Ukrayna üçün "Şotlandka"
Ukrayna bayrağı rənglərindəki tartan parça artıq əsl hitə çevrilib. Mavi və sarı rənglərdən ibarət unikal parça Şotlandiyanın dağlıq ərazilərindəki bir fabrikdə istehsal olunur. Satışdan əldə edilən gəlir isə şirkət tərəfindən Ukraynadakı müharibə qurbanlarına veriləcək.
Ukrayna üçün tartan parça bir neçə həftə əvvəl buraxılıb. Bu müddət ərzində kilometrlərlə parça satılıb. Yeni naxışlar isə Rusiya qoşunlarının genişmiqyaslı müharibə əməliyyatlarında Ukrayna ilə həmrəylik əlaməti olaraq "Ukraine forever" ("Əbədi Ukrayna") adlandırılıb.
"Great Scot" tartan şirkətinin icraçı direktoru Patrik Lyutas bu barədə fikirlərini bildirib: "O zaman belə düşündük ki, biz tartan hazırlasaq, sonra bu parçanı sata və ya ondan müxtəlif əşyalar düzəldə bilərik, məsələn, piknik üçün pledlər, şərflər, ətəklər, pencəklər – istənilən hər şey – itləriniz üçün boyunluqlar və kəmərlər, Milad corabları… hər şey… Biz bu tartanı istehsal edib sata və qazancı yardım üçün göndərə bilərik. Hər şey sadədir və biz bununla məşğuluq".
Fabrik öz "Facebook" səhifəsində yeni tartanı təqdim edəndə, müəssisə direktorunun sözlərinə görə, reaksiya fantastik olub: on min repost, demək olar ki, 140 min bəyənmə və üç minə yaxın şərh…
Ənənəvi şotland ornamenti olan tartanın bir çox variantı var. Parça ənənəvi şotland ətəyinin (kilt) hazırlanmasında istifadə olunur.
"Mən Vladimir Zelenskinin kilt geyindiyini görmək, onun əlini sıxmaq və onun fəxri şotland olduğunu söyləmək istərdim" – deyə "Great Scot" tartanın qurucusu Marqo Peyc qeyd edib.
Bir zamanlar tartanlar şotlandların müəyyən bir qəbiləyə mənsub olduqlarının göstəricisi olub. 1746-cı ildə Yakobit üsyanı yatırıldıqdan sonra Britaniya hakimiyyəti tartan paltarları qadağan edib. Bu parça yalnız 19-cu əsrin ortalarında geri qayıdaraq yenidən ikinci həyat tapıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1751 Tarix: 05 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə mədəndə partlayış - ölən və yaralılar var
Türkiyənin Zonquldağ vilayətində yerləşən mədənlərin birində partlayış başç verib. Bu barədə "Haber 7" məlumat yayıb. Məlumata görə, bədbəxt hadisə Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində yerləşən özəl mədən ocağında metan qazının sızması nəticəsində baş verib. Hadis
23 oktyabrABŞ-də ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto
ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo
24 oktyabrMeqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb
Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb. Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanı
25 oktyabrRobert Köçəryanın oğlunun həbs müddəti uzadılıb
Ermənistan məhkəməsi sabiq prezident Robert Köçəryanın böyük oğlu - Sedrakın həbs müddətini daha iki ay uzadıb. xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Sedrak Köçəryan atası ilə birlikdə vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və rüşvət almad
23 oktyabrLatviya ərazisində PUA qalıqları aşkarlanıb
Latviyanın Aluksne diyarının Liepna volostunda pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir. "Oktyabrın 18-də Latviyanın hava məkanına daxil olduğu ehtimal edilən xaric
25 oktyabrR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə
24 oktyabrFilippində təlim uçuşu zamanı 4 pilot ölüb
Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb
24 oktyabr