Xalq yazıçısı Mirşahini sərt tənqid etdi: "Sən nə ortada atlanıb düşürsən?!"

Xalq yazıçısı Mirşahini sərt tənqid etdi: "Sən nə ortada atlanıb düşürsən?!""Mən Mirşahinin yazıçı və rejissorlarla bağlı çıxışına baxdım və heç bunu ondan gözləmirdim. Ümumiyyətlə, Mirşahinə demək istəyirəm ki, sən də məlumsan, biz də məlumuq.

Jurnalistika da məlumdur, yazıçılıq da məlumdur. Sən nə ortada atlanıb düşürsən?! Sən kimsən ki, yazıçıları ittiham edirsən? Bu bəyəm plandı, kolxozdu? Məndən olsa, Mirşahin öz işilə məşğul olsun".

Sonxeber.az xəbər verir ki, bunu "moderator.az"a açıqlamasında yazıçı Seyran Səxavət jurnalist Mirşahin Ağayevin qələm sahiblərini 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə haqda əsər yazmamaqda ittiham etməsinə münasibət bildirərkən deyib. Seyran Səxavət deyib ki, yazıçının heç kimə belə bir borcu yoxdur:

"Yazıçıların da heç kəsin qarşısında belə bir borcu yoxdur. Bilmirəm o, nə məqsədlə belə qızışıb ağzı köpüklənə-köpüklənə danışır.

Lev Tolstoyun vaxtında onun öz Mirşahini yox idi ona desin ki, Lyoşa, yəni Lev, əsər yaz! Belə bir şey var ki, deyir valideynləri seçmirlər, bir də görürsən ki, valideynin nazirdi, traktoristdir, hesabdardır.

Bir də belə şeylər sifarişlə yaranmır, sən kimsən ki, sifariş verirsən? Sən yazıçıya sifariş verə bilərsən? Yazıçıya sifarişi ancaq Allah verə bilər.

İşi-gücü qurtarıb, niyə gedib öz işilə məşğul olmur? Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, M.F.Axundov, M.Ə.Sabir, B.Vahabzadə bunlar bəyəm Mirşahinin sifarişilə yazıblar? O kimdir ki, mənə dərs verir, getsin öz işilə məşğul olsun.

Onun yazılan əsərlərdən xəbəri yoxdur, oxumur. Qarabağ haqqında kifayət qədər əsərlər yazılıb. Elə müharibə bitən kimi əsər yazılmalıdır, yox. Kim bunu deyirsə, aşağıdan-yuxarı başının razmerindən böyük səhv edir, Mirşahin kimi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4258   Tarix: 12 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl

22 oktyabr