Aqil Abbas: "10-15 milyona idman kompleksləri tikiblər, heç nəyə yaramır"

Aqil Abbas: "10-15 milyona idman kompleksləri tikiblər, heç nəyə yaramır""Rayonlarda 10-15 milyona Olimpiya İdman Kompleksləri tikilib, amma heç bir nəticə yoxdur. O komplekslərdə indiyə kimi nə güləşçi, nə boksçu, nə də bir futbolçu yetişib".

Bunu Bakupost.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.

Onun sözlərinə görə, idmanın, ilk növbədə regionlarda idmanın, xüsusən də futbolun inkişafı üçün şərait yaratmaq lazımdır:

"İndi bölgə futbolunun inkişafına maraq artıb. Regional yarışlar da keçirilir. İki regional komandanı Premyer Ligaya buraxıblar. Eyni zamanda I Diviziona buraxılan komandalar da var. Artıq müəyyən tədbirlər görülür. Amma ümumilikdə respublikada futbola maraq azdır.

Dövlət futbola kifayət qədər pul ayırır, proqram qəbul edir. Lakin dövlətin o proqramını yerinə yetirənlər bunu tam həyata keçirə bilmirlər. "Turan-Tovuz" və "Kəpəz"in Premyer Liqaya gəlməsi bölgə futboluna diqqətdir. Lakin bu bizim ürəyimiz istədiyi kimi deyil. Əsas problem odur ki, bütün rayonlarda 10-15 milyona idman kompleksləri tikilib. Amma indiyə kimi nə bir güləşçi, nə bir boksçu, nə də bir futbolçu verib. O cümlədən onların hamısında stadion var. Gözəl binalar tikilib, qalıb orada..."

A.Abbas "Xan Lənkəran"ın I Diviziona buraxılmamasına da münasibət bildirib:

"Mən də istəyərəm ki, cənub bölgəsində "Xan Lənkəran" I Diviziona daxil olsun. Amma müəyyən şərtlər var ki, gərək onları yerinə yetirsinlər. Futbol təkcə Azərbaycandan asılı deyil. UEFA-nın öz şərtləri var. O şərtlərə gərək əməl edilsin. Yəni maddi imkandan bankdakı hesaba, komandanın saxlanılmasına qədər çoxlu şərtlər mövcuddur. O şərtləri AFFA qoymayıb, UEFA qoyub. Ona görə də Yüksək Liqada çox komanda iştirak edə bilmir".

Millət vəkili hesab edir ki, futbolun ölkəmizdə inkişafı üçün uşaq futbol akademiyaları yaradılmalıdır:

"Öncə uşaq futbolu inkişaf etməli, akademiyalar açılmalıdır. Azərbaycanda bu istiqamətdə "Qəbələ", "Qarabağ" və "Neftçi"nin də akademiyası mövcuddur. Yəni uşaq futbol akademiyaları ilə yanaşı, hər komandanın öz akademiyası olmalıdır ki, futbolçu yetişdirə bilsin.

Onların üzərində işləmək üçün məşqçilər lazımdır. Bir sözlə, uşaq futbolu və region futbolunun inkişafına diqqət artırılmalıdır. AFFA rayonlarda uşaqlara 500 top, idman forması paylayır. Dəfələrlə özüm də iştirak etmişəm. Lakin bununla iş bitmir.

Futbola baxmaq üçün dəfələrlə Lənkərana, Qəbələyə, Gəncəyə, Masallıya getmişəm. Azarkeşlər də çox gəlirlər. Çünki regionlarda futbola maraq var. Bir qədər dəstək olmaq lazımdır. Cənub bölgəsində, Tovuzda, Gəncədə də futbola maraq yüksəkdir. Rayonlarda insanların sevdiyi idman növü daha çox futboldur. İdmanın bütün sahələri gəncləri pis vərdişlərdən qoruyur".


