İrəvan-Bakı dəmiryolunun Mehri-Qafan hissəsi necə talan edilib? - Fotolar

İrəvan-Bakı dəmiryolunun Mehri-Qafan hissəsi necə talan edilib? - Fotolar"Azadlıq" radiosunun erməni xidməti İrəvan-Bakı dəmiryolunun talan edilməsi ilə bağlı süjet hazırlayıb.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, materialda Sovet dövründə İrəvan-Bakı dəmiryolunun 41 kilometrlik Mehri-Qafan hissəsinin sökülüb talan edildiyi qeyd edilir.

Ermənistanın keçmiş nəqliyyat naziri Henrik Koçinyan deyib ki, Birinci Qarabağ müharibəsi zamanı Gürcüstan yolu işləmədiyinə görə, İran yolu daha da fəallaşıb:

"1993-cü il Qafan və Xankəndi şəhəriləri İrandan gələn mazutla təmin edilirdi. İranlılar mazutu Mehriyə gətirirdilər. Biz də mazutu yük vaqonlarına doldurub, dəmir yolu ilə Horadizə aparırdıq. Oradan da maşınlarla Xankəndiyə gedirdi. Bundan başqa, İrandan gələn ərzağı da bu yolla göndərirdik".

Süjetdə sakinlər talançılığı gözləri ilə gördüklərini bildiriblər. Onlar bildirib ki, 41 kilometrlik dəmir relslər hərbçilərin iştirakı ilə doğranaraq daşınıb. Həmin ərazilərə mülki vətəndaşların girişinə icazə verilməyib:

"Həmin relslərin hamısını o vaxt hakimiyyətdə olanlar (Robert Köçəryan, Serj Sarkisyan - red.) daşıyıb".
Baş verən talanlarla bağlı 2018-ci ildə cinayət işi açılıb, amma 4 il keçməsinə baxmayaraq nə şübhəli, nə də cinayətkar var. Bu mövzu ilə bağlı bir çox yüksək rütbəli zabitlər, eləcə də üçüncü prezident Serj Sarqsyan da dindirilib. Çinayət işi davam etdiyi üçün bir çox məqamlar hələ açıqlanmayıb.

İstintaq Komitəsinin məlumatına görə, Ermənistan dəmiryolları 2008-ci ildə Rusiya Zaqafqaziya dəmiryol şirkətinin idarəçiliyinə verilib. Təhvil-təslim aktında bütün əmlak 250 min dollar dəyərində qiymətləndirilib. Təhvil prosesindən iki il sonra sözügedən hissə tamamilə sökülüb.

2010-cu ildə Zaqafqaziya dəmiryol şirkətinin keçmiş rəhbəri Şevket Saydurin Mehri-Qafan yolunun söküldüyünü açıqlayıb və söküntünü Ermənistan hökumətinin qərarı ilə aparıldığını bildirib.

"Azadlıq" radiosunun erməni xidməti hökumət qərarlarının dərc edildiyi saytda bu haqda məlumat axtarsa da, heç nə əldə edə bilməyib. Həmin illərdə Ermənistan hökumətinin rəhbəri Tiqran Sarkisyan olub. Bu mövzu ilə bağlı onun dindirilib-dindirilməməsi haqqında məlumat yoxdur.
Dövlət Televiziyasının araşdırmaları başqa bir sənədi üzə çıxarıb. Həmin sənəddə deyilir ki, dəmiryol sökülməsi 2003-cü ildə müdafiə nazirliyinin birbaşa iştirakı ilə həyata keçirilib. Sənəddə göstərilib ki, 2003-cü ildə müdafiə nazirinin müavini Yuri Xaçaturov şirkət rəhbəri Azad Qasparyanla 30 min metrlik dəmir yolunun sökülməsinə dair müqavilə bağlayıb.

Müqaviləyə əsasən, Sünikdən keçən dəmir yolunun sökülməsi üçün hər 15 metrə görə Müdafiə Nazirliyi 10 min 670 dram ödəyib( Azərbaycan pulunun indiki məzənnəsi ilə təxminən 40 manat).
Azad Qasparyan "Azadlıq" radiosunun erməni xidmətinə Mehri-Qafan yolunu onun şirkətinin sökdüyünü etiraf edib:

"Mən relsləri görəndə artıq onlar sıradan çıxmışdı. Onlar qalsaydı da, istifadə etmək mümkün olmayacaqdı. Bəzi hissələri kimlərsə söküb aparmışdı".

Sənəddə 31 km yazılıb. Bəs 41 kilometrin qalan 10 km-i hardadır? Heç kim bu suala cavab verə bilmir.

Dəmiryolunun necə və hansı şəraitdə Müdafiə Nazirliyinin tabeliyinə keçməsi də maraqlıdır.

Müdafiə Nazirliyi isə sualı cavablandırmayıb.

Sənəddə qeyd olunub ki, həmin əmlak nazirliyə məxsus olub. Müqavilə bağlanmazdan öncə nazir müavini Xaçaturov doğranacaq relsləri satmaq üçün müştəri də tapıb. Qacaran mis kombinatına bir tonu 160 dollardan satacaqdı. Ümumilikdə mis kombinatı 2 min ton relsə görə 320 min dollar ödəyib. Bəs həmin pullar hara gedib? Bu suallar hələ də açıq qalır...


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2092   Tarix: 09 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA

Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal

21 sentyabr
.

Meymun yazıçının arvadını öldürdü

Hindistanın Karnataka ştatında 91 yaşlı qadın meymun hücumundan sonra ölüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Koppal şəhərində qeydə alınıb. Tanınmış yazıçı M.S. Savadattinin həyat yoldaşı Nəcamunnisa Bequm evinin həyətində olarkən qəfil meymunun hücumuna məruz qalıb. Hücum nəticəsind

22 sentyabr
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20 sentyabr
.

"Real" bu göstəriciyə görə La Liqada ən pis komandadır

"Real" 2026/27 mövsümündə La Liqada hər oyunda orta qaçış məsafəsinə görə sonuncu yerdədir. -ın xarici mediaya istinadən xəbərinə görə, 7 oyundan sonra "Real" oyunçuları hər oyunda orta hesabla 83,46 kilometr məsafə qət edirlər ki, bu da bütün 20 La Liqa klubu arasında ən pis göstəricidir

22 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr
.

Bananı qətiyyən bunlarla birlikdə yeməyin

Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard

19 sentyabr
.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr
.

Sinqapurda ictimai nəqliyyatda yeni qadağalar: Cərimələr 4 min dollara çatır

Sinqapur hökuməti avtobuslarda ictimai asayişin pozulmasına görə təxminən 400 dollar məbləğində cərimə tətbiq edir. xəbər verir ki, bu barədə Sinqapurun Yerüstü Nəqliyyat İdarəsinin dərc etdiyi məlumatda bildirilir. Yeni qaydalar sentyabrın 23-dən qüvvəyə minəcək. Bildirilir ki, ictimai nəqliyyatda yüksə

23 sentyabr