"Facebook"da süni intellekt texnologiyaları üzrə işləyən azərbaycanlı

"Facebook"da süni intellekt texnologiyaları üzrə işləyən azərbaycanlıİlqar Ramazanlı: "Cansız kompüterə öyrətməyi bacarırıqsa, canlı, dərrakəsi olan insanın öyrənə bilməyəcəyini necə iddia etmək olar?"

Öyrənməyin, peşəkarlığın insanın özündən asılı olduğuna inanır. Düşünür ki, insan səy göstərsə, səhvlərini analiz edib nəticə çıxararaq davam etsə, mütləq alınacaq. Ona görə, əgər cansız kompüterlər öyrənə bilirsə, dərrakəsi olan insan niyə bacarmasın? Müsahibimiz "Facebook"da süni intellekt texnologiyaları üzrə tədqiqatçı kimi çalışan İlqar Ramazanlıdır. 1992-ci ildə Bakıda anadan olub. Anası pediatr həkim, atası fizika elmləri mütəxəssisi və nanotexnologiya üzrə professor olub. Uşaqlıqdan riyazi və məntiqi düşüncəsi ilə yaşıdlarından seçilib. Onun bu istedadını ilk dəfə atası kəşf edib. Elə bu kəşf karyera yolunda ən böyük cığırı açıb.

"Çətin həlli çətin olan məsələlərə həmişə marağım olub"

- Ümumiyyətlə, həlli çətin olan məsələlərə həmişə marağım olub. Uşaqlıqdan həll edə bilmədiyim və cavabı barədə heç bir ideyam olmadığı suallar üzərində işləməyi çox sevmişəm. Məhz bu marağıma görə atam məni Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat professoru ilə tanış etdi. Onun köməyi ilə 9-cu sinifdə riyaziyyat sahəsində məktəb proqramını tam, universitet proqramının isə bir hissəsini sürətli şəkildə başa çatdırdım. Bununla yanaşı, o vaxt Bakı Özəl Türk Liseyinin kiçik qrupdan ibarət beynəlxalq olimpiada hazırlıq bölməsi var idi. Hər yay orada dostlarım ilə həll edə bilmədiyimiz çətin məsələlər üzərində baş sındırırdıq. Beləliklə, analiz və dərin düşüncə qabiliyyətimizi inkişaf etdirirdik. Hətta çox vaxt suallar üzərində bir neçə gün düşünüb bir ideya tapmadan sualı tərk etmək məcburiyyətində qalırdıq. Amma əsas olan düşünmək idi.

- Bu gün uğurlu olma səbəbiniz valideyn istiqamətləndirməsidirmi?

- Uşağın bacarığının ortaya çıxarılmasında valideyn rolu 95 faizdir. Düzdür, əziyyəti uşaq çəkir. Amma istiqamət mütləq olmalıdır. Bir valideyn səhv istiqamətləndirib övladının həyatını məhv də edər, çox xırda istiqamətlənmə ilə müsbətə doğru dəyişə də bilər. Atam məni vaxtında düzgün istiqamətləndirməsəydi, böyük ehtimal ki, istedadım olmayan sahələrə gecə-gündüzümü sərf edib, uğursuz olacaqdım.

"Tədqiqat sahəmi süni intellektə yönəltdim"

- Beynəlxalq olimpiadalarda qalibiyyətləriniz də var. Üstəlik, olimpiadaya şagird də hazırlamısınız.

- Bəli. Uşaqlıqda ən çox sevdiyim fəaliyyət olimpiadalar ilə məşğul olmaq idi. Bir çox beynəlxalq və yerli olimpiadalarda qalibiyyətlərim olub. Məktəbi bitirdikdən sonra məktəblərarası beynəlxalq olimpiadalara qatılan şagirdləri də hazırlamağı sevmişəm. Bu şagirdlərin əksəriyyəti qalib olub.

- Türkiyə, İsveçrə və Amerikada kompüter və riyaziyyat sahəsində təhsilinizi davam etdirmisiniz. Daha sonra ixtisasınızı süni intellektə yönləndirdiniz. Bu necə baş verdi?

- Orta Doğu Teknik Universitetində (ODTU) kompüter mühəndisliyi oxuyurdum. Daha sonra ikinci ixtisas kimi riyaziyyatı seçdim. ODTU-də çox maraqlı 4 il keçirdim. Bundan sonra magistraturada təhsil almaq üçün İsveçrə Federal Texniki Universitetinin Lozanna (EPFL) şəhərindəki bölməsinə yönəldim. Burada dünya riyaziyyat və kompüter elmləri sahəsində iz qoyan bir çox görkəmli professor tanıdım və onlardan dərs almaq şərəfinə nail oldum. Məşhur professor Janos Pach ilə daha yaxından işləyib, onun referansı ilə Amerikada Karneqi Mellon Universitetinə doktoranturaya qəbul oldum. Bu universitet kompüter elmləri, süni intellekt və dram məktəbi sahəsində dünyaca məşhurdur. Doktorantura oxuduğum illərdə dünyada süni intellekt sahəsində böyük sıçrayış baş verirdi. Bu, məni də maraqlandırdı və tədqiqat sahəmi süni intellektə yönəltdim.

"Google" şirkətində təcrübə keçdim"

- "Google"da təcrübə keçmisiniz. "Google" ilə yolunuz necə kəsişdi?

- Doktoranturada oxuyarkən 2-ci ili bitirdikdən sonra "Google" şirkətində təcrübə keçdim. İlk dəfə orada gördüm ki, sənayedə tədqiqat sahəsində necə layihələr üzərində işləyirlər. Demək olar ki, orada nəzəriyyə ilə məşğul olan yoxdur. Üstəlik, bir çox insan maşın öyrənilməsi və süni intellekt üzərində işləyirdi. Universitetə qayıtdıqdan sonra mən də tədqiqat sahəmi nəzəri maşın öyrənilməsi və süni intellekt alqoritmləri sahəsinə dəyişdirdim. Hazırda "Facebook"un Nyu-York ofisində tədqiqatçı işləyirəm.

