XDMX-nin kapitanı 100 minlik dələduzluqda ittiham olunur
Keçmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı, kapitan Vüqar Mikayılov 100 min manatlıq dələduzluqda ittiham olunur.
"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, o, iki nəfəri aldadaraq pullarını ələ keçirdiyi üçün barəsində cinayət işi başlanılıb. V.Mikayılovla bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məlum olub ki, kapitan qulluq mövqeyindən istifadə etməklə "Zəngəzur" şirkətinin rəhbərindən 50 min manat alıb. Belə ki, həmin şirkətlə Dövlət Miqrasiya Xidməti arasında Şəki və Ağsuda Regional Miqrasiya İdarəsinin binasının tikintisi üçün anlaşma olub. Lakin Dövlət Miqrasiya Xidməti tikintidən sonra şirkətə 600 min manat borclu qalıb. Şirkət rəhbəri borcunu almaqda köməklik göstərməsi üçün tanışı vasitəsilə Vüqar Mikayılova müraciət edib. Kapitan Mikayılov isə bu işi 50 min manat qarşılığında görə biləcəyini deyərək həmin məbləği alıb.
Qeyd edilən məsələ ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətindən "Kriminalqafqaz"a bildirilib ki, "Zəngəzur" şirkətinin rəhbəri müxtəlif vaxtlarda müraciət edərək 2012-ci ildə inzibati binaların tikintisi ilə bağlı ödənilməmiş borcun qaldığını bildirib. Araşdırmalar zamanı həmin dövrə aid qeyd olunan məbləğdə borcu təsdiq edən hər hansı sənəd aşkar olunmayıb. Şirkət rəhbəri bununla bağlı dəvət edilib, məsələ müzakirə olunub və qanunvericiliyin tələblərinə uyğun müvafiq cavablar təqdim edilib.
Vüqar Mikayılovun daha bir dələduzluq əməli Lənkəran Ağır Cinayətlər Məhkəməsindəki cinayət işinin nəticəsinə təsir etməklə bağlı olub. Belə ki, o, rüşvət ittihamı ilə həbs edilmiş məmur Tofiq Əliyevin cinayət məsuliyyətindən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsinə kömək edə biləcəyini deyib. Əvəzində isə ondan 50 min manat alıb.
Qeyd edək ki, V.Mikayılov 2002-ci ildən Xüsusi Dövlət Mühafizə Xidmətində çalışıb. Dələduzluq əməlləri ortaya çıxandan sonra 2021-ci ildə xidmətdən və vəzifədən azad edilib. Hazırda onun barəsindəki cinayət işi aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Kapitan Mikayılov dələduzluq, cinayətə təhriketmə və rüşvət vermə ittihamları ilə mühakimə olunacaq.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2829 Tarix: 19 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı
1 sentyabrNigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"
18 sentyabrŞəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib
Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə
20 avqustÜlviyyə İlyasova fəhləyə borclu qalıb?
"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind
7 avqustQadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir
Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar
24 avqustGədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili
31 avqustDəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl
5 avqustOğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu
8 avqustTovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur
Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd
7 avqust