Nahidə Babaşlıya həmkarlarından SƏRT REAKSİYA: "Elə düşünən insan ölkədən köçməlidir" - FOTO

Nahidə Babaşlıya həmkarlarından SƏRT REAKSİYA: "Elə düşünən insan ölkədən köçməlidir" - FOTOXəbər verdiyimiz kimi, "cover" ifaları ilə tanınan azərbaycanlı gənc ifaçı Nahidə Babaşlı itini avtomobil qəzasında itirdikdən sonra ölkəni tərk edəcəyini bildirib.

Bir də Azərbaycana qayıtmayacağını vurğulayan Nahidənin sosial media hesabında paylaşdığı "Alın mədəniyyətinizi də, mentalitetinizi də, sevginizi də, hörmətinizi də, başınıza çırpın" ifadəsi sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

Nahidənin ünvanına "tısbağa qınından çıxdı, qınını bəyənmədi", "gedəndə elə get ki, qayıtmağa üzün olsun", "millətin sayəsində dinlənilib çıxdın ortaya, bu sözlərinlə də düşdün camaatın gözündən", "Bu millətin sayəsində "YouTube"da videoların milyonlarla baxış yığdı, indi bizim milləti bəyənmirsən?" kimi şərhlər yazılıb.

Elə şou-biznes əhli də bu məsələyə səssiz qalmayıb.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən prodüser, ifaçı Mədinə Məlik Nahidəni müəyyən mənada anladığını deyib:

"Mənim də itim var idi, çox sevirdim onu. Onu da sürücü maşınla vurub, qaçmışdı. Bu cəhətdən Nahidəni anlayıram. Ancaq o demək deyil ki, o olsun, ya başqası olsun, belə bir ifadə işlədə bilər. Mən ümid edirəm ki, o bunu əsəbdən, stresdən deyib. "Başınıza çırpın" ifadəsi böyük bir səhvdir. İnsan bəzən emosiyalara qapanıb nələrsə deyir. Mən bilirəm ki, o, peşman olacaq bu sözünə görə. Sən Azərbaycanda böyüyüb, boya-başa çatıb, yaşamısan. Necə demək olar xalqa ki, "başınıza çırpın?", çox təəssüf edirəm".
Nahidə Babaşlıya həmkarlarından SƏRT REAKSİYA: "Elə düşünən insan ölkədən köçməlidir" - FOTOMəsələ ilə bağlı müğənni Əkbər Əliyev isə açıqlamasında: "Məncə, düz etdi, ölkədən çıxdı, düz addımdır. Bu cür düşünən insan, məncə, ölkədən ümumiyyətlə köçməlidir. Xanımı tanımırdım. "Altın Kelebek" qazandı, "Oskar" qazandı - bunun ümumiyyətlə aidiyyəti yoxdur. Mən bir sənətçi kimi birinci dəfə eşidirəm bu xanım barəsində, bu dəfə də itin sayəsində özünü "tanıtdırdı". Nə deyim, mən ümumiyyətlə çox zaman insanlara təəccüblənmirəm. Yolu açıq olsun o xanımın. Cavandır, indi hamı stres içindədir. Ümidvaram, nə vaxtsa bu sözlərinə görə peşman olacaq", - deyə bildirib.
Nahidə Babaşlıya həmkarlarından SƏRT REAKSİYA: "Elə düşünən insan ölkədən köçməlidir" - FOTONahidə haqqında verdiyimiz suala müğənni Roza Zərgərli: "Ümumiyyətlə, belə fikir səsləndirənlər haqda heç bir fikir bildirmirəm - "no comment", - deyə cavab verib.
Nahidə Babaşlıya həmkarlarından SƏRT REAKSİYA: "Elə düşünən insan ölkədən köçməlidir" - FOTORəvan Qarayev isə həmkarlarından fərqli olaraq Nahidəni tanıdığını, çox tərbiyəli, sakit qız olduğunu deyib:

"Mən düşünürəm ki, emosiyalara qapılaraq deyib, düz söz deyil, düzgün etməyib. Amma bir məsələ var, ola bilər ki, onu konkret insanlara ünvanlayıb. İtini maşın vurub və bu barədə paylaşım edib, itin şəklini paylaşıb. Paylaşandan sonra ola bilər ki, konkret insanlar paylaşımın altına nəsə yazıblar. Bir insan bir canlıya bağlananda, fərq etmir, it olsun, pişik olsun, tutuquşu olsun, onu itirəndə çox böyük əziyyətlər çəkir. Düşünürəm ki, o, konkret beş-altı nəfəri nəzərdə tutub, hansı ki ona şərhlərdə yaxşı bir söz yazmayıblar".
Nahidə Babaşlıya həmkarlarından SƏRT REAKSİYA: "Elə düşünən insan ölkədən köçməlidir" - FOTONadir Qafarzadə isə ümumiyyətlə Nahidə Babaşlını tanımadığını açıqlayıb:

"Mən onu tanımıram, tanımadığım insan haqqında fikir də bildirə bilmərəm. Gündə bir müğənni çıxır, artıq biz çatdırmırıq onları tanımağa".
Nahidə Babaşlıya həmkarlarından SƏRT REAKSİYA: "Elə düşünən insan ölkədən köçməlidir" - FOTO"Cahan" qrupunun üzvü Cahid Əlibəyov mövzu ilə bağlı açıqlamasında: "Çox üzüldüm bu fikirlərə, çox heyif. Gərək belə etməzdi, heç düzgün deyildi o addımı atmaq. Ola bilər ki, nəsə xətrimizə dəyə bilər. Yenə də bizim Azərbaycan haqqında, Bakı haqqında pis fikir bildirməyimiz çox yanlış addım olar. Evdə valideynlərin səni böyüdür, sevgi verir, əzizləyir, oxudurlar. Bir dəfə sənə əsəbiləşəndə pis valideyn olurlar? Eyni söhbətdir. Əgər Azərbaycanda böyüyüb, Azərbaycanın çörəyini yeyib, suyunu içmişiksə, belə bir ifadə səsləndirmək düzgün deyildi", - deyə qeyd edib.
Nahidə Babaşlıya həmkarlarından SƏRT REAKSİYA: "Elə düşünən insan ölkədən köçməlidir" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3278   Tarix: 27 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara

18 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

"Hər gün yalvarırdım..." - atasını itirən Aygün hər kəsi KÖVRƏLTDİ

Xəbər verdiyimiz kimi ötən gün müğənni Aygün Mahmudovanın atası koronavirusdan dünyasını dəyişib. -a istinadən xəbər verir ki, ağır itki yaşayan Aygün sosial media hesabında atası ilə fotolarını paylaşaraq izləyicilərini kövrəldib:. "Canım sənə qurban, ay ata, hara getdin?!Mən hər şeyimi Allah

8 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021