"Mercedes" markası necə yaranıb?
1901-ci il martın 31-i ilk "Mercedes" avtomobilinin buraxılış tarixi hesab edilir. Amma bu tam dəqiq məlumat deyil.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 1890-cı ildə Qotlib Daimler Ştutqartda Dailmler Motoren Gesellschaft şirkətini qurub və dörd il əvvəl Vilhelm Maybax ilə birlikdə yaratdığı dörd təkərli avtomobili istehsal etmək qərarına gəlib.
Həmin il avtomobil sifarişçiyə - Avstriya-Macarıstan İmperiyasının Nitsadakı baş konsulu və Fransadakı Daimler nümayəndəliyinin rəhbəri Emil Ellinekə təhvil verilib.
Avtomobil onun qızı Mersedesin şərəfinə belə adlandırılıb.
"Siz avtomobilinizə istədiyiniz adı verə bilərsiniz, - Ellinek öz şərtlərini Qottlib Daimlerə diktə edirdi, - amma alver etdiyim maşınların adı "Mercedes" olacaq!"
Yeri gəlmişkən, tarixçilərin iddiasına görə, Adriana Manuela Ramona "Mercedes" Ellinek heç vaxt atasının avtomobilə olan sevgisini bölüşməyib.
Birincisi "Mercedes-35PS" idi - bu adı texniki xüsusiyyətlərinə, yəni 35 at gücünə malik 6 litrlik 4 silindrli mühərrikə görə almışdı. Lakin onun 1901-ci ildə ilk dəfə ictimaiyyət qarşısına çıxarılmasını bir sözlə - fiasko ilə ifadə etmək olar.
"Dubl iki" bir ay sonra Nitsadakı yarışlara çıxarılır, bu dəfə bəxt, necə deyərlər, gənc şirkətin üzə gülür – "Mercedes" pilotu Vilhelm Verner yarışın qalibi olur.
Deyilənə görə, əfsanəvi ifadə məhz o vaxt deyilib: "Biz "Mersedes" dövrünə qədəm qoyuruq". Adı ilə yanaşı, şirkətin mühüm atributu onun emblemi - üçbucaqlı ulduzdur.
1923-cü ildə şirkətə baş mühəndis kimi gələn Ferdinand Porşe də bu markanın avtomobillərinə əl qoyub. Üç il sonra Daimler və Benz birləşib. İkinci Dünya Müharibəsi başlamazdan əvvəl birləşmiş şirkət bir neçə uğurlu model buraxmağı bacarıb.
Almaniyanın müttəfiq təyyarələri tərəfindən bombalanmasından sonra avtomobil imperiyasından praktiki olaraq heç nə qalmayıb.
Bununla belə, alman brendinin tarixi bununla bitməyib. 1940-cı illərin sonunda "Mercedes" lüks avtomobil istehsalçısı statusunu bərpa etməyə başlayıb.
Ancaq "Mercedes"in tarixi brendin avtoidmandakı nailiyyətləri olmadan tamamlanmazdı. Uğur həmişə "gümüş oxları" müşayiət etmirdi, lakin onlar haqlı olaraq müxtəlif taktlar üzrə lider mövqe tuturlar.
Niyə "Gümüş oxlar?" Bu hekayə 1934-cü ildə başlayır. O vaxt "Formula 1"də avtomobillərin maksimum kütləsini 750 kiloqram ilə məhdudlaşdıran yeni texniki reqlament qüvvəyə minib və Daimler-Benz avtoidmana qayıtmaq üçün bu fürsətdən istifadə etməyə qərar verib.
Avtomobil konserni də Adolf Hitlerin başçılıq etdiyi Almaniyanın nasist hökumətinin mövqeyinə təkan verir - o, yarış komandasının gələcək uğurlarından təbliğat məqsədləri üçün istifadə etməyə hazırlaşır.
O illərdə yarışlarda hər ölkənin avtomobillər üçün öz rəngi var idi. Almaniyadan gələn maşınlar ağ rəngə boyanırdı.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2661 Tarix: 02 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTelefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14 noyabr24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy
10 noyabrYumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
8 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrİnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...
İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth
15 noyabrKotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
15 noyabrZirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13 noyabrKartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək
15 noyabrPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11 noyabr