Azərbaycanda həbs həyatı yaşayan NAZİRLƏR - SİYAHI

Azərbaycanda həbs həyatı yaşayan NAZİRLƏR - SİYAHIAzərbaycanın müstəqillik dövründə işində nöqsanlara yol vermiş, korrupsiyaya əl atmış və müxtəlif qanunsuzluqlar etmiş məmurlar olub ki, məsuliyyətə cəlb olunub.

Ölkədə həbs olunan məmurlar arasında nazirlərin də adlarına rast gəlmək mümkündür.

BAKU.WS saytı həbsxana həyatı yaşamış sabiq nazirlər barədə kiçik araşdırma aparıb.

Müstəqilik dövründə həbs olunan nazirlərin siyahısını təqdim edirik:

Əli İnsanov - 9 noyabr 1993 — 20 oktyabr 2005 tarixlərində Azərbaycan Respublikasının Səhiyyə naziri posunu icra edib. 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib. 17 mart 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Səlim Müslümov - 2013–2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi xidmət edib. Müslümov 2021-ci ilin fevralında barəsində olan korrupsiya faktlarına görə həbs edilib.

Surət Hüseynov - 1993-cü il iyununda Baş nazir təyin olunub. Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Prezidentin əfv fərmanı ilə həbsdən azad olunub.

İsgəndər Həmidov - 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb. 1994-cü ildə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.

Rəhim Qazıyev - 17 mart 1992-ci ildən 20 fevral 1993-cü ilə qədər Azərbaycan Respublikasının Müdafiə naziri olub. Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək haqqında ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.

Fəxrəddin Təhməzov - 17 may 1992-ci ildən 1993-cü ilin iyun ayına qədər Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri olub. 1993-cü ildə baş vermiş Gəncə qiyamının yatırılmasında iştirakına görə qısa müddətli həbs cəzası alıb.

Pənah Hüseyn - 1993-cü ilin aprel iyun aylarında Azərbaycan Respublikasının Baş naziri olub. Pənah Hüseyn AXC hakimiyyətindən qısa müddət sonra həbs olunub. Bir müddət həbsdə qaldıqdan sonra azad olunub.

Müzamil Abdullayev - 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına qədər Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. 1996-ci ildə vətənə xəyanət ittihamı ilə əvvəlcə ömürlük azadlıqdan məhrum edilib. Sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə əfv fərmanı ilə azadlığa buraxılıb.

Fərhad Əliyev - 2001-2005-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri olub. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Nəriman İmranov - 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına qədər Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. 1994-cü il dekabrın 21-də bir qrup şəxsin Nazirliyin təcridxanasından qaçırılmasını təşkilinə görə, vətənə xəyanət ittihamı ilə ömürlük məhrum edilib. 2002-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.

Fikrət Yusifov - 1994-1999-cu illərdə Azərbaycan Respublikasının Maliyyə naziri olub. 2005-ci ildə həbs olunub. 2 ildən çox həbsdə saxlandıqdan sonra azadlığa buraxılıb.

Nicat Quliyev - 4 noybar 1993-cü ildən 4 avqust 1995-ci ilə qədər Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb. 2013-cü il avqustun 7-də həbs edilib və 2016-cı ildə azadlığa buraxılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1941   Tarix: 14 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ

23 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl

22 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr