Manaf Ağayevin "fəxri fərman"ı dillərdə dastan oldu: "Nəyimə lazımdır o quru kağız?" – FOTO/VİDEO

Manaf Ağayevin "fəxri fərman"ı dillərdə dastan oldu: "Nəyimə lazımdır o quru kağız?" – FOTO/VİDEOMüğənni Manaf Ağayevin "Azərbaycan Respublikası Qarabağ və Vətən müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə yardım" İctimai Birliyi tərəfindən fəxri fərmanla təltif olunması və fərmanda "Silahlı Qüvvələr tərəfindən təltif olunur" deyə qeyd edilməsi sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bu adda təşkilatın qeydiyyata alınmadığını vurğulayıb:

"Hər bir qeydiyyatdan keçmiş, dövlət qeydiyyatına alınmış QHT (qeyri-hökumət təşkilatı) fəaliyyət göstərdiyi sahəyə uyğun olaraq fəxri fərman, diplom, təşəkkürnamə və s. mükafatlar təsis və təqdim edə bilər. Sosial şəbəkədə paylaşılıb ki, "Azərbaycan Respublikası Qarabağ və Vətən müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə yardım" İctimai Birliyi Manaf Ağayevə belə bir fəxri fərman verib. Ola bilər ki, bu şəxslər ictimai birlik təsis ediblər, ancaq dövlət qeydiyyatına alınmayıblar. Yazılıb ki, "Silahlı Qüvvələr və birlik tərəfindən təltif edilib". Birlik tərəfindən təltif oluna bilər, ancaq QHT-yə kim icazə verir ki, Silahlı Qüvvələr tərəfindən təltif olunduğu yazılsın?! Hesab edirəm ki, hər bir qeyri-hökumət təşkilatı verdiyi təltifdə öz sahəsinə uyğun məsələlərə diqqət yetirsə, yaxşı olar. İnternet üzərindən apardığımız monitorinqlərdə belə bir təşkilat haqqında məlumat yoxdur".

"Azərbaycan Respublikası Qarabağ və Vətən müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə yardım" İctimai Birliyinin sədri Heydər Quliyev isə ünvanına səslənən ittihamları qəbul etməyib:

"Bizim birlik dövlət qeydiyyatına alınıb, sənədlərim var. Mən qanunla iş görürəm. "Silahlı Qüvvələr" sözünə gəldikdə isə bu, texniki səhvdir. O səhvi düzəltdikdən sonra fəxri fərmanı Manaf bəyə təqdim edəcəyik. Manaf Ağayev qazilərin müalicəsində, şəhid ailələrinin toyunda və s. məsələlərdə onlara köməklik edib. Həmçinin Nadir Bayramlı, Kamil Zeynallı və bir çoxları da yardım ediblər".

H.Quliyev fəxri fərmanda qeyd olunan "Azərbaycan Respublikası Qarabağ və Vətən müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə yardım" İctimai Birliyi adının da texniki səhv olduğunu, birliyin adının "Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərinə sosial-mədəni yardım" İctimai Birliyi olduğunu əlavə edib.

Manaf Ağayev isə ümumiyyətlə bu məsələdən xəbərsiz olduğunu bildirib.

"Mənim belə bir şeydən xəbərim yoxdur. Kimə nə yardım etmişəm, hamısı göz özündədir. Fəxri fərman da lazım deyil. Nəyimə lazımdır o quru kağız?" - deyə Ağayev vurğulayıb.

Heydər Quliyevin Oxu.Az-a göndərdiyi materialları təqdim edirik:
Manaf Ağayevin "fəxri fərman"ı dillərdə dastan oldu: "Nəyimə lazımdır o quru kağız?" – FOTO/VİDEOManaf Ağayevin "fəxri fərman"ı dillərdə dastan oldu: "Nəyimə lazımdır o quru kağız?" – FOTO/VİDEOManaf Ağayevin "fəxri fərman"ı dillərdə dastan oldu: "Nəyimə lazımdır o quru kağız?" – FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 7737   Tarix: 04 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara

18 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

"Hər gün yalvarırdım..." - atasını itirən Aygün hər kəsi KÖVRƏLTDİ

Xəbər verdiyimiz kimi ötən gün müğənni Aygün Mahmudovanın atası koronavirusdan dünyasını dəyişib. -a istinadən xəbər verir ki, ağır itki yaşayan Aygün sosial media hesabında atası ilə fotolarını paylaşaraq izləyicilərini kövrəldib:. "Canım sənə qurban, ay ata, hara getdin?!Mən hər şeyimi Allah

8 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021