Yalçın Rzazadənin oğlu ƏSƏBİLƏŞDİ: "Qoymaram ki, dünənki cücə atamın mahnısının zibilini çıxarsın" - FOTO

Yalçın Rzazadənin oğlu ƏSƏBİLƏŞDİ: "Qoymaram ki, dünənki cücə atamın mahnısının zibilini çıxarsın" - FOTO"Qoymaram ki, dünən yumurtadan çıxan cücə atamın mahnılarının zibilini çıxarsın".

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Yalçın Rzazadənin müğənni oğlu Mətin Rzazadə bildirib.

"Çox təəssüf ki, yeni müğənnilərin nə sənəti, nə də qanacağı var. İnsanın gərək birinci qanacağı, mədəniyyəti, sonra da sənəti olsun. Bunlarda heç biri yoxdur. Böyük sənətkarlarımız var ki, atamın mahnısını oxumaq istəyəndə zəng edib ailəsindən, bizdən icazə alırlar. Bu yekəbaşlar, bilmirəm, haradan çıxır, peyda olurlar?! Biri götürüb atamın "Dədə Qorqud" filmində oxuduğu mahnının musiqisini saxlayıb, sözlərini dəyişib, oxuyur. Bunlara bu ixtiyarı kim verib?"

O daha sonra bu günlərdə "AynaBand" qrupunun Yalçın Rzazadənin repertuarından oxuduğu "Yoxmuş etibarın" mahnısından da danışıb:
Yalçın Rzazadənin oğlu ƏSƏBİLƏŞDİ: "Qoymaram ki, dünənki cücə atamın mahnısının zibilini çıxarsın" - FOTO"Birincisi, o mahnının adı "Yoxmuş etibarın"dır, "O gözlər deyil". Mahnını zibil gününə qoymusunuz, heç adını da bilmirsiniz! Çünki bu mahnılar yazılanda Yalçın müəllim üçün yazılıb, başqa müğənni üçün yox! O vaxt bəstəkarlar hər müğənninin səsinə uyğun mahnılar yazırdılar. İndiki kimi deyildi ki, kim ağzına nə gəldi oxuyur! "Yoxmuş etibarın" mahnısını götürüb roka çeviriblər. Bizim o boyda "Yuxu" rok-qrupumuz olub, götürün onun mahnılarını oxuyun da. "Yoxmuş etibarın" klassik-pop estrada mahnısıdır", - deyə sənətkarın oğlu bildirib.
Yalçın Rzazadənin oğlu ƏSƏBİLƏŞDİ: "Qoymaram ki, dünənki cücə atamın mahnısının zibilini çıxarsın" - FOTOMətin Rzazadə bildirib ki, bundan sonra atasının mahnılarını icazəsiz oxuyanlarla məhkəmədə görüşəcək.

"Bir dəfə xəbərdarlıq etdim ki, kim atamın mahnılarını oxumaq istəyirsə, icazə alsın. Yalçın müəllimin ailəsi, davamçısı var. Davamçısından da əlavə, səkkiz il onun tələbəsi olmuşam. Atamın mahnılarını özüm oxuyacağam, çünki məndən yaxşı onun mahnılarını heç kim oxuya bilməz. Qoymaram ki, dünən yumurtadan çıxan cücə atamın mahnılarının zibilini çıxarsın. Stajından asılı olmayaraq, baxmayaraq ki, 100 il sənətdədir, yoxsa dünən sənətə gəlib! Yox, əgər oxumaq istəyirlərsə, hörmətlə zəng edib, icazə alsınlar! Yalçın müəllimin ailəsi var!

Böyük sənətkarlarımız icazə alandan sonra oxuyurlar, dünənin uşaqları nə istəyirlərsə, onu da edirlər. Mən bir də xəbərdarlıq etməyəcəm, kim icazəsiz oxusa, məhkəmədə onlarla görüşəcəyəm. Normal oxusalar, dərd yarıdır, mahnının zibilini çıxarırlar. Kimə əl atırsan, hamısı müğənnidir, istedadı olan da, olmayan da. Kimin sənəti yoxdursa, atamın mahnılarını oxumaqla bu sahəyə gəlir. Çünki Yalçın müəllim mahnıları çox sərbəst oxuyub. Onun səs diapazonu buna imkan verirdi", - deyə sənətkarın oğlu bildirib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3184   Tarix: 12 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara

18 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

"Hər gün yalvarırdım..." - atasını itirən Aygün hər kəsi KÖVRƏLTDİ

Xəbər verdiyimiz kimi ötən gün müğənni Aygün Mahmudovanın atası koronavirusdan dünyasını dəyişib. -a istinadən xəbər verir ki, ağır itki yaşayan Aygün sosial media hesabında atası ilə fotolarını paylaşaraq izləyicilərini kövrəldib:. "Canım sənə qurban, ay ata, hara getdin?!Mən hər şeyimi Allah

8 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021