Sevdiyi qızı intihara məcbur edən İsmayıl - "Belə bitməsini istəmirdim"

Sevdiyi qızı intihara məcbur edən İsmayıl - "Belə bitməsini istəmirdim"Şəkidə sevdiyi qızı intihara məcbur etməkdə ittiham edilən 21 yaşlı İsmayıl Rəhimov ona verilən cəzadan narazıdır.

"Qafqazinfo"nun məlumatına görə, 2001-ci il təvəllüdlü Məlahət Quliyevaya (ad və soyad şərtidir) hədə-qorxu gələrək onu özünü öldürməyə məcbur edən və Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilərək 7 il həbs cəzası verilən İsmayıl apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini tələb edib.

Şəki Apellyasiya Məhkəməsində şikayətə baxılarkən İsmayıl ona təqsirləndirildiyi maddə üzrə yuxarı həddə cəza verildiyini deyib və həbs müddətinin azaldılmasını xahiş edib: "Bu hadisədə mən də təqsirkaram, özümə bəraət qazandırmıram. Belə bitməsini istəmirdim. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və mənə verilmiş cəzanın yüngülləşdirilməsini xahiş edirəm".

İsmayılın vəkili də çıxış edərək onun cəzasının yüngülləşdirilməsinin, eləcə də ona bəraət verilməsinin mümkün olduğunu deyib: "İsmayıl mərhum Məlahəti çox sevirdi və buna görə də təbii ki, heç vaxt onun özünü öldürməsini arzu etməyib, edə də bilməzdi. İsmayıl sadəcə onu çox sevdiyi üçün ondan əl çəkmək istəməyib. Çünki onlar 3 ilə yaxın idi ki, sevgili idilər və bir-birlərini çox sevirdilər. Bundan başqa mərhumun telefonuna, meyitə baxış keçirilən zaman və hadisə yeri tətqiq edilərkən müdafiə tərəfinin və hal şahidlərinin iştirakı təmin edilməyib".

Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı isə İsmayılın və vəkilinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş edib.

Şəki Apellyasiya Məhkəməsi şikayətin təmin edilməməsi ilə bağlı qərar verib.

Xatırladaq ki, istintaq zamanı tələbə olan Məlahət Quliyevanın sinif yoldaşı və keçmiş sevgilisi olan İsmayıl tərəfindən intihara məcbur edilməsi üzə çıxıb. Belə ki, araşdırma zamanı Məlahətin telefonundakı son yazışmaları diqqət cəlb edib. 20 yaşlı qız başqası ilə ailə həyatı quracağını dedikdən sonra oğlan tərəfindən şantaj edilib. Mayın 10-da İsmayıl ardıcıl mesajlar yazaraq Məlahəti təhqir edib, onun intihar etməsini tələb edib. Əks halda sevgili kimi görüşdükləri vaxt çəkdiyi görüntüləri Məlahətin atasına və qardaşına göndərəcəyi ilə hədələyib.

İsmayıl Məlahət qarşısında konkret vaxt təyin edərək həmin vaxt daxilində intihar etməsini, yoxsa görüntüləri yayacağını deyib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2859   Tarix: 19 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı

1 sentyabr
.

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"

18 sentyabr
.

Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə

20 avqust
.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

7 avqust
.

Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar

24 avqust
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust
.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust
.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur

Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd

7 avqust