Peşə təhsili alanlara ŞAD XƏBƏR: Təqaüd veriləcək - FOTO

Peşə təhsili alanlara ŞAD XƏBƏR: Təqaüd veriləcək - FOTOMilli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

İclası açan Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə birinci oxunuşda olan üç qanun layihəsi daxil edilib.

Gündəliyin təsdiqindən sonra komitə sədri "Peşə təhsili haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə məlumat verib. O, qeyd edib ki, mövcud qanunvericilikdə peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsilalanlara təqaüdün verilməsi nəzərdə tutulub. Təklif olunan dəyişiklikdə isə dövlət peşə təhsili müəssisələrində təhsialanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdün təyin edilməsi təklif olunub.

Bəxtiyar Əliyev bildirib ki, peşə təhsilinin təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın genişləndirilməsi üçün geniş islahatlar həyata keçirilir. Bu dəyişiklik də Azərbaycan Respublikası Prezidentinin "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" sərəncamına uyğun hazırlanıb.

Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, komitə üzvləri Kamilə Əliyeva, Ceyhun Məmmədov, Etibar Əliyev, Aqiyə Naxçıvanlı, Eldar Quliyev, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsinin müzakirəsində çıxış ediblər, fikirlərini bildiriblər.

Deputatlar təklif olunan dəyişikliyi peşə təhsilinə marağın artırılması, bu sahədə əlçatanlığın genişlənməsi və bərabər imkanların yaradılması baxımından yüksək qiymətləndiriblər. Onlar peşə təhsili məzunlarının işlə təmini, peşə təhsili müəssisələrinin orta məktəblərlə sıx əlaqələrin qurulması kimi məsələlərlə bağlı rəylərini, təkliflərini səsləndiriblər.

Deputatlar qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Sonra komitə sədri gündəliyin 2-ci və 3-cü məsələsi olan "Ümumi təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) və "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" və "Təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) bir-biri ilə bağlı olduğunu diqqətə çatdırıb.

Bildirib ki, "Ümumi təhsil haqqında" Qanunun "Əsas anlayışlar" adlanan birinci maddəsinə "inteqrasiya təlimli təhsil müəssisəsi" anlayışının tərifi əlavə edilib. 4.0.29-cu maddəsində "pedaqoji işçi" termininin "müəllimlər" sözü ilə əvəz edilməsi təklif olunub.

Qanunun 12-ci maddəsinə irəli sürülən dəyişiklikdə isə ümumi təhsil müəssisələrinin yeni təsnifatı təklif olunub.

Sonra komitə sədri məlumat verib ki, "Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində ümumi təhsil müəssisələrinin növlərinin yeni redaksiyasına uyğun olaraq "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Qanununun 7.0-cı maddəsində və "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 14.5.2-ci maddəsində də dəyişikliklər edilməsi təklif olunub.

Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqlarının təmini ilə bağlı görülən tədbirlərdən, qəbul edilən qanun, sərəncam və dövlət proqramlarından bəhs edən Bəxtiyar Əliyev sağlamlıq imkanları məhdud uşaqların mövcud təhsil təminatından istifadə imkanları barədə bəzi göstəricilərə nəzər salıb. O, ölkəmizdə inklüziv təhsilin tətbiqi ilə bağlı təşəbbüsləri, xüsusən də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri, sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində gördüyü məqsədyönlü işlərin əhəmiyyətindən danışıb.

Sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməyin əhəmiyyətini vurğulayan komitə sədri qanunvericiliyə təklif edilən bu dəyişikliklərin də onların təhsili üçün maneəsiz mühit yaratmağa xidmət etdiyini bildirib.

Qanun layihələrinin müzakirələrində deputatlar Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Etibar Əliyev və Kamilə Əliyeva inklüziv təhsildə maddi-texniki, kadr hazırlığının vəziyyəti, yeni yanaşmaların tətbiqi, həmçinin təhsilin bir sıra aktual məsələləri ilə bağlı fikirlərini açıqlayıblar. "Ümumi təhsil haqqında" Qanuna təklif olunan 1.0.44 maddəsində "inteqrasiya təlimli təhsil müəssisəsi" anlayışının tərifi ilə əlaqədar rəylərini səsləndiriblər. Deputatlar təklif edilən dəyişikliklərin sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqlarının təmin edilməsini, təhsilə əlçatanlığını genişləndirəcəyini bildiriblər.

Müzakirələrə yekun vuran Bəxtiyar Əliyev deputatların qaldırdığı məsələlərə münasibət bildirəndən sonra komitə üzvləri hər iki qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Bununla da Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin yaz sessiyasında növbəti iclası başa çatıb.
Peşə təhsili alanlara ŞAD XƏBƏR: Təqaüd veriləcək - FOTOPeşə təhsili alanlara ŞAD XƏBƏR: Təqaüd veriləcək - FOTOPeşə təhsili alanlara ŞAD XƏBƏR: Təqaüd veriləcək - FOTOPeşə təhsili alanlara ŞAD XƏBƏR: Təqaüd veriləcək - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3389   Tarix: 18 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA

Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək

22 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib

23 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

23 oktyabr