"Nərmin işi" ilə bağlı YENİ QƏRAR
Tovuzun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə araşdırması davam etdirilir.
Sonxeber.az Qafqazinfo-ya istinadla xəbər verir ki, prokurorluq tərəfindən məhkəməyə təqdim olunmuş şahidlərin hamısı dindirildiyindən yeni şahidlərin dindirilməsi üçün əlavə vəsatətlər verilib. Süleymanovun vəkilləri aşağıdakı şəxslərin məhkəmədə dindirilməsi üçün qərar çıxarılmasına nail olublar:
- Bakı İstintaq Təcridxanasında İlkin Süleymanovla eyni kamerada saxlanılan 4 nəfər (onlar İlkini gecələr sayıqlayanda gördüklərini deyirlər).
- Dondar Quşçu sakinləri Qurban Qasımov, Hümbət Novruzov və Aydın Abdullayev. Onlar meyitin yandığını ilk görənlərdən biri olan Altay Ələkbərova meyitin yandığı saatdan daha əvvəl kənd ərazisində rast gəldiklərini deyən adamlardır.
- Dondar Quşçu sakinləri Rüfət Əliyev və Zahidə Əliyeva. Bu şəxslərin sözlərinə görə, yanmış meyit aşkarlanmamışdan 2-3 gün əvvəl Nərminin əmisi Arif Quliyev onlara gəlib. Deyib ki, "ehtiyatlı olun, birdən Nərminin meyitini sizin qapıya atarlar, görən kimi mütləq xəbər verin".
- İlkin Süleymanovun bacısının yanına hazırlığa gələn şagirdlərdən biri. Belə ki, İlkinin Nərmini 47 gün saxladığı deyilən otaqda onun müəllim bacısı İlhamə Süleymanova repetitorluq edirmiş.
- İlkin Süleymanovun bacısı oğlu Nicat Eminov. Onun 47 gün ərzində dəfələrlə məlum otağa girib-çıxaraq orada paltar dəyişdiyi deyilir.
- İlkin Süleymanovun əmisi Hüseyn Süleymanov. Meyit tapılandan bir gün sonra həmin ərazidə qazıntı aparan Nərminin atası Şərif Quliyevin Hüseyn Süleymanovdan bel istədiyi deyilir.
- Kənd sakini, müəllimə Laləzar Məmmədova. Onun yanına hazırlığa gedən şagirdlər Nərmini məşğələdən sonra 16.30 radələrində əmisigilin evinin yanında gördüklərini bildiriblər.
Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi iddiasını təkzib edir.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 5050 Tarix: 21 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı
1 sentyabrNigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"
18 sentyabrŞəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib
Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə
20 avqustÜlviyyə İlyasova fəhləyə borclu qalıb?
"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind
7 avqustQadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir
Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar
24 avqustGədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili
31 avqustDəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl
5 avqustOğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu
8 avqustTovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur
Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd
7 avqust