Çörək zavodundakı dəhşətli ölümün təfərrüatı - YENİLƏNİB + VİDEO

Çörək zavodundakı dəhşətli ölümün təfərrüatı - YENİLƏNİB + VİDEOBakıda çörək zavodunda qadının ölməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Kriminalqafqaz"ın məlumatına görə, yanvarın 7-i saat 16 radələrində paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən "İsrafiloğlu" MMC-yə məxsus "Nur" çörək zavodunda fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalmış və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Nərimanov Rayon Məhkəməsində "Nur" çörəkbişirmə zavodunun işçisi, 1988-ci il təvəllüdlü Jalə Nurəliyevaya hökm oxunub. O, ehtiyatsızlıq edərək iş yoldaşı, 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın faciəvi şəkildə ölümünə səbəb olmaqda ittiham edilib.

Jalə Nurəliyevaya məhkəmədə verdiyi ifadədə deyib ki, onlar arasında heç vaxt ədavət olmayıb:

"Ana-bala kimi olmuşuq. Münasibətlərimiz çox gözəl olub. Aramızda heç bir düşmənçilik, ədavət olmayıb. Çox mehriban idik. Günün çox hissəsini birlikdə keçirirdik. Hadisə günü işçilər arasında iş bölgüsü oldu və bizim ikimizə istehsalat sexinin anbar və xəmir qarışdırdan qurğuların təmizlənməsi tapşırılmışdı. Biz əvvəlcə anbarı təmizlədik, daha sonra isə qurğuların təmizliyinə başladıq. Həmin vaxt Mətanət əyilib qapı tərəfdən ikinci olan qurğunun döşəməsinin ətrafını əski ilə silməyə başladı. Mənə də dedi ki, "Gəl aparatı qaldır ki, altını silim". Ona görə də, Mətanətin yanından keçib qurğunu idarə edən düymələr olan hissəyə yaxınlaşdım. Qurğunu qaldırmaqdan ötrü xatırladığım qədər ən solda olan yaşıl rəngli düyməyə basdım. Həmin an sexdə olan qadınların qışqırıq səsini eşitdim. Üzümü çevirib baxanda gördüm ki, Mətanət qurğunun qarışdıran dəmirləri arasında sıxılıb qalıb. Gördüyüm mənzərədən şok olub özüm də qışqırmağa başladım. Eyni zamanda əllərimlə nə cürsə Mətanətə kömək etmək istədim. Daha sonra işçilərdən biri yaxınlaşıb qurğunu söndürdü və dedi ki, Mətanət artıq ölüb. Ətraf qan içində idi. Hadisəyə görə çox üzülürəm".

Jalə Nurəliyevaya Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilərək aylıq qazancından hər ay dövlət nəfinə 20 faiz pul tutulmaqla iki il müddətinə islah işləri cəzasına məhkum edilib.

10:31
Bakıda çörək zavodunda qadının ölməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsində "Nur" çörəkbişirmə zavodunun işçisi, 1988-ci il təvəllüdlü Jalə Nurəliyevaya hökm oxunub.

O, ehtiyatsızlıq edərək iş yoldaşı, 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın faciəvi şəkildə ölümünə səbəb olmaqda ittiham edilib və Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilərək aylıq qazancından hər ay dövlət nəfinə 20 faiz pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilib.

Qeyd edək ki, yanvarın 7-si saat 16 radələrində paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən "İsrafiloğlu" MMC-yə məxsus "Nur" çörək zavodunda fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Mətanət Həsənova zavodun istehsalat sexində xəmirqarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 11134   Tarix: 18 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA

Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək

22 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib

23 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

23 oktyabr