyatda gediş haqqının dəyişdirilməsi məsələsi Tarif (qiymət) Şurasında müzakirə olunmadığını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1356 Tarix: 11 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrBakının iki rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər
22 oktyabrBakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl
21 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabrAntiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"
22 oktyabrEvlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabr8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabrAzərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu
Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl
22 oktyabr