Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar
Ermənistandan olan bir sıra ictimai xadimlər rəsmi İrəvandan Qarabağ məsələsində vədlərini yerinə yetirməsini istəyiblər. Onlar bununla bağlı tələblərini 9 May Qələbə Günü münasibətilə hazırladıqları bəyanatlarında bildiriblər.
70-dən çox ziyalının imzaladığı sənəddə deyilir:
"Ermənistan Respublikasının dövlət təqviminə əsasən, 9 May Qələbə və Sülh günü kimi qeyd olunur. Biz, aşağıda imzası olan Ermənistan vətəndaşları bu günün tövsiyəsini sülhün aydın tələbi kimi şərh edirik, çünki sülh qələbədir, sülhsüz qələbə isə məğlubiyyətdir".
Bəyanatda sülhün alternativi olmadığı vurğulanıb.
"Bu isə uduzanın boynunda ilgək deyil, Ermənistan xalqının sülh şəraitində yaşamaqla bağlı 2021-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə ratifikasiya olunmuş iradəsinin azad ifadəsidir".
Sənədi imzalayanlar qeyd edirlər ki, onlar mövcud hökumətin xüsusilə dövlət suverenliyinin həssas olduğu və Ermənistanın ciddi təhlükəsizlik təhdidləri ilə üzləşdiyi indiki son dərəcə çətin geosiyasi vəziyyət fonunda ölkəni millətlərarası düşmənçilik dalanından çıxarmağa, qonşularla münasibətləri nizama salmağa yönəlmiş səylərini görməzlikdən gələ bilməzlər.
Onlar həmçinin hesab etdiklərini bildiriblər ki, Qarabağ məsələsi ilə bağlı spekulyasiyalar dövrü artıq sona çatıb və Ermənistandakı müharibə tərəfdarları son çarəyə əl atıblar.
"Bu o deməkdir ki, vətəndaş müharibəsini qızışdıraraq xalq hakimiyyətini ələ keçirmək onların son ümididir. Aydın məsələdir ki, özünü "millətin xilaskarı" adlandıranlardan heç kim nə Azərbaycanla, nə də Türkiyə ilə döyüşmək fikrində deyil. Deməli, bu gün "erməni qisası"nın yeganə mümkün hədəfi "daxili türklər"dir, hansı ki, bizim kimi vətəni üçün ölməyi yox, öz ölkəsində azad, ləyaqətlə və xoşbəxt yaşamağı seçmiş sadə vətəndaşlardır.
Bizimlə eyni cür düşünən, lakin "türk" və "millət xaini" damğasından çəkinən minlərlə vətəndaşın səssizliyini dilə gətirir, Ermənistan Respublikasının qanuni hakimiyyətindən vədlərinə əməl etməyi və Qarabağ münaqişəsini sülh müqaviləsi ilə həll etməyi tələb edirik. Müharibə dəhşətlərindən əziyyət çəkən xalqımızın ağrı və kədərini, vətəndaş cəmiyyətindən olan həmkarlarımızın bütün haqlı narahatlıqlarını bölüşərək biz "əmmasız" sülh tələb edirik". Biz sülhün qələbəsini qeyd edəcəyik!" - deyə bəyanatda vurğulanıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1555 Tarix: 10 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazimiz Türkiyədən müalicədən qayıtdı - FOTO
Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən qazimiz Alxasov Camal İlqar oğlu Türkiyədən qayıdıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xatırladaq ki, döyüşçümüz "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyədə reabilitasiya prosesi keçirdi. Qeyd edək ki, Vətən müharibəsind
4 iyul 2021Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu
Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda
15 avqust 2021Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"
"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ
4 iyul 2021"Haber Global": Zəhranın qanı yerdə qalmadı – VİDEO
Türkiyənin "Haber Global" televiziya kanalı erməni hücumu nəticəsində 2017-ci ildə qətl edilən balaca Zəhranın xatirəsinə həsr olunmuş süjet hazırlayıb. Süjetdə indiyədək məhfur düşmən tərəfindən çox sayda azyaşlı azərbaycanlının öldürüldüyü diqqətə çatdırılır. Qeyd olunur ki, son nəticəd
4 iyul 2021Ermənilər Kəlbəcərdə mövqelərimizi atəşə tutdu
İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrl
27 iyun 2021Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU
İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini
25 iyul 2021Qaytarılan ermənilərin adları açıqlandı - TAM SİYAHI
Humanizm nümunəsi olaraq Azərbaycanın Ermənistana təhvil verdiyi 15 erməni əsilli şəxsin adları açıqlanıb. xəbər verir ki, siyahını "Sputnik Armeniya" yayıb:. 1. Akopyan Volodya Qaqikoviç. 2. Asatryan Gevorg Norayroviç. 3. Qasparyan Gor Vaqramoviç. 4. Enqoyan Sisak Qrişaeviç. 5. Karapetya
4 iyul 2021