- İşinizin xüsusiyyətləri nədir?

- "Facebook" və "İnstaqram"ın əsas gəlir mənbəyi reklamlardır. Bu proqramların milyardlarla istifadəçisi var. Hər istifadəçinin hansı reklamı görməsi avtomatlaşdırılmaq məcburiyyətindədir. Bu avtomatlaşdırma mürəkkəb alqoritm vasitəsilə olur. Onun dizaynında isə yüzlərlə elmi işçi işləyir. Alqoritmin təxmini illik dövriyyəsi 100 milyarddan artıqdır. O qrupda bizim hər birimizin işi ondan ibarətdir ki, alqoritmi daha dəqiq hesablayaq. Bəzən "instaqram"da və "facebook"da sizə aid olmayan reklamlar görürsünüz. Onların aradan qaldırılması və insanların diqqətinə, marağına uyğun reklamların qarşısına çıxmasını təmin etməyə çalışırıq. Kənardan sadə reklam kimi görünsə də, bu çox çətin süni intellekt məsələsidir. Eyni məntiqi bir çox sahələrə tətbiq etmək mümkündür. Yəni bu alqoritmlər tək reklamla əlaqəli deyil.

"Sosial şəbəkələrdə reklamlar bunun nəticəsində qarşımıza çıxır"

- Sosial şəbəkələrdə bir çox hallarda istifadəçi hansısa məhsul haqqında düşünürsə, qarşısına çıxır. Bu, necə baş verir?

- Bəzi insanlar düşünür ki, onları dinləyirlər. Texnologiyanın hələ ki belə gücü yoxdur. Bunu bilmək üçün bir addım gerini düşünməliyik. Nəyisə haradasa gördükdən və ya kiminləsə o barədə danışdıqdan sonra düşünürük. Çox vaxt ünsiyyət qurduğumuz insanlar bu barədə artıq internetdə axtarış vermiş olurlar. Reklamlar bunun nəticəsində qarşımıza çıxır.

- "Google" və "facebook"un iş prinsiplərindən danışardınız.

- Ən əsası, kimin nə geyindiyi, kimin işə nə vaxt gəldiyi heç kimə maraqlı deyil. İstəyən istədiyi saatda gəlir, istədiyi saatda gedir. Şirkətə maraqlı olan verilən tapşırıqları yerinə yetirməkdir. Bu kənardan bəzən çox rahat və rəngarəng görünsə də, əslində, işçinin üzərinə qoyulan çox böyük məsuliyyətdir.

"Süni intellekti öyrənmək üçün "Facebook" ən yaxşı yerdir"

- "Facebook" sizin üçün zirvədir, yoxsa hələ yolunuz var?

- İşimi çox bəyənirəm. Süni intellekti öyrənmək üçün "Facebook" ən yaxşı yerdir. Dünya daim dəyişir və inkişaf edir. Hər bir şirkət, universitet bu dinamizmin bir parçasıdır. Ona görə də bu fəaliyyətlər axıntısında heç bir ünvanı zirvə adlandırmıram.

- Bir insanın əgər istəyərsə, hər şeyi bacaracağına inanırsınız. Bəs burada şans rol oynayırmı?

- Şans rol oynayır. Mənim şansım ailəm idi. Amma öyrənmək insanın özündən asılıdır. Apardığımız tədqiqat ilə cansız kompüterə öyrətməyi bacarırıqsa, canlı, dərrakəsi olan insanın öyrənə bilməyəcəyini necə iddia etmək olar? Əlbəttə, istədiyimiz hər şeyi əldə etməyəcəyik. Bəzən həyat istiqamətimizi bizdən asılı olmadan dəyişir. Yeni vəziyyətə tez adaptasiya olub, qaldığımız yerdən davam etməyi bacarmalıyıq.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1294   Tarix: 24 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20 sentyabr
.

100 ildən sonra ilk: Yeni pinqvin növü aşkarlandı

Tədqiqatçılar Hind okeanının cənubunda yerləşən Kergelen adalarında naməlum pinqvin növü aşkar ediblər. Mütəxəssislər bunun son yüz ildən artıq müddət ərzində qeydə alınan ilk yeni pinqvin növü olduğunu bildirirlər. xəbər verir ki, bu barədə "ScienceDaily" nəşri məlumat yayıb. Yeni kəşf oluna

23 sentyabr
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21 sentyabr
.

Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı

Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq

19 sentyabr
.

Uşağa yeməkdə bunları qadağan etməyin

Siz uşağa şirniyyatı qadağan edirsiniz. Hər konfeti nəzarətdə saxlayırsınız. "Zərərli" hesab etdiyiniz məhsulları menyudan çıxarırsınız. Düşünürsünüz ki, bununla sağlam uşaq böyüdürsünüz. Amma bir müddət sonra o, gizlicə şokolad yeməyə və ya makarondan başqa hər şeydən imtina etməyə başlayır

23 sentyabr
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19 sentyabr
.

Süni intellekt modelləri mürəkkəb maliyyə hesablamalarında səhvlərə yol verirlər - Araşdırma

"Saturn" texnologiya şirkəti ən geniş yayılmış süni intellekt modellərinin ("ChatGPT", "Claude", "Copilot", "Grok", "Gemini" və digərləri) maliyyə tapşırıqlarının öhdəsindən necə gəldiyini təhlil edib. xəbər verir ki, tədqiqatın nəticələrin

21 sentyabr
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20 sentyabr