Rusiya ərasizində partlayış və yanğınların sayı niyə artıb?

Rusiya ərasizində partlayış və yanğınların sayı niyə artıb?Getdikcə, Rusiya Federasiyasının sərhədyanı bölgələrində partlayışların sayı artır və yanğınlar başlayır.

Ukrayna ilə müharibə getdikcə Rusiya ərazisinə də daxil olur. Belə ki, son 2 həftə ərzində Rusiya Federasiyasının cənub bölgələrində partlayış və yanğınların coğrafiyası nəzərəçarpacaq dərəcədə genişlənib.

Yerli sakinlər arasında çaxnaşma yaranıb, hakimiyyət bomba sığınacaqları hazırlayır və Ukraynanı təxribatda ittiham edir.

Bizimyol.info xəbər verir ki, "Seqodnya" saytı sərhədyanı ərazilərdə baş verənləri və Rusiyanın hərbi və infrastruktur obyektlərinə hücumun arxasında kimin dayana biləcəyini öyrənib.

Neft anbarlarında yanğınlar və hərbi anbarlarda partlayışlar..

Fevralın 24-dən, yəni Rusiyanın Ukraynaya təcavüzünün başladığı gündən Rusiya Federasiyasının sərhədyanı rayonlarında partlayışlar və yanğınların sayı artır. Belə ki, aprelin 15-dən aprelin 27-dək onların sayı təxminən iki dəfə artıb. Ümumilikdə, Belqorod vilayətində 20, Kurskda 10, Voronejdə 4, Bryanskda 4 sayda "insident" baş verib.

Hadisələr Rusiya mətbuatında:

Belqorodda döyüş vertolyotları neft anbarına raket zərbələri endirdi;

Voronej və Kursk vilayətində pilotsuz təyyarələr vuruldu;

"Staraya Nelidovka" kəndində hərbi anbarda yanğın olub;

Juravlyovka kəndinə mərmi düşdükdən sonra partlayış baş verib;

Tetkino kəndində şəkər zavodunun ərazisində təmir olunan döyüş maşını partlayıb;

Krasnıy Oktyabr kəndi yaxınlığında neft bazasında yanğın baş verib.

Bununla yanaşı aprelin 25-də Rusiyanın Bryansk şəhərində Rusiya neftinin Avropa ölkələrinə daxil olduğu neft kəmərləri kompleksinin bir hissəsi olan "Drujba" neft bazasında, "Aqropromkomplekt"in ərazisindəki neft anbarında yanğın baş verib.

Rusiyada panika yaranıb. Bir sıra insidentlərdən sonra Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Rusiya Federasiyasının cənub bölgələrində əhali üçün fövqəladə hallar barədə xəbərdarlıq sisteminin etibarlı işləməsini təmin etmək və bomba sığınacaqlarını lazımi vəziyyətə gətirmək lazımdır.

Qeyd edək ki, Belqorod, Kursk və Voronej vilayətlərinin bir çox sakinləri genişmiqyaslı hərbi əməliyyatların başlanmasından qorxduğu üçün, evlərini tərk edərək daha sakit bölgələrə getməyə başlayıblar.

Rusiya Federasiyasının Federal Tətqiqat Bürosu neft bazalarında və hərbi anbarlarda baş verən yanğınların diversantların işi olduğunu bildirir.

Belqorod vilayətində təxribat hazırladığı iddia edilən iki rusiyalının "nəqliyyat infrastrukturu obyektlərindən birində" saxlanıldığı qeyd edilib. Onlar "Ukrayna nasizminin tərəfdarı" adlandırılıb.

Xüsusi xidmət məhbusların dindirilməsinin videosunu paylaşıb. Videoda məhbuslar FTB təlimatlarından əzbərlənmiş mətni oxuyublar. Onlardan biri deyib ki, "Hərbi qatarların hansı relslərlə hərəkət etdiyini başa düşmək üçün dəmir yolu relslərinə baxdım.Həm də yolun strukturunu və onun aradan qaldırılması üsullarını öyrəndim".

İkinci "diversiyaçı" isə deyir ki, onlar "vintləri açaraq, bərkidiciləri boşaltmaqla dəmir yoluna ziyan vurmağı planlaşdırıblar və bütün bu hərəkətlər internetdə məlumat yaymaqla ictimaiyyətə açıqlanmalı idi".

Ukrayna hakimiyyəti isə, onların Rusiyadakı partlayış və yanğınlarda iştirakını rəsmən təsdiqləməsə də, təkzib də etmir.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik bildirib ki, Ukrayna dövləti Rusiyanın Ukrayna ərazisindəki təcavüzünü dəf etmək üçün müdafiə əməliyyatı həyata keçirir. Amma bu o demək deyil ki, Ukryana Rusiya ərazisində baş verən bütün fəlakətlərə və bütün hadisələrə görə məsuliyyət daşımalıdır: "Bu səbəbdən də mən bu məlumatı nə təsdiqləyəcəyəm, nə də təkzib edəcəm".

Ukrayna Prezidentinin Aparatının rəhbərinin müşaviri Mixail Podolyak isə, Rusiyada baş verən hadisələri "karma" adlandırıb. Podolyak pz teleqram səhifəsində yazıb ki, karma qəddar bir şeydir.

Böyük Britaniya isə, hesab edir ki, Ukraynanın Rusiya Federasiyasına hücum etmək hüququ var. Belə ki, ölkənin müdafiə naziri Ben Uolles bildirib ki, Ukrayna müharibə qanunlarına uyğun olaraq işğalçı ölkənin ərazisindəki hərbi obyektlərə zərbələr endirmək hüququna malikdir: "Əgər Ukrayna həqiqətən də Rusiya ordusunun logistik strukturuna hücum etmək qərarına gəlsəydi, bu, beynəlxalq hüquq baxımından qanuni olardı. Müharibəni başlayan Moskvadır və indi Kiyevin Rusiya ərazisindəki hədəflərə və təchizat marşrutlarına zərbələr endirmək hüququ var".

Rusiya isə, qisas alacağı ilə təhdid edir. Belə ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Britaniya rəsmilərinin bəyanatını "Londonun birbaşa təxribatı" adlandırıb: "Silahlı qüvvələrimiz 24 saat ərzində Kiyevdəki müvafiq qərar qəbuletmə mərkəzlərinə uzaqmənzilli silahlarla cavab zərbələr endirməyə hazırdır".

ABŞ-ın dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Ukraynanın Rusiya təcavüzündən özünü müdafiə etmək üçün belə bir addım atmağa haqqı var.

Mixail Podolyak Blinkenlə razılaşır. Öz "Twitter" hesbaında Ukrayna Silahlı Qüvvələrinin hələ də Rusiyanı vura biləcəyinə eyham vuran Podolyak belə yazır: "Rusiya Ukraynaya hücum edib və dinc sakinləri qətlə yetirir. Ukrayna rus qatillərinin qatarlarına və bazalarına zərbələr endirmək də daxil olmaqla istənilən yolla özünü müdafiə edəcək. Dünya bu haqqı tanıyır"…

Təhlükəsizlik üzrə ekspert Sergey Şabovta qeyd edir ki, Rusiyada hərbi obyektlərdə baş verən partlayışlar və yanğınlar diversantların işi ola bilər. Hərbi ekspert Oleq Jdanov hadisələrin Rusiyanın özü tərəfindən təşkil edildiyini istisna etmir.

Jdanovun fikrincə, Rusiya Federasiyası ərazisində silsilə partlayışlar və yanğınlar Ukraynanı hücumda ittiham etmək və sonradan hərbi vəziyyətin tətbiqi və ölkədə "Rusiyanı qorumaq üçün səfərbərlik elan etmək" məqsədi ilə Kremlin təxribatı ola bilər"

Ekspert qeyd edir ki, Rusiya ordusunun Ukraynada döyüş əməliyyatlarında iştirak edən qüvvələri tükənmək üzrədir və qarşıya qoyulan hərbi tapşırıqları yerinə yetirmək üçün Rusiyaya daha çox əsgər lazımdır. Bunun üçün isə ümumi səfərbərlik elan etmək lazımdır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1367   Tarix: 01 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Meqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb

Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb. Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanı

25 oktyabr
.

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Cənubi Koreyanın "Yonhap" agentliyi yayıb. Kim Çen Inın Çinə səfəri bu yaxınlarda Dandun bölgəsində iki ölkə arasında yeni açılan körpü vasitəsilə baş tutduğ

24 oktyabr
.

Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir

Polşa NATO çərçivəsində Amerikanın nüvə silahından birgə istifadə proqramına qoşulmağa çalışır və eyni zamanda bu sahədə əməkdaşlıq barədə Fransa ilə danışıqlar aparır. "Report"un Polşanın "WNP.pl portalına istinadən məlumatına görə, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamı

24 oktyabr
.

Ölüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır

Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini

24 oktyabr
.

İrana qarşı zərbələr ABŞ-də siyasi böhrana səbəb oldu: Heqset hədəfdə

Pentaqon rəhbəri Pit Heqset ABŞ-də keçiriləcək aralıq seçkidə Demokratlar Partiyası qələbə qazanacağı təqdirdə diqqət mərkəzində olacaq şəxslərdən biri ola bilər. xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Mayk Levinə istinadə

25 oktyabr
.

83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu

Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl

24 oktyabr
.

ABŞ-də ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto

ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo

24 oktyabr
.

"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır

Amerika kəşfiyyatı İranın xaricdə işləyən ABŞ diplomatlarına və vəzifəli şəxslərinə qarşı sui-qəsdlər təşkil etmək planlarına dair məlumatlara malikdir. "Report"un "Axios"a istinadən məlumatına görə, bu barədə oktyabrın 23-də ABŞ Dövlət katibi Marko Rubiyoya göndərilmiş xidməti qeydd

24 oktyabr
.

Argentina məhkəməsi prezidentə qarşı kriptovalyuta qalmaqalı ilə bağlı işi rədd etdi

"La Nacion" qəzetinin verdiyi məlumata görə, Argentina məhkəməsi prezident Xavyer Milliyə qarşı kriptovalyuta qalmaqalı ilə bağlı qaldırılan işi ləğv edib. xəbər verir ki, Federal hakim Marselo Martinez de Georgi prezidentin hərəkətlərində heç bir cinayət tərkibi olmadığı qənaətinə gəldi. Keçə

24 oktyabr