Abramoviçin "Çelsi" ilə bağlı hiyləgər planı
Roman Abramoviç "Çelsi"nin gələcəyini sual altına qoyub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, əvvəllər klubun satışından əldə edilən bütün pulları Ukrayna müharibəsi qurbanlarına verəcəyini vəd edən rusiyalı oliqarx, deyəsən, fikrini dəyişib və vəsaiti özündə saxlamaq qərarına gəlib.
Britaniya hökuməti rusiyalının kluba verdiyi 1,5 milyard funt-sterlinqlik borcunu almaq cəhdlərindən xəbər tutub. Eyni zamanda, Roman Abramoviçin heç bir gəlir əldə etməyəcəyinə tam əmin olmasalar, ölkə rəhbərliyinin komandanın satılmasına imkan verməyəcəyi də göz qabağındadır.
Xatırladaq ki, rusiyalı oliqarxlara qarşı sanksiyalardan sonra futbol komandasının satışı ilə Abramoviçin təyin etdiyi "Raine Group" investisiya bankı məşğul olur. Aktivin kimə veriləcəyi ilə bağlı son sözü məhz bu struktur verəcək.
Ancaq Abramoviç fırıldaq etmək qərarına gəlib və indi o, maliyyə strukturundan 1,5 milyard funt sterlinq sövdələşmə tələb edir. Oliqarxın verdiyi məlumata görə, o, Fordstam Limited vasitəsilə "Çelsi"yə məhz bu qədər sərmayə qoyub.
Eyni zamanda, futbol klubunun fəaliyyət göstərməsi üçün dövlət lisenziyasının müddəti mayın 31-də başa çatır və həmin vaxta qədər komanda yeni sahibi əldə etməsə, fəaliyyətini dayandıra bilər.
Onu da qeyd edək ki, İngiltərə Premyer Liqası iyunun 8-də toplanaraq yeni mövsümün iştirakçılarını müəyyənləşdirəcək. Orada "Çelsi"yə yer olub-olmayacağı hələ məlum deyil.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1541 Tarix: 05 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaxın Şərqdə gərginlik artır: ABŞ öz vətəndaşlarına müraciət etdi
ABŞ Dövlət Departamenti dünyada, xüsusilə Yaxın Şərqdə yaşayan amerikalılara İranla bağlı yarana biləcək təhlükələr səbəbindən yüksək ehtiyatlılıq nümayiş etdirməyi tövsiyə edib. xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. Bildirilib ki, Yaxın Şərqdə artan gərginli
19 iyulSon 14 ilin ən güclü şaxtası qeydə alındı: -84,1 dərəcə
Antarktidadakı "Concordia" elmi-tədqiqat stansiyasında -84,1 dərəcə Selsi temperatur qeydə alınıb. Bu, 2012-ci ildən bəri Yer kürəsində ölçülmüş ən aşağı temperatur göstəricisidir və stansiyada indiyədək qeydə alınmış tarixi minimumdan cəmi 0,5 dərəcə yüksəkdir. Qaynarinfo xəbər verir ki, b
20 iyulSüni intellekt artıq dünyanı məhv etməyə başlayıb - Yeni ARAŞDIRMA
Süni intellekt infrastrukturunun inkişafı təkcə texnoloji irəliləyiş deyil, həm də ciddi ekoloji problemə çevrilir. Süni intellektin sürətli inkişafı güclü hesablama sistemlərini dəstəkləmək üçün getdikcə daha çox məlumat mərkəzlərinin yaradılmasını tələb edir. Lakin texnoloji tərəqqi ilə yanaşı, ekoloj
19 iyulİlon Mask süni intellektlə "Odisseya" əsasında film çəkəcək
ABŞ-li milyarder İlon Mask "xAI" şirkətinə məxsus "Grok Imagine" süni intellekt (Sİ) video generatoru tərəfindən qədim yunan şairi Homerin "Odisseya" dastanına əsaslanan tammetrajlı filmin ərsəyə gətiriləcəyini bəyan edib. Ekran əsərinin cari ilin sonunadək işıq üzü görəcəy
22 iyul60 km-lik "ölüm yolu": Niyə hələ də turistləri cəlb edir?
Boliviyanın Yunqas yolu, daha çox "Ölüm yolu" kimi tanınan marşrut, onilliklərdir dünyanın ən təhlükəli avtomobil yollarından biri hesab olunur. Təxminən 37 mil (təxminən 60 kilometr) uzunluğunda olan bu yol dar dağ yamacları boyunca uzanır və sürücünün ən kiçik səhvi belə dərin uçuruma düşməkl
20 iyulİran ordusu ABŞ-nin Küveytdəki bazalarına PUA hücumu təşkil edib
İran ordusu ABŞ-nin Küveytdəki bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında deyilir. Bildirilib ki, zərbələr "düşmənin davamlı təcavüzlərinə, körpülərə
19 iyul