Sonxeber.az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 2409   Tarix: 06 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bəlkə bununla bağlı kitab da yazdım" - Fəxriyə Xələfova - VİDEOMÜSAHİBƏ

"Həftənin qonağı" verilişinin bu buraxılışında Azərbaycanın əməkdar incəsənət xadimi Fəxriyə Xələfova qonaq olub. Veriliş zamanı onun yaradıcılıq yolu, estetik dünyagörüşü və mədəniyyətə baxışı ətrafında söhbət aparılıb. xəbər verir ki, Fəxriyə Xələfova rənglərin insan psixologiyasına təsirində

22 dekabr 2025
.

"COP29 avtoelektrik və hibrid avtomobillərə marağın artmasına təkan oldu" - VİDEOMÜSAHİBƏ

"Bildiyimiz kimi artıq 2022-ci ildə ölkəmizdə avtoelektrik və hibrid avtomobillərə xüsusi güzəştlər tətbiq olundu. Bu güzəştlərdən sonra ekaloji təmiz nəqliyyat vasitələrinə maraq artdı". Bu sözləri AADA ictimai birliyinin icraçı direktoru Eyyub Əliyev -a müsahibəsində COP29-dan sonra ekoloj

24 yanvar 2025
.

"Həftənin qonağı" verilişində Amid Qasımov: "Nazim obrazı mənə çox şey öyrətdi" - VİDEOMÜSAHİBƏ

"Həftənin qonağı" verilişinin bu buraxılışında Azərbaycan Dövlət Yuğ Teatrının istedadlı aktyoru Amid Qasımov qonaq olub. Verlişdə aktyorun son çəkildiyi "Tilov" serialında canlandırdığı Nazim obrazı, eləcə də teatr yaradıcılığı ilə bağlı maraqlı söhbətlər yer alıb. Amid Qasımov bildiri

30 dekabr 2025
.

"Bizim xanımlar beynəlxalq müstəvidə də kifayət qədər fəaldılar" - DEPUTAT

"Azərbaycan qadınlarının ölkənin tarixində hər zaman böyük rolu olub. Kifayət qədər böyük nüfuza malik zümrənin təmsilçiləri olaraq, hətta, ta qədim dövrlərdən Azərbaycanda dövlətin idarə edilməsində qadınların iştiraknı görürük. Azərbaycan qadının bu kimi fəal və tarixi köklərə söykənən siyas

7 mart 2025
.

Paşinyan müharibəyə hazırlaşır - Vardanyandan etiraf

Paşinyan hakimiyyəti növbəti hərbi əməliyyatlara hazırlaşır və bu əməliyyatlar Ermənistan ərazisində olacaq. Bu iddia ilə "Hayastan" ümumerməni fondunun keçmiş direktoru Ara Vardanyan çıxış edib. Onun fikrincə, hakimiyyət erməni ictimaiyyətini növbəti təslimiyyətə hazırlayır:. "Buna gör

18 fevral 2023
.

Trampın yeni qərarı "buzu qırdı": "Silah gücü" sülh yaradacaqmı?

Bu günlərdə dünya ictimaiyyəti bir daha "Silahın gücü"nün siyasi arenada, cəbhənin qaynar nöqtələrində baxışları və nəticələri necə dəyişdiyinin şahidi olur. Tramp Administrasiyasında bir ilk - "Silah gücü" sülh yaradacaqmı?. Söhbət ABŞ Prezidenti Donald Tramp Administrasiyasını

19 sentyabr 2025
.

"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə MÜSAHİBƏ

xəbər portalının baş redaktoru Əli Vəliyev APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızından özəl video müsahibə alıb. Müsahibədə Milli Mətbuatın 150 illik yubileyi, medianın dünəni və bu günü, onlayn xəbər platformaları, Media İnkişafı Agentliyinin fəaliyyəti ilə bağlı suallara cavab alınıb

17 iyul 2025
.

Bəhruz Quliyev: "Səs" qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi" - MÜSAHİBƏ

Azərbaycan mətbuatında özünəməxsus yeri olan "Səs" qəzeti bu il fəaliyyətinin 35 illiyini qeyd edir. Ötən 35 ildə qəzet həm dövlətçilik ideallarının təbliği, həm də ictimai-siyasi proseslərin işıqlandırılması sahəsində əhəmiyyətli rol oynayıb. Bu münasibətlə olaraq "Səs" qəzetini

9 yanvar