Evə girən oğrunu öldürən həbs olunur? - AÇIQLAMA
Adətən, günah öləndədir deyirlər. Baş verən cinayətlərin bəzilərinin tərəflərdən birinin hücumu, söyüşü, evə oğurluğa girməsi və s. səbəblərdən qaynaqlandığını görürük.
Məsələn, evə oğurluğa girən şəxs tutulmasın deyə onu görən ev sahibini vurmağa cəhd edir. Hətta bu xəsarətin ölümlə nəticələnməsi də onu düşündürmür.
Əksər hallarda oğurluğa gələn, bıçaqla və ya alətlə hücum edən müdafiə olunan tərəfindən ən yaxşı halda döyülür. Özünümüdafiə halları bəzən ölümlə də nəticələnir.
Görəsən, qanunvericiliyə görə, özünümüdafiə məqsədilə qarşı tərəfə zərər vurmaq məsuliyyətə səbəb olurmu?
Lent.az-ın sualına tanınmış vəkil Əsabəli Mustafayev aydınlıq gətirib.
O bildirib ki, özünümüdafiə cəhdləri qarşı tərəfin hərəkətlərinə adekvat olmalıdır:
"Cinayət Məcəlləsinə əsasən, müdafiə həddini aşanda kiməsə zərər vurulması məsuliyyətə səbəb olur. Ancaq bu məsuliyyət müdafiə həddini aşaraq, qarşı tərəfi öldürmək niyyətinə çevrildikdə meydana gəlir. Əgər evə girən oğruda silah olubsa və o, bununla ev sahibini vurmaq istəyibsə, ona xəsarət yetirmək məsuliyyətə səbəb olmur. Çünki bu tam özünümüdafiə hesab olunur.
Amma oğrunun əlində silah yoxdursa, adam öldürmək və ya xəsarət yetirmək niyyətində olmayıbsa, ona xəsarət yetirmək məsuliyyətə gətirib çıxarır. Bundan əlavə, ev sahibi cinayətin qarşısını almaqla yanaşı, oğrudan evinə girdiyi üçün qisas almaq üçün ona xəsarət yetirsə və ya öldürsə, cinayət məsuliyyətinə səbəb olur.
Hər bir halda baş verən hadisələr ciddi araşdırılmalıdır. Oğurluğa gələn qadın, uşaq, yaxud arıq, cılız adamdırsa, ev sahibi onlara ciddi xəsarət yetirirsə, bu artıq özünümüdafiə sayılmır. Bir sözlə, özünümüdafiə qarşı tərəfin törətdiyi cinayətə adekvat olmalıdır".
Qeyd edək ki, bir neçə gün əvvəl Ağstafada oğru ev sahibinə dəmir alətlə, ev sahibi isə ona balta ilə xəsarət yetirmişdi.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2343 Tarix: 27 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20 sentyabr100 ildən sonra ilk: Yeni pinqvin növü aşkarlandı
Tədqiqatçılar Hind okeanının cənubunda yerləşən Kergelen adalarında naməlum pinqvin növü aşkar ediblər. Mütəxəssislər bunun son yüz ildən artıq müddət ərzində qeydə alınan ilk yeni pinqvin növü olduğunu bildirirlər. xəbər verir ki, bu barədə "ScienceDaily" nəşri məlumat yayıb. Yeni kəşf oluna
23 sentyabrGecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabrStüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin
İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik
21 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrUşağa yeməkdə bunları qadağan etməyin
Siz uşağa şirniyyatı qadağan edirsiniz. Hər konfeti nəzarətdə saxlayırsınız. "Zərərli" hesab etdiyiniz məhsulları menyudan çıxarırsınız. Düşünürsünüz ki, bununla sağlam uşaq böyüdürsünüz. Amma bir müddət sonra o, gizlicə şokolad yeməyə və ya makarondan başqa hər şeydən imtina etməyə başlayır
23 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabr