"Ancelina Coli geni" və xərçəng riski: Hər 200 qadından birində müşahidə edilir
Məşhur aktrisada aşkar olunduqdan sonra qeyri-rəsmi olaraq "Ancelina Coli geni" adını almış BRCA1 geninin mutasiyası hər 200 qadından birində müşahidə edilir.
Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə müsahibəsində biologiya elmləri doktoru, genetik və "100 000+Mən" Milli Genetik Təşəbbüsünün elmi rəhbəri, professor Konstantin Severinov məlumat verib.
"Belə bir mutasiyanın olması insanın gözlənilən ömrünü qısaldır və xərçəng (Coli vəziyyətində olduğu kimi süd vəzi və ya yumurtalıq xərçəngi) xəstəliyinin daha erkən yaşlarda inkişaf riskini ciddi şəkildə artırır. Dünyada bunun qarşısını almağa imkan verən qəbul olunmuş klinik tövsiyələr var. Lakin məsələ burasındadır ki, bu göstərici yalnız hər 200 qadından birinə aid olacaq", - deyə genetik bildirib.
Alim əlavə edib ki, 2013-cü ildə Hollivud ulduzunun xərçəngə yaxalanmamaq üçün hər iki süd vəzisinin və yumurtalıqlarının çıxarılması üzrə əməliyyat keçirməsi tibbi göstəriş yox, tamamilə onun fərdi qərarı idi.
"Sözsüz ki, sözügedən risklər demək olar ki, mütləqdir. Əgər risk dedikdə xəstəliyin vaxtından əvvəl yaranması nəzərdə tutulursa, bu, dəqiq baş verəcək. Ancaq şəxs hazırda sağlamdır, təhlükə isə sonradan özünü göstərir. Bu halda ən düzgün yol yalnız vaxtında diaqnostika aparmaq və həyat tərzinə düzəlişlər etməkdir", - deyə mütəxəssis vurğulayıb.
Konstantin Severinov onu da qeyd edib ki, dünya əhalisinin təqribən 3 faizi irsi xərçəng, ürək-damar patologiyaları və digər bəzi xəstəlikləri qabaqcadan müəyyən edən yüksək riskli genlərə sahibdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl bazarında son vəziyyət
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"WhatsApp"a iki yeni funksiya gəlir
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
Ağ Evdən İrana hücumla bağlı açıqlama: ABŞ seçkilərə qədər zərbə endirməyəcək
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Çində 7 bal gücündə zəlzələ baş verib