"Qarabağ"dan 18 mövsümün REKORDU
Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" öz tarixinin rekorduna imza atıb.
Sonxeber.az apasport.az saytına istinadla bildirir ki, 22 turdan sonra hesabında 55 xal olan Ağdam klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarında heç vaxt belə uğurlu çıxış etməyib.
Düzdür, bəzi çempionatlarda oyun sayı 22-dən az olub. Lakin həmin mövsümlərdə 22-yə çatmaq üçün lazım olan matçların hamısına qələbə hesablansa da, indiki göstərici əlçatmaz olur.
Cari mövsümədək "Qarabağ"ın rekordu 22 oyunda 53 xal idi. Ağdam təmsilçisi 2004/05 və 2017/18 mövsümlərində buna nail olub.
Bu sayda qarşılaşmada 55 xal toplamaq həm də son 18 mövsüm bütün klublar üçün mütləq rekorddur. Sonuncu dəfə daha çox xal toplanmasına 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt "Neftçi" 22 oyunda 57 xal yığıb.
Ümumiyyətlə, ölkə çempionatlarının 32 illik tarixində 8-ci dəfə bir komanda 55 və daha çox xal toplayıb. Mütləq rekord isə "Neftçi"dədir. Bakılılar 1992-ci ildə 22 oyunda 21 qələbə qazanıb. Düzdür, ilk 4 çempionatda qələbə üçün 3 deyil, 2 xal verilib. Lakin müqayisə üçün bütün mövsümlərdə qələbəyə 3 xal nəzərə alınıb.
"Neftçi" və "Kəpəz" hərəyə iki, Sumqayıt "Xəzər"i, "Turan", "Şəmkir" və "Qarabağ" hərəyə 1 dəfə 55 və ya daha çox xal toplayıb. 2000/01 mövsümündə "Qızıl oyun"u saymaqla 21 matça çıxan "Şəmkir" 54 xala sevindiyindən potensial olaraq "55"ə çatmış sayıla bilər.
22 oyunda ən çox xal toplayanlar:
1. "Neftçi" – 63 (1992)
2-3. "Xəzər" S – 58 (1992)
"Kəpəz" – 58 (1997/98)
4-5. "Kəpəz" – 57 (1994/95)
"Neftçi" – 57 (2003/04)
6-8. "Turan" – 55 (1994/95)
"Şəmkir" – 55 (1999/2000)
"Qarabağ" – 55 (2021/22)
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1234 Tarix: 23 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb
"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b
19 sentyabr"İnter Mayami" David Alaba ilə maraqlanır
İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə
19 sentyabrMert Günok Türkiyə millisindəki karyerasını başa vurub
"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib
18 sentyabr"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır
18 sentyabrPSJ Mbappedən 60 min avro təzminat alacaq
"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl
16 sentyabrNeymar "Santos"u FIFA qadağasından xilas etdi
"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı
13 sentyabrAzərbaycan Kubokunun püşkü atıldı
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada
18 sentyabr