"Əziz danabaşlarımız..." - Deputatdan onu tənqid edənlərə CAVAB
"Əvvəl Azərbaycan vətənşüvənləri bolluğuydu. İndi də ukraynaşüvənlər, rusiyaşüvənlər, qərbşüvənlər, iranşüvənlər yağışdan çıxmış göbələk kimi artmağa başlayır. Biri "Mağara tv" açıb, digəri "Nağara tv" açıb, Azərbaycandan başqa hamının dərdini özlərinə yükləyiblər. Az qala Rusiyanın üstünə çığırırlar ki, "niyə bizimlə deyil, Ukrayna ilə savaşırsan?""
Sonxeber.az-ın məlumatına görə, bu sözləri millət vəkili Fazil Mustafa deyib.
O bildirib ki, Azərbaycan dövləti Ukraynaya humanitar dəstək versə də, insanlar yenə narazıdırlar:
"Yenə də narazıdırlar ki, "niyə ordunu köməyə göndərmirsən?" İndi soruşurlar ki, Ukrayna və ya Rusiya tərəfindən savaşa qatılan Azərbaycan vətəndaşlarına qanununvericiliyin münasibəti necə olacaq? Bir hüquqşünas kimi sadəcə qanunvericiliyi izah edirsən, baxırsan ki, bu danabaşlar hər tərəfdən doluşdular. Deputatın Ukraynada savaşanları cinayətkar adlandırmasına etiraz etdilər. Bir yandan "Mağara tv", digər yandan "Nağara tv" özləri üçün çal-çağır düzəldirlər ki, guya Fazil Mustafa Ukraynada savaşanların həbs olunmasını istəyir.
Əziz, ayrılmaz və əhəmiyyətli hissəmiz olan milli danabaşlar! Qanunu olduğu kimi şərh etmək kiminsə həbs olunmasını istəmək, yaxud da Ukraynaya qarşı olmaq deyil. Qanunvericilikdə İran, Suriya, Ukrayna, Əfqanıstan, Rusiya adı keçmir, sadəcə yazılır ki, başqa ölkələrdə qanunsuz silahlı birləşmələrdə savaşa qatılanlar cinayət məsuliyyətinə cəlb olunurlar. Bu, yalnız Azərbaycan vətəndaşı olan şəxslərə aiddir. Ukrayna vətəndaşı olan azərbaycanlılara aid deyil.
Bir də gələcəkdə bu şəxslər məsuliyyətə cəlb olunarsa, yenə də onların ilk müdafiəçisi biz olacağıq. Çünki Ukraynanın müstəqilliyinin qorunmasına, işğaldan qurtulmasına baxışımız hər kəsə bəllidir.
Əziz danabaşlarımız, ukraynaşüvənlərimiz, rusiyaşüvənlərimiz, qərbşüvnlərimiz, iranşüvənlərimiz, bir az imkan tanıyın, Fərruxdan irəli addımlayaq, Ağdərədə yeni postlarımızı quraq, Laçında gedib oturaq, Zəngəzur yolunun təməlini ataq. Bilirəm, hamınız qlobal dünya ilə uğraşırsınız, qafanız və ruhunuz oralarda gəzişir, burada da, heç olmasa, Azərbaycansevərlərə imkan tanıyın, mümkün olanı dünyanın başının qarışdığı zamanda etsinlər.
Maraqlısı burasındadır ki, özünü ağıllı göstərənlərin çoxu da bu anlaqsız yolu izləmək üçün yarışır. Yenə də əvvəl söylədiyim fikri təkrarlamaq istəyirəm: Azərbaycanda nə 4-cü, nə 5-ci, nə də 6-cı kolon təhlükəsi yoxdur. Təhlükəli olan, təəssüf ki, kolon sayında deyil, ordudur, ordu. Cahillər Ordusu! Vətənşüvənlər Ordusu! Bunların bizi iki il öncəki nöqtəyə qaytarmaması üçün hər gün dua edirəm".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2241 Tarix: 13 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla
23 oktyabrMetronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabrYasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23 oktyabrSalyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabrAzərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ
23 oktyabrXƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23 oktyabrTəcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ
Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl
22 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabr