Bakteriyalar necə səslər çıxarır? - VİDEO
Bakteriyaların fərqli səslər çıxarıb-çıxarmadığını heç düşünmüsünüzmü? Bakteriyaları dinləyə bilsəydik, bəlkə də onların canlı olub-olmadığını öyrənə bilərdik.
Farbod Alicaninin rəhbərlik etdiyi araşdırma qrupu məhz bu mövzu üzərində tədqiqatlar aparıb və qrafendən istifadə edərək tək bir bakteriyanın çox aşağı səviyyəli səsini yaza biliblər.
Farbod Alicaninin Delft Texnologiya Universitetindəki komandası əvvəlcə qrafenin (elektrik cərəyanını keçirən şəffaf material - red.) fiziki mexanikasının əsaslarını araşdırarkən maraqlı bir fikir ortaya çıxıb. Onlar bu son dərəcə həssas materialın tək bir bioloji obyektlə təmasda olması halında nə baş verəcəyini düşünüblər: "Qrafen tək qat atomlardan ibarət olan karbonun bir formasıdır və həm də möcüzə materialı kimi tanınır, elektrik, mexaniki xassələri ilə çox güclüdür və xarici qüvvələrə də son dərəcə həssasdır", - Farbod Alicani deyib.
Alicaninin tədqiqatçılar qrupu nanobiologiya və nanomexanika qrupu ilə əməkdaşlığa başlayıb. Birlikdə E. coli bakteriyasından istifadə edərək ilk təcrübələrini aparıblar:
"Gördüklərimiz təəccüblü idi. Tək bir bakteriya qrafen barabanının səthinə yapışdıqda, bizim aşkar edə bildiyimiz bir neçə nanometr kimi aşağı amplitudalarla təsadüfi vibrasiyalar yaradır. Biz tək bir bakteriyanın səsini eşidirdik.", - deyə alimlər qeyd ediblər.
Bu tədqiqatın bakteriyaların antibiotiklərə qarşı müqavimətinin aşkarlanmasında böyük əhəmiyyəti var. Eksperimental nəticələr göstərirdi ki, əgər bakteriyalar antibiotikə qarşı müqavimətli idisə, vibrasiyalar eyni səviyyədə davam edirdi. Bakteriyalar dərmanlara qarşı həssas olduqda, vibrasiya bir və ya iki saat sonraya qədər azalıb, lakin sonra tamamilə yox olub.
Qeyd edək ki, onların araşdırması Nature Nanotechnology jurnalında dərc olunub.(metbuat.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Müharibə davam edərkən ürəkağrıdan görüntü - VİDEO
Hindistan prezidentinin davranışı sosial mediada müzakirə yaratdı - VİDEO
Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
"Qızım müğənni olsa, atasının ürəyi PARTLAYAR"
Şəkər xəstələrinə balqabaq yemək olar?
Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar
PSJ-nin Çempionlar Liqasının finalına çıxmasından 1,3 milyon qazandı
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Mayın 17-i 6 imtahan keçiriləcək
Əmisi tərəfindən cinsi istismar olunduğunu iddia edən qızla bağlı SON XƏBƏR
Şakiradan futbolsevərlərə sürpriz: 2026 Dünya Kubokunun mahnısı açıqlandı
Qocalar evində qalmaqal: yaşlılara qarşı zorakılıq görüntüləri yayıldı - VİDEO
Bacısının evindən 16 min manat oğurlandı
Şahlar Vəliyev vəzifəsindən azad olundu (FOTO)
Vətən Müharibəsi Qəhrəmanın xanımına rütbə verildi (FOTO)