İspaniyada 16 qol vuran azərbaycanlının atası: "İki ayağından da istifadə edə bilməsi xoşlarına gəldi" - FOTO

İspaniyada 16 qol vuran azərbaycanlının atası: "İki ayağından da istifadə edə bilməsi xoşlarına gəldi" - FOTO"Biz İspaniyaya 2016-cı ildə gəzməyə – bu ölkənin vətəndaşı olan bir dostumuzun yanına gəlmişdik. Onda Turanın altı yaşı heç tam tamam olmamışdı. İspaniyada harada top görürdüsə, deyirdi ki, ata, qoy bir az burada oynayım. İspan dilini bilməsə də, yerli uşaqlarla anlaşırdı".

Bunu Oxu.Az-a İspaniyanın "Xetafe" klubunun futbol akademiyasında məşğul olan azərbaycanlı Turan Qasımlının atası Cəmşid Qasımov məlumat verib.

O, cari mövsüm "Xetafe" akademiyasında 19 oyuna 16 qol və 11 məhsuldar ötürməyə imza atıb. 12 yaşlı futbolçu İspaniyaya necə gedib çıxıb? Futbolçunun atası saytımıza bunu izah edib:

"Biz İspaniyada olduğumuz vaxt "Malaqa" klubu tərəfindən uşaq seçimi aparılırdı. Biz də dostumla onu ora aparmağı düşündük. Apardıq və uşaq bəyənilərək klubun akademiyasına cəlb olundu. Solayaq olsa da, iki ayağından da istifadə edə bilməsi xoşlarına gəldi. Çünki dörd yaşından karate ilə məşğul olub. Bu da hər iki ayağından düzgün istifadə edə bilməsinə kömək olub".

Cəmşid Qasımov oğlunun üstünlüklərindən də danışıb:

"Turanın sürətli düşünmək, tez, vaxtında ötürmə vermək qabiliyyəti var. "Malaqa" onu bəyəndikdən sonra biz Bakıya qayıtdıq. Klubdan isə bizə İspaniyada qalmaq təklif olunmuşdu. Daha sonra Turana görə tamamilə İspaniyaya köçdük.

Ötən il isə Turan "Xetafe" klubu tərəfindən transfer olundu. Artıq bir ildir ki, "Xetafe"dədir. Onu hazırda başqa klublar da istəyir. Bilmirik növbəti mövsüm hansı klubun akademiyasında olacaq".
İspaniyada 16 qol vuran azərbaycanlının atası: "İki ayağından da istifadə edə bilməsi xoşlarına gəldi" - FOTOİspaniyada 16 qol vuran azərbaycanlının atası: "İki ayağından da istifadə edə bilməsi xoşlarına gəldi" - FOTOİspaniyada 16 qol vuran azərbaycanlının atası: "İki ayağından da istifadə edə bilməsi xoşlarına gəldi" - FOTOİspaniyada 16 qol vuran azərbaycanlının atası: "İki ayağından da istifadə edə bilməsi xoşlarına gəldi" - FOTOİspaniyada 16 qol vuran azərbaycanlının atası: "İki ayağından da istifadə edə bilməsi xoşlarına gəldi" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1945   Tarix: 04 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Dolma bişirərkən suyuna nə əlavə edilməlidir?

Dolmanın həm rənginin parlaq qalması, həm də dadının daha dərin olması üçün bişirmə suyuna duz, limon şirəsi, zeytun yağı, bir az şəkər tozu və ətirli ədviyyatlar əlavə etmək məsləhətdir. xəbər verir ki, dolma suyuna duz əlavə etmək həm yarpağın, həm də içliyin dadını tarazlayır. Duz düyü və ətin təbi

22 mart
.

Gəncliyin sirri səhər yeməyindədir: Alimlər "sehrli üçlüyü" tapdılar

Yeni araşdırmalara görə, müəyyən qidaların birləşməsindən ibarət səhər yeməyi qocalma prosesini ləngitmək qabiliyyətinə malikdir. Söhbət balıq, yumurta və qəhvə triosundan gedir. xəbər verir ki, bu barədə "Focus" nəşri məlumat yayıb. Məqalədə qeyd olunur ki, səhərə qayğanaq, balıq və bir neç

18 mart
.

Bu uşağı indi bütün dünya tanıyır! - VİDEO

Futbol dünyasının əfsanəvi oyunçularından Lionel Messinin Barcelonaya ilk gəldiyi dövrə aid fotoşəkil sosial mediada geniş diqqət çəkib. xarici mediaya istinadən xəbər verir ki, uşaqlıq yaşlarında Barcelona komadasına qatılan Messinin həmin dövrə aid görüntülərini görənlər, məşhur futbolçunu tanımaqd

18 mart
.

23.599 dollarlıq velosiped

Fransız hiperkar istehsalçısı Bugatti bir daha dəbdəbənin sərhəd tanımadığını nümayiş etdirir. Bu dəfə əfsanəvi brend Britaniya şirkəti Factor ilə birlikdə mühəndislik cəsarətini superkar estetikası ilə birləşdirən One velosipedinin eksklüziv versiyasını yaradıb. Bəli, bu, yeddi rəqəmli qiymət etiket

24 mart
.

Dolğun üzlü qadınlar üçün ən yaxşı saç kəsimləri

Dolğun üz formasına malik qadınlar şaquli xətlər yaradan yüngüllük və həcm qatan saç kəsimləri seçməlidirlər. bu saç kəsimlərini təqdim edir:. Saç düzümü görünüşünüzü tamamilə dəyişdirə bilər. Üz cizgilərinizi vurğulaya, daha ahəngdar bir görünüş yarada və hətta sizi daha gənc göstərə bilər. Üz formanız

18 mart
.

Niyə ilk insanlar bugünkü kimi deyildi? - Alimlər cavab verdi

Alimlər ən qədim insan növlərindən birinin təsnifatını şübhə altına alırlar. 1964-cü ildə əfsanəvi paleoantropoloq Luis Liki Tanzaniyada tapılan 2 milyon illik çənə sümüyünü Homo habilis (bacarıqlı insan) adlandırıb. Qaynarinfo "IFLScience" jurnalına istinadən xəbər verir ki, bu növ hazırd

23 mart
.

Bir dəqiqəyə sındırılır: "Android" əməliyyat sistemi olan cihazlarda kritik boşluq aşkarlandı

Bütün "Android" əməliyyat sistemi istifadəçiləri üçün həyəcan siqnalı verilib. xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat yayıb. Bildirilib ki, istifadəçilərə smartfonlarında və digər cihazlarında müəyyən parametrlərdən birini təcili yoxlamaları tövsiyə olunur. Məlumatd

21 mart
.

Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı

Florida ştatınının Kuper-Siti şəhərində yaşayan daşınmaz əmlak sahibi evini satış prosesinin bütün mərhələlərində - qiymətin müəyyən edilməsindən tutmuş danışıqlara qədər ChatGPT-dən istifadə edərək satıb. Bunun sayəsində o, bazar gözləntilərini üstələyən nəticə əldə edib. xarici mediaya istinadən xəbə

24 mart
.

Pomidor pastasının kiflənməməsi üçün sadə üsul

Açılmış pomidor pastası çox vaxt gözləniləndən daha tez xarab olur. Hətta soyuducuda saxlanılsa belə, bir müddət sonra səthində kif əmələ gəlir və məhsulu atmaq lazım gəlir. pomidor pastasının niyə kifləndiyi və bunun qarşısını almağın necə mümkün olduğu barədə məlumat verir:. Tomat pastası niyə te

16 mart