Azərbaycanda məktəbli qızın sinif yoldaşını bıçaqlamasının təfərrüatı - YENİLƏNİB + FOTO

Azərbaycanda məktəbli qızın sinif yoldaşını bıçaqlamasının təfərrüatı - YENİLƏNİB + FOTOBu gün səhər saatlarında Gəncədə məktəbdə 9-cu sinifdə oxuyan qızın məktəbli yoldaşını bıçaqlaması hadisəsinin təfərrüatı məlum olub.

"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, Bağmanlar küçəsində yerləşən Molla Pənah Vaqif adına 8 saylı orta məktəbdə 9-cu sinif şagirdi olan qızı bıçaqlayan 15 yaşlı Səbinə (şərti adlı) hadisədən sonra məktəbdən qaçıb. Hələlik onun harada olması müəyyənləşməyib və axtarışları davam etdirilir.

Məktəbdən bildirilib ki, hadisəni törədən şagird tez-tez münaqişə yaratmağa meyilli olub. O, bir müddət əvvəl bu gün bıçaqladığı sinif yoldaşının paltarlarını da kəsibmiş. Səbinənin hərəkətləri barədə müəllimləri də bir neçə dəfə xəbərdarlıq edib.

Bu gün baş verən hadisəyə gəlincə, bıçaqlanma ilk dərsdən sonrakı tənəffüsdə baş verib. 9-cu sinifdə oxuyan qız özü ilə gətirdiyi kəsici alətlə sinif yoldaşının boğaz nahiyəsinə xəsarət yetirərək qaçıb.

Hadisədən dərhal sonra Gəncə şəhər Təhsil İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları məktəbə gəliblər.

Bıçaqlanan qız xəstəxanaya yerləşdirilib.

14:14
Gəncə şəhər 8 saylı məktəbin şagirdləri arasında baş verən insidentə aydınlıq gətirilib.

APA xəbər verir ki, Gəncə Şəhər Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyev jurnalistlərə açıqlamasında xəstəxanaya yerləşdirilən şagirdin vəziyyətinin hazırda kritik olmadığını deyib.

O qeyd edib ki, hadisə məktəbin koridorunda baş verib.

"Zərərçəkmiş məktəbli dərhal xəstəxanaya yerləşdirib. Lazımi tədbirlər görülüb. Həkimlərin rəyinə görə, vəziyyəti kritik deyil, bir neçə gün xəstəxanada qalması tövsiyə edilib. Bu baxımdan da 3 gün ərzində şagirdimiz xəstəxanada qalacaq və həkimlərin nəzarətində olacaq".

Təhsil İdarəsinin rəhbəri bildirib ki, hələlik hadisənin hansı səbəbdən baş verməsi tam olaraq aydın deyil:

"Polisin rəyini gözləməli olacağıq. Məlumata görə, şagirdlər arasında bundan əvvəl də konflikt olub".

13:30
Gəncə şəhərində məktəbli qız sinif yoldaşı olan həmcinsinə bıçaqla xəsarət yetirib.

Oxu.Az-ın məlumatına görə, hadisə Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə qeydə alınıb.

N.M. məktəbdə sinif yoldaşı S.A.-ya iki bıçaq zərbəsi vurub.

Xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində fəaliyyət göstərən məktəblərin birində təhsil alan IX sinif şagirdinin müxtəlif dərəcəli bıçaq xəsarətləri alması və xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub:

"Dərhal polis əməkdaşları hadisə yerinə gələrək, müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin məktəbliyə sinif yoldaşı olan digər bir qız tərəfindən xəsarət yetirilməsi məlum olub. Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinə müvafiq araşdırmalar aparılır və məsələyə hüquqi qiymət veriləcək".
Azərbaycanda məktəbli qızın sinif yoldaşını bıçaqlamasının təfərrüatı - YENİLƏNİB + FOTOAzərbaycanda məktəbli qızın sinif yoldaşını bıçaqlamasının təfərrüatı - YENİLƏNİB + FOTOAzərbaycanda məktəbli qızın sinif yoldaşını bıçaqlamasının təfərrüatı - YENİLƏNİB + FOTOAzərbaycanda məktəbli qızın sinif yoldaşını bıçaqlamasının təfərrüatı - YENİLƏNİB + FOTO


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 6826   Tarix: 19 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021