Avtobuslarda gediş haqqı 70 qəpik olacaq? - AÇIQLAMA

Avtobuslarda gediş haqqı 70 qəpik olacaq? - AÇIQLAMABakıda şəhərdaxili marşrut avtobuslarında gediş haqqının artırılması istiqamətində fikirlər səsləndirilir.

Sonxeber.az "Yeni Azərbaycan" qəzetinə istinadən xəbər verir ki, gediş haqqının 70 qəpiyədək qaldırılacağı iddia olunur.

Xatırladaq ki, sonuncu dəfə Tarif Şurası 2018-ci ildə ictimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi ilə bağlı qərara əsasən, Bakıda ictimai nəqliyyatda gediş haqlarını 20 qəpikdən 30 qəpiyə qaldırmışdı.

BNA: Bizim səlahiyyətimizdə deyil

Avtobuslarda gediş haqqı qaldırılacaqmı? Bəs BNA qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edibmi? Məsələ ilə bağlı qəzetə açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev yayılan məlumatları təkzib edib.

O bildirib ki, bununla bağlı təmsil etdiyi qurum heç bir müraciət etməyib: "İctimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətində deyil. Bu məsələlər Tarif Şurasının səlahiyyətindədir.

Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı Tarif Şurasına müraciət etməyib. Bu barədə özəl şirkətlər müvafiq qurumlara müraciət edib".

19 şirkət İqtisadiyyat Nazirliyinə müraciət edib

Məlumdur ki, hazırda Bakı şəhərində ictimai nəqliyyatın 80%-ə qədərini özəl daşıyıcı şirkətlər icra edir. Həmin 19 sərnişindaşıma şirkəti mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif Şurasına, iqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb.

Müraciətdə ictimai nəqliyyatda mövcud olan vahid tarif siyasəti ilə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlərlər yarandığı deyilib.

Şirkətlərin kollektiv şəkildə imzaladığı müraciətdə qeyd edilib ki, hər şeyin qiyməti qalxdığı kimi, ehtiyat hissələrinin də qiyməti 5 dəfə bahalaşıb. Eləcə də sığortanın və yanacağın qiyməti artıb. Bundan başqa, şirkətlərin parklarında olan təxminən 700-dən artıq avtobus sərnişinlərə xidmət göstərə bilmir.

Qısası, onlar qiymətin maksimum 85, minimum 40-50 qəpik olmasını istəyirlər.

Tarif Şurası nə deyir?

Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin avtobuslarda gediş haqqının artırılması məqsədilə Tarif Şurasına müraciət etməsi və gediş haqqının qaldırılacağı ilə bağlı məlumatlara Tarif Şurası aydınlıq gətirib.

Rəsmi məlumata görə, gediş haqlarının artırılması gündəmdə olmadığı üçün bu barədə müzakirə aparılmır: "Hazırda ictimai nəqliyyatda gediş haqqının dəyişdirilməsi məsələsi gündəmdə deyil".

Gediş haqqının qaldırılmasına yol vermək olmaz

Daşıyıcı qiymətdən, sərnişin xidmətdən, mütəxəssislər isə ümumi vəziyyətdən narazıdır. Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sərnişindaşıma şirkətlərinin haqlı iradları nəzərə alınmalıdır. Amma çıxış yolu qiymətləri artırmaq deyil:

"İctimai nəqliyyat Azərbaycanda dövlət tərəfindən tənzimlənən xidmətlərdən biridir. Çox ciddi sosial məsələdir. Qiymət artımı insanların gündəlik həyat tərzinə və mənafeyinə ciddi təsir edən bir nüansdır. Bu qiymətləri necə gəldi dəyişdirmək olmaz.

Əks təqdirdə, insanların rifah halına çox pis təsir edəcək. Qiymətlərin qaldırılması insanların sosial vəziyyətlərinin pisləşməsi ilə yanaşı, yol hərəkəti təhlükəsizliyində də problemlər yaradacaq.

Belə ki, insanlar avtobus əvəzinə taksidən istifadə etməyə, bir qism insanlar isə kredit yolu ilə də olsa, özünə avtomobil almağa başlayacaq. Yollardakı tıxacı təsəvvür edə bilirsinizmi? Onsuzda günümüzdə ictimai nəqliyyata maraq azdır. Bir sözlə, avtobusda gediş haqqını artırmaq olmaz".

Avtobuslar pulsuz olmalıdır!

Ekspert hər iki tərəfin mənafeyini düşünən təklif irəli sürüb. Onun sözlərinə görə, gediş haqqı olduğu kimi qalmalı, şirkətlərdə yaranan xərclər dövlət tərəfindən qarşılanmalıdır:

"İctimai nəqliyyatla məşğul olan daşıyıcıların dövlət tərəfindən ciddi dəstəyə ehtiyacı var. Dövlətdən dotasiya istəyirlər. Sosial öhdəlik olduğu üçün istəmək haqları da var.

İstəyiriksə, vətəndaşlarımız vaxtlı-vaxtında və gərginlik yaşamadan işlərinə çatsın, o zaman mükəmməl ictimai nəqliyyatımız olmalıdır. Bunun üçün də dövlətin dəstəyi mütləqdir.

Məsələn, dünyanın inkişaf etmiş ölkələrindən olan Estoniyada, demək olar ki, ictimai nəqliyyat pulsuzdur. Nəqliyyatın xərclərini dövlət və yaxud bələdiyyələr qarşılayır.

Düşünürəm ki, ictimai nəqliyyatların vəziyyəti audit olunmalı, daşıma xərcləri müəyyən edilməlidir, şəffaf maliyyə dəstəyi mexanizmi tapılmalıdır.

Biz artıq gecikmişik. 20 il bundan əvvəl müvafiq mexanizmi tapıb həyata keçirməli idik. Əgər ictimai nəqliyyat olmasa, Bakıda tıxac problemini heç kim həll edə bilməz. Bu nöqteyi-nəzərdən, gediş haqlarının qaldırılmasından söhbət belə getməməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6811   Tarix: 12 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl

22 oktyabr