Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Polşa NATO çərçivəsində Amerikanın nüvə silahından birgə istifadə proqramına qoşulmağa çalışır və eyni zamanda bu sahədə əməkdaşlıq barədə Fransa ilə danışıqlar aparır.
"Report"un Polşanın "WNP.pl portalına istinadən məlumatına görə, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
Nazirin sözlərinə görə, Varşavanın "Nuclear Sharing" proqramında iştirakı Polşa ərazisində Amerikanın hərbi bazasının yaradılması üzrə Vaşinqtonla əməkdaşlıq çərçivəsində müzakirə oluna bilər.
Bununla yanaşı, Kosinyak-Kamış avropalı müttəfiqlərlə ilkin məsləhətləşmələrin zəruriliyini vurğulayaraq qərarların qəbul edilməsinin mümkün müddətlərini açıqlamayıb.
Polşanın müdafiə idarəsinin rəhbəri bildirib ki, Varşava nüvə çəkindirməsi sahəsində Parislə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir.
"Amerikanın nüvə əməkdaşlığı proqramında iştirak Fransa ilə münasibətlərin qurulmasını istisna etmir", - o vurğulayıb.
Nazir əlavə edib ki, Fransa avropalı tərəfdaşlarına öz nüvə çəkindirməsi sistemində daha geniş iştirak təklif edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 140 Tarix: 24 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mask respublikaçılara 445 milyon dollar bağışladı
CNN-in məlumatına görə, iş adamı Elon Musk ABŞ Konqresinin ara seçkilərinə ən azı 445 milyon dollar ianə edib. xəbər verir ki, kanalın məlumatına görə, ianələrin əhəmiyyətli bir hissəsi respublikaçıların ABŞ Senatında təsirlərini qoruyub saxlamalarına kömək üçün xərclənib. CNN qeyd edir ki, "Pu
23 oktyabrR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə
24 oktyabrAvstriya Rusiya diplomatlarını qovdu
Avstriya Xarici İşlər Nazirliyi dörd rus diplomatı ölkədən çıxaracaq. xəbər verir ki, bu barədə "Profil" nəşri məlumat yayıb. Məlumata görə, onlar arzuolunmaz şəxs elan ediliblər. Həmin şəxslər casusluqda şübhəli bilinirlər
23 oktyabrMakron etirazlar fonunda ilk dəfə şagird və polislərlə görüşəcək
Fransa Prezidenti Emmanuel Makron etirazların yenidən başlaması ərəfəsində bu gün yuxarı sinif şagirdləri hərəkatının nümayəndələri və hüquq-mühafizə orqanları ilə görüşəcək. xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. Bu, yuxarı sinif şagirdləri və tələbələrin artıq bir aydan çoxdur dava
23 oktyabr