Tələbə qızı intihara sevgilisi məcbur edibmiş - "45 dəqiqən qaldı"

Tələbə qızı intihara sevgilisi məcbur edibmiş - "45 dəqiqən qaldı"Ötən ilin may ayında Şəkidə tələbə qızın intiharının səbəbləri məlum olub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun kəndlərindən birində 2001-ci il təvəllüdlü Məlahət Quliyevanın (ad və soyad şərtidir) özünü asaraq intihar etməsi ilə bağlı açılmış cinayət işinin istintaqı zamanı dəhşətli faktlar üzə çıxıb.

Məlum olub ki, universitet tələbəsi olan Məlahəti sinif yoldaşı olmuş və 2019-cu ildən sevgi münasibətləri yaranan İsmayıl Rəhimov özünü öldürmə həddinə çatdırıb. Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə açılmış işin araşdırılması zamanı üzə çıxan faktlar səbəbindən İsmayıl Rəhimov həbs edilib.

Araşdırmalar zamanı Məlahətin telefonundakı son yazışmalar istintaqın diqqətini cəlb edib. Məlum olub ki, 20 yaşlı qız başqası ilə ailə həyatı quracağını dedikdən sonra oğlan tərəfindən şantaj edilib. Mayın 10-da İsmayıl ardıcıl mesajlar yazaraq Məlahəti təhqir edib, onun intihar etməsini tələb edib. Əks halda sevgili kimi görüşdükləri vaxt çəkdiyi görüntüləri Məlahətin atasına və qardaşına göndərəcəyini deyib.

İsmayıl hədələrinin real olmasını göstərmək məqsədilə vaxtılə çəkdiyi görüntüləri vatsap proqramı vasitəsilə mayın 12-də ona göndərib: "Mən bu videoları qardaşına, atana göndərdikdən sonra onlar özləri sənin başını kəsəcəklər. Yaxşısı budur, 1 saat ərzində özün-özünü öldür".

Həmin gün onlar arasındakı yazışmalar saat 12:25-dən 13:47-dək davam edib. Bu zaman (saat 13:21-də) Məlahət İsmayıldan 1 gün vaxt istəsə də, İsmayıl bununla razılaşmayıb və israrla onun intihar etməsini tələb edib. 15 dəqiqə sonra isə İsmayıl Məlahətə "45 dəqiqə vaxtın qaldı" yazaraq hədələrinin şiddətini daha da artırıb.

İsmayılın onun görüntülərini yayacağı ilə bağlı hədələrini gerçəkləşdirəcəyi təqdirdə biabır olacağını yəqin etməsi səbəbindən yaranmış emosional gərginlik halında autoaqressiv davranış nümayiş etdirən Məlahət həmin gün saat 14 radələrində yaşadığı evin həyətində xurma ağacından özünü asaraq həyatına son qoyub.

Şəki Rayon Məhkəməsi onun 7 il müddətinə həbs edilməsinə qərar verib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 5519   Tarix: 15 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı

1 sentyabr
.

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"

18 sentyabr
.

Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə

20 avqust
.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

7 avqust
.

Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar

24 avqust
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust
.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust
.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur

Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd

7 avqust