"Keçmişimlə fəxr edirəm, gecə klubundan meyitim çıxmayıb ki…" - Nazilə Səfərli

"Keçmişimlə fəxr edirəm, gecə klubundan meyitim çıxmayıb ki…" - Nazilə Səfərli"Mən indi də xadiməyəm, vəzifəm armayıb ki. Tibb Texnikumunu bitirmişəm, kurs keçməliydim və ona görə də xəstəxanada işləmişəm. Burda ayıb nə var ki. Mənim Fatiməylə olan problemimi o bilər, mən bilərəm. Fatimənin dərdi mama-ginekoloqlara qalıb? Mən utanmıram, əlimin zəhmətiylə qazanmışam. Demirlər ki, keçmişi pozğun olub. Balamı saxlamaq üçün bağ da süpürərəm, ayaqyolu da təmizləyərəm. Bunlar sənət deyil, ailə saxlamaq üçün vasitələrdir".

Sonxeber.az moderator.az-a istinadən xəbər verir ki, bunu şairə Nazilə Səfərli deyib. Şairə onun keçmişi haqqında danışan həkimə öz ismarıclarını göndərib:

"Yəni ailəni dolandırmaq üçün bir yerdən başlamalısan. Yetər ki, ailən ac qalmasın, adın pis yerdə hallanmasın. Bununla fəxr edirəm. Qoy yol süpürən, daş daşıyan insanlara motivasiya olsun ki, zəhmətlə hardan-hara gəlmək olur. Mən heç o həkim qadını tanımıram kimdir. Nəinki tibb bacısı, xadimə işləmişəm, üz də, qaş da almışam, sistem köçürmüşəm. Neyləmişəmsə, balalarım ac qalmasın deyə etmişəm. O mənim utanc yerim deyil, fəxr yerimdir, zəhmətlə gəlmişəm.

Bir dəfə bir məclisdə hamıya salam vermişdim. Orda bir nəfər gözləyib ki, mən ona özəl salam verməliymişəm. Yəni mən ona necəsiz, qurban olum deməliymişəm. Mən də o insanı görməmişəm. Qəfildən qalxıb mənə dedi ki, "kimsən ay qız, sən? Səfərlidə armud yeyə-yeyə gəldin adam oldun". Səfərli bizim kəndimizdi və armuduyla məşhurdur. Mənim də birdən gözüm sataşdı bu kişiyə, məclisə təzə girmişdim və məni pərt etmək istəyirdi. Dedim ki, o armuddan sən də yemişdin, bəs sən niyə adam olmadın?! Vəssalam. Bacar sən də adam ol.

Rusiyalı iş adamı Vaqif Məmişovu tanıyırsınız. Bu gün təyyarəsi, zavodları var. Təkcə 16 hektar ov sahəsi var. Halbuki əsgərlikdən çıxanda gözləyirmiş ki, kimsə yemək yeyəndə artıq qalsın və ondan bu da yesin, acından ölməsin. O, bir zavoda fəhlə olaraq girir və daha sonra həmin zavodu satın alır. Bu gün isə Rusiyanın ən böyük iş adamlarından biridir. Arxasız, köməksiz gələndə ayaq üstdə durmaq asan deyil".

N.Səfərli aralarında yaranan mübahisəyə görə rəqqasə Fatiməni məhkəməyə verdiyini deyib:

"Məhkəməyə vermişəm ona görə ki, Fatimə niyə haqqımda elə danışıb. Mənim onunla nə işim var ki. Fatiməylə mənim aramda olan söhbətə bu sözün heç bir dəxli yoxdur. Siz də, mən də bilirəm ki, efirdə beş dəqiqə gecikmə var. Kimsə öz aləmində düşünür ki, məni bununla "vurarlar", amma halal zəhmətlə insan "vurulmur". Əksinə, görün insanlarımız nə qədər əziyyət sevəndir. Hamı o cür insanları sevir. Heç kim stolların başında oynayanı sevmir. Stolların başında oynamaq sənət deyil. Əgər bir rəqqasə desə ki, bu mənim sənətimdir və mən bu sənətimə xatir bunu edirəm, onda onu hamı qiymətləndirər, sənətə qiymət var. Amma mən balamı saxlamaq üçün stolun başına dırmaşmışamsa, bu rəzalətdir. Amma balamı saxlamaq üçün tualet də yusam bu fəxarətdir. Gecə klubundan meyitim çıxmayıb ki", - deyə Səfərli bildirib.

Qeyd edək ki, aparıcı və prodüser Tarix Əliyevin (Tolik) verilişinin ötən gün yayımlanan buraxılışında maraqlı anlar yaşanıb. Proqram zamanı tamaşaçılardan biri efirə zəng edərək şairə Nazilə Səfərli ilə bağlı iddia irəli sürüb. Adının İradə olduğunu deyən mama-ginekoloq qadın Səfərlinin onun çalışdığı xəstəxanada 10 il əvvəl xadimə işlədiyini deyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6399   Tarix: 15 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Azərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?

Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini

23 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl

22 oktyabr
.

Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb

Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd

23 oktyabr
.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr