Gecə klubunda partlayışda yaralanan qız danışdı: "Tərbiyəsizsiniz"

Gecə klubunda partlayışda yaralanan qız danışdı: "Tərbiyəsizsiniz""Hər şey bir anın içində baş verdi"

AZXEBER.COM xəbər verir ki, "Location" klubda baş verən partlayışda yaralanan model Merlin (Təranə Rzayeva) Lent.az-ın canlı yayımında qonaq olub. Merlin müsahibəsində partlayış anını bu cür izah edib:

"Hər şey bir anın içində baş verdi. Möhkəm səs və bir anda hər kəs yerdə. Divara çırpılıb, özümdən getmişəm. Məni o anda xilas edən oğlan oldu. O oğlanın səsini eşidən zaman, sağ olduğumu hiss etdim və o anda dünyanın ən xoşbəxti oldum. Nə baş verdiyini dərk etmirdim. Digərlərinə baxanda mən çox yaralanmamışam. Amma çıxanda baxdım ki, hər kəs yerə sərilib. Rəhmətlik xadimə ilə mən eyni divara çırpılmışdım. Oradan xəstəxanaya birinci mən çatdım. Daha sonra uşaqlar gəldi. Xəstəxanada yüksək səslə zarıyırdılar. Əllərim , ayaqlarım, bədənimin müxtəlif yerləri yandı və təbii saçlarım getdi. İndi saçlarım qaynaqdır. Baxımsız görsənmək istəmədim. Bir ona sevinirəm ki, ölmədim. Çünki atam xərçəng xəstəsidir. Mənim ölüm xəbərim gəlsəydi, eşidib həyatdan köçə bilərdi. Sadəcə onu dərk etdim ki, hər an ölə bilərik. Bu günlə yaşamaq lazımdır. Əslində həmin gün o məkanda olmamalı idim. Sadəcə rəfiqəm Aysel Şükür zəng etdi, mən də o mıəkana yaxın idim, ora gəldim. Klub geyimində deyildim. Əynimdə cins şalvar və qalın köynək var idi. Klub geyimində, ətəkdə olsaydım, digərləri kimi daha çox xəsarət ala və ölə bilərdim".

Merlin gecə saatlarında klubda əyləndiyi üçün ona tənqid yazanlara da cavab verib:

"Başa düşə bilmirəm ki, insanlar üçün gecə ilə gündüzün nə önəmi var? İnsanın pis və ya yaxşı olması gecə və gündüzə görə dəyişmir. Pis insan hər məkanda pisdir. Kluba getməyimi əxlaqsız kimi təqdim etdilər. Əslində məni tənqid edənləri önəmsəmirəm. Barəmizdə tərbiyəsiz sözlər işlədirsiz. Ağızdan tərbiyəsizsiz".

Qeyd edək ki, müsahibənin tam hissəsinə aşağıdakı videoda baxa bilərsiniz.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2542   Tarix: 13 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ

23 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl

22 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr