Putin və Kabayevanın gizli uşaqları haqqında ŞOK MƏLUMAT

Putin və Kabayevanın gizli uşaqları haqqında ŞOK MƏLUMATRusiyalı gimnast Alina Kabayeva Rusiya prezidenti Vladimir Putindən iki oğlu dünyaya gətirib. İlk doğuş İsveçrədə baş verib.

Lent.az-ın məlumatına görə, bu barədə İsveçrənin "SonntagsZeitung" qəzeti öz mənbələrinə istinadən yazıb.

Qeyd edilir ki, gimnast 2015 və 2019-cu illərdə iki uşaq dünyaya gətirib. Birinci uşaq Luqanoda (İsveçrənin Tiçino kantonunun şəhəri – red.), ikinci oğlu isə "prezidentin qərarı ilə" Moskvada dünyaya gəlib.
Eyni zamanda, məlumata görə, həm birinci, həm də ikinci doğuş Tiçino kantonundakı Sant Anna klinikasında işləyən ginekoloq tərəfindən aparılıb. O, Rusiyada anadan olub, lakin 30 ildən çox əvvəl İsveçrəyə mühacirət edib.

"SonntagsZeitung"un mənbəsi bildirib ki, ginekoloq Rusiya prezidentini Sankt-Peterburqda gəncliyindən tanıyır və "etibarlı münasibəti davam etdirir". İkinci doğuş üçün hətta Moskvaya da gəlib.

Bundan əlavə, qeyd olunur ki, hamiləlik dövründə Alina Kabayeva Luqanoya gəlib, Luqano şəhərinin ətrafındakı Kollina d'Oro kommunasında yerləşən villada və ya Principe Leopoldo otelində qalıb.

Nəşrin həmsöhbəti Kabayevanı "çox xoş bir qadın, əsl idmançı, çox düz danışan" kimi xarakterizə edib.

İki, yoxsa üç uşaq?

ABŞ Alina Kabayevaya qarşı sanksiyalar tətbiq etməyə qərar verməyib. "Wall Street Journal" yazıb ki, ABŞ rəsmiləri Putinin sanksiyalara "şəxsi zərbə" kimi baxacağından qorxurlar ki, bu da Rusiya ilə ABŞ arasında münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.
Eyni zamanda, ABŞ hökuməti gimnastı Putinin ən azı üç övladının anası hesab edir.

"Page Six" nəşri isə məlumat yayıb ki, Kabayeva 2009 və 2013-cü illərdə Putinə iki oğul dünyaya gətirib və sənədlərdə uşaqların Alinanın bacısının olduğu kimi qeyd edilib.

Xatırladaq ki, 2019-cu ildə Alina Kabayevanın iki oğlan uşağı dünyaya gətirdiyi qeyd edilmişdi. Sonra gimnast iki uşaq doğması ilə bağlı şərh verməkdən imtina etmişdi.
Putin və Kabayevanın gizli uşaqları haqqında ŞOK MƏLUMATPutin və Kabayevanın gizli uşaqları haqqında ŞOK MƏLUMAT


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2598   Tarix: 02 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA

Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal

21 sentyabr
.

Meymun yazıçının arvadını öldürdü

Hindistanın Karnataka ştatında 91 yaşlı qadın meymun hücumundan sonra ölüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Koppal şəhərində qeydə alınıb. Tanınmış yazıçı M.S. Savadattinin həyat yoldaşı Nəcamunnisa Bequm evinin həyətində olarkən qəfil meymunun hücumuna məruz qalıb. Hücum nəticəsind

22 sentyabr
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20 sentyabr
.

"Real" bu göstəriciyə görə La Liqada ən pis komandadır

"Real" 2026/27 mövsümündə La Liqada hər oyunda orta qaçış məsafəsinə görə sonuncu yerdədir. -ın xarici mediaya istinadən xəbərinə görə, 7 oyundan sonra "Real" oyunçuları hər oyunda orta hesabla 83,46 kilometr məsafə qət edirlər ki, bu da bütün 20 La Liqa klubu arasında ən pis göstəricidir

22 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr
.

Bananı qətiyyən bunlarla birlikdə yeməyin

Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard

19 sentyabr
.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr
.

Sinqapurda ictimai nəqliyyatda yeni qadağalar: Cərimələr 4 min dollara çatır

Sinqapur hökuməti avtobuslarda ictimai asayişin pozulmasına görə təxminən 400 dollar məbləğində cərimə tətbiq edir. xəbər verir ki, bu barədə Sinqapurun Yerüstü Nəqliyyat İdarəsinin dərc etdiyi məlumatda bildirilir. Yeni qaydalar sentyabrın 23-dən qüvvəyə minəcək. Bildirilir ki, ictimai nəqliyyatda yüksə

23 sentyabr