Ağstafada 40 yaşlı kişi küçədə keçmiş arvadını zorladı - TƏFƏRRÜAT

Ağstafada 40 yaşlı kişi küçədə keçmiş arvadını zorladı - TƏFƏRRÜATAğstafa rayonunda 1982-ci il təvəllüdlü Rahib keçmiş arvadı, 1985-ci il təvəllüdlü Samirəni döyüb, sonra da təcavüz edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rahib Samirəni bacısı Sevda ilə birlikdə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndi ərazisində Şəmi adlı şəxsin idarə etdiyi "Mercedes Benz 260" markalı taksidə sərnişin qismində gedərkən görüb.

Kəndin ara yolundan mərkəzi küçədəki asfalt yola çıxarkən yolun nahamarlığı ilə əlaqədar maşının yavaşımasından istifadə edən Rahib avtomobilin arxa sol qapısını açaraq Samirəni zorla düşürüb. O, Samirəyə yumruq və təpik vurub. Taksi sürücüsü maşından düşərək mane olmaq istəyib. Rahib ona işlərinə qarışmamasını söyləyib.

Daha sonra Rahib cinsi ehtirasını təmin etmək məqsədi ilə Samirəni döyərək müqavimətini qırıb. O, Samirənin saçından tutaraq yumruq və təpiklə bədəninə çoxsaylı zərbələr vurub. Samirənin əynində olan şalvarı, koftanı, jileti soyundurub. Onu lüt vəziyyətdə Aşağı Kəsəmən kəndinin ara yolunda, küçədə olan dəmir hörmə çəpərlə əhatələnmiş bağ sahəsinə salıb.

Daha sonra Rahibin özü də soyunub və Samirə ilə cinsi əlaqədə olmağa başlayıb. Bu vaxt Sevda onun bu hərəkətlərinə mane olmağa çalışıb. Rahib Sevdaya: "Səni Samirənin yerinə zorlayacam", - deyib. Bundan qorxan Sevda oradan uzaqlaşıb. Amma Rahib niyyətini başa çatdıra bilməyib, çünki hadisə yerinə gələn zərərçəkmişin qardaşı Sadiq ona mane olub.

İstintaq orqanı tərəfindən Rahibin barəsində Cinayət Məcəlləsinin 29,149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmağa cəhd) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rahib ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yaşayıb:

"Rəsmi olaraq heç bir yerdə işləməmişəm. Fəhləliklə məşğul olmuşam. Samirəni 2000-ci ildən etibarən tanımışam. Onunla 2012-ci ildən 2014-cü ilədək qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşam. Birlikdə yaşamışıq. Lakin sonradan münasibətlərimiz pozulduğuna görə dava-dalaş oldu və ayrıldıq. Samirə ilə olan davalarımıza görə ümumilikə üç dəfə məhkum olunmuşam".

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə 2019-cu ilin yanvarında azadlığa buraxılıb:

"Hadisə günü Aşağı Kəsəmən kənd ərazisində olmuşam. Həmin gün axşam saat 21 radələrində Aşağı Kəsəmən kəndində bibim Gövhərgilə gedərkən yolda tünd rəngli, nömrəsini xatırlamadığım, "çeşka" kimi tanınan "Mercedes-Benz" markalı maşın dayandı. Həmin maşının içərisinə baxdıqda arxa oturacaqda sağ tərəfdə Sevda, sol tərəfdə isə Samirənin oturduğunu gördüm. Həmin vaxt qarşıdan başqa maşın gəldi. Samirəgilin olduğu maşın qarşıdan gələn maşının keçməsini gözlədiyi üçün maşına yaxınlaşdım, arxa sol tərəfdə Samirənin oturduğu hissədən qapını açdım. Samirəyə maşından düşməsini dedim. Samirə maşından düşmədi, qışqırmağa başladı. Bu zaman içkili idim deyə əsəbləşdim. Samirənin saçından tutaraq çölə çıxartdım və döyməyə başladım".

