Afət Fərmanqızı Azərbaycan vətəndaşlığından İMTİNA EDİB?

Afət Fərmanqızı Azərbaycan vətəndaşlığından İMTİNA EDİB?Müğənni Afət Fərmanqızı Rusiya vətəndaşlığını alıb.

Afət Fərmanqızı Lent.az-a açıqlamasında Rusiya vətəndaşlığını alması ilə xəbərə şərh vermək istəməyib.

O, bununla bağlı vəkili Elvina Abramova ilə əlaqə saxlamağı tövsiyə edib.

Bu barədə sorğunu cavablandıran vəkil Elvina Abramova Afət Fərmanqızının Rusiya vətəndaşlığını alması xəbərini təsdiqləyib.

Bildirib ki, müğənni 2012-ci ildə Rusiya vətəndaşlığını qəbul edib:

"Afət Fərmanqızı Rusiya vətəndaşlığını alan zaman bunu ictimailəşdirməmişdi. Onun Rusiyaya köçməsi ilə əlaqədar indi qərara aldıq ki, bu suallara cavab verək".

Məsələnin hüquqi tərəfi isə fərqlidir. Azərbaycan vətəndaşlığını daşıyan şəxs başqa bir ölkənin vətəndaşlığını qəbul edə bilərmi? Qəbul edə bilərsə, o, Azərbaycan vətəndaşlığından çıxarılırmı?

Hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, Azərbaycanda ikili vətəndaşlıq 2014-cü ildə ləğv olunub:

"Əgər Rusiya vətəndaşlığı 2014-cü ildən öncə alınıbsa, bu qərarın ona təsiri yoxdur. 2014-cü ildə qanunvericilikdə edilən dəyişikliyə əsasən, Azərbaycanın vətəndaşlığını tanımayan ölkə ilə ikili vətəndaşlıq alına bilməz.

Qanuna əsasən, hansısa bir şəxs digər ölkənin vətəndaşlığını qəbul edirsə, o, bu barədə 1 ay müddətində aidiyyəti qurumlara məlumat verməlidir. Əks halda inzibati məsuliyyətə cəlb oluna bilər. 2014-cü ilə qədər isə bu tələb yox idi".

Hüquq müdafiəçisi Çingiz Qənizadə isə açıqlamasında Azərbaycan qanunvericiliyinin ikili vətəndaşlığa icazə vermədiyini deyib:

"Hər hansı bir Azərbaycan vətəndaşı digər ölkənin vətəndaşlığını alırsa, birindən imtina etməlidir. İstər vətəndaşlığı 2010-cu ildə alsın, istər 2020-ci ildə alsın. Fərq etmir. Nəzərə alsaq ki, müstəqillik dövründən bu günə qədər Azərbaycanda ikili vətəndaşlıq anlayışı yoxdur və heç kimə verilmir. Bu baxımdan digər ölkənin vətəndaşlığını almaqla Azərbaycan Respublikasının qanunlarını pozur. Qanun tələb edir ki, digər ölkənin vətəndaşlığını aldıqda Azərbaycan vətəndaşlığından imtina edilməlidir. Yəni əvvəllər Rusiya dövlətinin vətəndaşlığını almış şəxs hazırda ya Rusiya, ya da Azərbaycan vətəndaşlığından imtina etməlidir və bu barədə müvafiq dövlət orqanlarına yazılı şəkildə müraciət ünvanlamalıdır".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 13011   Tarix: 12 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Nazir Məlahət Abbasovanın 60 yaşını təbrik etdi

Türkiyədə yaşayan və fəaliyyət göstərən aktrisa Məlahət Abbasovanın 60 yaşı tamam olub. xəbər verir ki, Mədəniyyət Naziri Adil Kərimli sənətçini yeni yaşı münasibətilə təbrik edib. Abbasova bu barədə sosial şəbəkə hesabında yayımladığı videoda bildirib. Aktrisa bu təbrikə görə Adil Kərimli başda olmaqla

9 iyul
.