Rahibin ifadəsinə görə, bu zaman maşının sürücüsü maşından düşüb və nə baş verdiyini soruşub: "Həmin adama Samirənin həyat yoldaşı olduğumu, haraya getdiyini soruşduğumu dedim. Bunu dedikdən sonra həmin adam maşını oradaca qoyaraq piyada harayasa getdi. Həmin vaxta qədər Sevda da getdi. Bundan sonra Samirəni döyməyə davam etdim. Təxminən bir neçə dəqiqə sonra Samirənin anası və bacısının birlikdə gəldiklərini gördüm. Bu zaman Samirəni döyməkdən əl çəkdim. Sonra evimizə getdim. Evimizə qayıdarkən qonşuluqda yaşayan Rəhimi də gördüm. Evdən balıq tutmaq üçün qarmaq götürərək piyada Kür çayının kənarına gəldim. Ondan sonra polislərin məni axtara biləcəklərindən ehtiyat etdim, evə gəlmədim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, ertəsi gün çimmək və dincəlmək üçün evə gəlib:

"Günortadan sonra qapını polislər döydülər. Polislərin məni aparmağa gəldiklərini düşündüm. Evin arxa tərəfindən bağ yolu ilə qaçmağa çalışdım. Lakin polislər məni tutaraq Ağstafa Rayon Polis Şöbəsinə gətirdilər".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirənin sözlərinə görə, hadisə baş verən gün, axşam saat 21 radələrində bacısı Sevda ilə birlikdə Poylu kəndinə, digər bacısıgilə gediblər:

"Buna görə böyük bacım Sevda taksi sifariş etmişdi. Axşam saat 21 radələrində köhnə model taksi gəldi. Həmin taksinin sürücüsünü qaranlıq olduğu üçün aydın görmədim. Sevda ilə birlikdə maşında oturduq. Sürücü tərəfdə arxada oturdum. Kənddən çıxarkən çınqıl yoldan asfalt yola keçən hissədə maşın yavaşıdı. Həmin vaxtı Rahib maşının arxa sol tərəfdə, mən əyləşən hissədən qapısını açdı. Məni maşından zorla saçımdan tutaraq düşürtdü. Maşından düşürtdükdən sonra məni döyməyə başladı. Rahib məni döyə-döyə: "Mən səni güdürdüm, yaxşı keçdin əlimə, səni zorlayıb, başına oyun açacam", - dedi. Rahibə məni buraxmasını dedim. Lakin Rahib məni dinləmədi, döyməyə davam etdi. Döyə-döyə üstümdəki paltarları cırmağa başladı".

"Rahib məni döyərək təmiz lüt vəziyyətə saldıqdan sonra sürüyərək yaxınlıqdakı əkin sahəsinə apardı. Bu zaman oradakı dəmir setka çəpərdən tutdum. Lakin Rahib məni vuraraq əlimi setkadan buraxdırdı. Rahib məni arxası üstə yerə uzatdı, özü də şalvarını və alt paltarını çıxardı. Mənim üzərimə uzandı. Rahib məni zorlamaq istəyirdi. Ona müqavimət göstərdim", - qadın əlavə edib.

Zərərçəkmiş şəxs deyib ki, bu zaman uzaqdan qardaşının səsini eşidib: "Qışqırdığıma görə qardaşım mənim olduğum yeri dəqiq bildi və bizə doğru gəldi. Həmin vaxtı Rahib üstümdən qalxdı, qardaşıma doğru getdi. Qardaşımla tutaşdı. Mən də həmin vaxt lüt vəziyyətdə qaçaraq qonşuluqda olan Zəminə xalagilə getdim. Orada üzərimə köynək və ətək geyindim. Sonra anam, bacım, əmimin yoldaşı gəldilər. Məni oradan öz evimizə gətirdilər. Daha sonra polisə bu barədə məlumat verdik".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Rahib beş il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2657   Tarix: 13 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı

1 sentyabr
.

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"

18 sentyabr
.

Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə

20 avqust
.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

7 avqust
.

Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar

24 avqust
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust
.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust
.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur

Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd

7 avqust