Berat Mert Demir Bakıya gəlir!

Türkiyənin sevilən sənətçisi və enerjisi ilə dünya səhnələrinin diqqət mərkəzində olan Berat Mert Demir, çoxsaylı istəklərə əsasən yenidən Bakıya gəlir!. Bu dəfə o, dənizə 0 km məsafədə qurulacaq möhtəşəm böyük səhnədə, Sea Breeze White Beach-də sevənləri ilə görüşəcək. Dəniz mənzərəsi, açıq hava atmosferi

30 iyun
.

Deniz Baysal boşanır

Türkiyənin tanınmış aktrisası Deniz Baysal bu dəfə rol aldığı layihə ilə deyil, şəxsi həyatı ilə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, 2019-cu ildə "Kolpa" qrupunun solisti Barış Yurtçu ilə ailə quran aktrisa həyat yoldaşına qarşı boşanma iddiası qaldırıb. Bildirilir ki, Baysa

9 iyul
.

"Ali Rza bey"i real həyatda da aldadırdılar

"Yaprak dökümü"nün Ali Rza beyi Halil Ergünün başına iş gəlib. OLAY yazır ki, sənətçi süni intellektlə hazırlanmış saxta sənədlər və telefon zəngləri vasitəsilə qurulan milyonluq dələduzluğun qurbanı olmaqdan xilas olub. Özünü polis kimi təqdim edən cinayətkarlar aktyora şəxsi məlumatlarını

8 iyul
.

"Fatih" əsgərlikdə arıqladı

Türkiyəli aktyor Doğukan Güngör hərbi xidmətini başa vurub. Axşam.az xəbər verir ki, Alaçatıda müxbirlərə müsahibə verən aktyor əsgərlik dövründə xeyli çəki atdığını bildirib. "Əsgərlik çox yaxşı keçdi. Çox gözəl dostlar qazandım. Bu müddətdə 9 kilo arıqladım". Qeyd edək ki, Doğukan Güngö

5 iyul
.

İkardi bütün gecə yalvardı, barışdılar: son paylaşımı ajiotaj yaratdı

Argentina mətbuatında yer alan iddialara görə, Mauro İkardi ilə Çina Suaresin münasibətləri aralarında paylaşılan flört mesajları səbəbindən qırılma nöqtəsinə çatıb. Bildirilir ki, Suares münasibətlərə son qoymaq qərarına gəlib, İkardi isə gecəni barışmağa çalışıb və cütlük sonda yenidən bir araya gəlib

3 iyul
.

Zeynep Bastık evlənir: Toy tarixi məlum oldu

Müğənni Zeynep Bastık və aktyor sevgilisi Serkan Tütüncü evlənməyə hazırlaşırlar. xarici mediaya istinadla xəbər verir ki, may ayında Parisdə tətil zamanı Serkan Tütüncüdən evlilik təklifi alan Bastık toy hazırlıqlarına başladıqlarını açıqlayıb. Müğənni bildirib ki, toy sentyabrdan sonraya qalmayaca

6 iyul
.

"Bunları yeyəndən sonra oxumağa əziyyət çəkirəm"

"Nadir insanlar var ki, səsini qoruya bilər. İndiki zamanda gördüyümüz xanəndələr, ustadlar bəlkə də səsini qorumur. Mən şəxsən dondurma da yeyirəm, kondisionerin altında da otururam. Bütün qidaları qəbul edirəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zabit Nəbizadə "Günə uğurla"

28 iyun
.

Natavan Həbibi rəqqasələrinə görə tənqid atəşinə tutuldu - (Video)

Müğənni Natavan Həbibi çıxış etdiyi tədbirdə yaşanan görüntülərlə sosial şəbəkələrdə gündəmə gəlib. xəbər verir ki, istirahət məkanlarından birində təşkil olunan proqram zamanı sənətçinin səhnə performansı və xüsusilə rəqqasələrinin geyim tərzi internet istifadəçilərinin diqqətini cəlb edib. Qısa müddətd

30 iyun