Azərbaycanı "Avroviziya"da təmsil edənlər indi nə işlə məşğuldurlar? - VİDEO

Azərbaycanı "Avroviziya"da təmsil edənlər indi nə işlə məşğuldurlar? - VİDEO"Avroviziya" - 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən mahnı müsabiqəsidir. 2007-ci ildə İctimai Televiziya Avropa Yayım İttifaqına üzv oldu. Bundan bir il sonra Azərbaycan ilk dəfə bu müsabiqəyə qatıldı.

Oxu.Az 2008-ci ildən bu günə kimi ölkəmizi təmsil edən iştirakçılar haqda araşdırma aparıb.

Azərbaycanın "Avroviziya" mahnı müsabiqəsində ilk təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadə olub. 2008-ci ildə Belqradda keçirilən müsabiqədə onlar "Day after day" mahnısını duet oxuyaraq 132 balla 8-ci yer tutublar.

Müsabiqədən sonra Samir Cavadzadə efirdən uzaqlaşıb. 2010-cu ildən Samir "Səninlə birlikdə", "İnsafsızlar", "Təkcə sənə bağlanıb qəlbim", "Bu da son" adlı mahnıları ilə efirə qayıdıb. "Avroviziya"dan sonra yollarını ayıran Samir və Elnur həmin vaxtdan bəri karyeralarını təklikdə davam etdirirlər.

Elnur Hüseynov 2015-ci ildə "O səs Türkiyə" yarışında qalib olduqdan sonra əsasən qardaş ölkədə yaşayıb-işləməyə başlayıb. O ən son Aygün Kazımovanın qızı İlqarə Kazımova ilə "Dəniz" adlı dueti ilə gündəmə gəlib.

Müğənni Aysel Teymurzadə 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü "Avroviziya" mahnı müsabiqəsində ölkəmizi təmsil edib. Teymurzadə müsabiqədə 207 xalla üçüncü yeri tutub. O, İran əsilli İsveç müğənnisi Araş ilə birlikdə "Always" mahnısını ifa edib.

Aysel 2012-ci ildə Xalq artisti, pianoçu Murad Adıgözəlzadə ilə ailə həyatı qurduqdan sonra müğənnilik fəaliyyətini dayandırıb.

Müğənni Səfurə Əlizadə Azərbaycanı 2010-cu ildə Oslo şəhərində keçirilən yarışda təmsil edib. "Drip-drop" mahnısını ifadə edən Səfurə müsabiqədə 145 xalla beşinci yeri tutub.

S.Əlizadə 5 iyul 2013-cü ildə Bodrumda Fərhad Əliyevlə ailə həyatı qurub, hazırda cütlüyün üç övladı var.

Səfurə "Avroviziya" mahnı müsabiqəsindən sonra sevilsə də, hazırda müğənni kimi fəaliyyət göstərmir.

İlk dəfə "Avroviziya" mahnı müsabiqəsində ölkəmizə qalib olmaq sevincini yaşadanlar isə 2011-ci ildə Eldar Qasımov və Nigar Camal olublar.

Onlar "Running scared" mahnısını ifa edərək 221 xalla birincilik qazanıblar.

Nigar Camal bu gün də ifaçılıq fəaliyyətini uğurla davam etdirir. O, son olaraq iki ay öncə rəsmi "YouTube" səhifəsində "Gəl qucaqla məni" adlı klipini təqdim edib.

Eldar Qasımov da duet ortağı Nigar Camal kimi ifaçılıq fəaliyyətini uğurla davam etdirir. Hazırda isə Eldar Qasımov "Avroviziya-2022"dəki təmsilçimiz Nadir Rüstəmliyə İtaliyanın Turin şəhərində öz dəstəyini göstərir.

2012-ci ildə ölkəmizi "Avroviziya"da Əməkdar artist, müğənni Səbinə Babayeva təmsil edib.

O, Bakı şəhərində keçirilən 57-ci "Avroviziya" mahnı müsabiqəsində "When the music dies" mahnısını ifa edib və 150 xalla dördüncü yeri tutub.

26 sentyabr 2012-ci ildə Səbinə Babayeva rejissor Cavidan Şərifov ilə ailə həyatı qurub. Səbinə hazırda estrada müğənnisi olaraq fəaliyyətini davam etdirir.

2013-cü ildə Malmödə keçirilən "Avroviziya" mahnı müsabiqəsində ölkəmizi Fərid Məmmədov təmsil edib. Fərid "Hold me" mahnısını ifa edərək 234 xalla ikinci yerdə qərarlaşıb. ABŞ-a köçən Fərid Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayıb. Fəridin orada kuryer olaraq çalışdığı barədə məlumatlar yayılıb.

2014-cü ildə Azərbaycanın "Avroviziya"da təmsilçisi Dilarə Kazımova olub.

Dilarə mayın 6-da Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş I yarımfinal mərhələsində 8-ci nömrə altında "Start a fire" mahnısını ifa edib. Dilarə müsabiqədə 22-ci yeri tutub.

Tez-tez paylaşımları ilə gündəm olan Dilarə ən son "Olmaram" adlı klipini təqdim edib.

Səmra Rəhimli Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci "Avroviziya" mahnı müsabiqəsində təmsil edib. Səmra "Miracle" mahnısı ilə final mərhələsində ölkəyə 17-ci yeri qazandırıb.

Fərqli tərzdə geyimləri və ifaları ilə gündəmdə olan ifaçı ən son rəsmi "YouTube" səhifəsində "Ad günü" mahnısını təqdim edib.

2017-ci ildə ölkəmizi "Avroviziya"da Diana Hacıyeva təmsil edib. Diana Kiyevdə keçirilən müsabiqədə "Skeletons" mahnısını ifa edərək 120 xalla 14-cü pillədə qərarlaşıb. Ana olduqdan sonra Diana səhnədən hələlik uzaqlaşıb.

Aysel Məmmədova 2018-ci ildə "X My Heart" mahnısı ilə Azərbaycanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən "Avroviziya" mahnı müsabiqəsində təmsil edib. O, yarımfinalda yetərli səs toplamadığı üçün finala keçə bilməyib.

Aysel son olaraq rəsmi "YouTube" səhifəsində "Alone with you" mahnısını təqdim edib.

Çingiz Mustafayev 2019-cu ildə "Truth" mahnısı ilə Azərbaycanı İsrailin Tel-Əviv şəhərində keçirilən "Avroviziya" mahnı müsabiqəsində təmsil edib.

Çingiz 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 302 xal toplayaraq səkkizinci yerdə qərarlaşıb. Bu, Azərbaycanın müsabiqədə 2013-cü ildən bəri ən yaxşı nəticəsi olub.

Hazırda Çingiz İndoneziyaya köçüb və fəaliyyətini orada davam etdirir.

Müğənni Samirə Əfəndi 2020-ci ildə keçiriləcək "Avroviziya" yarışında Azərbaycanı "Cleopatra" mahnısı ilə təmsil edəcəkdi, lakin pandemiya səbəbindən müsabiqə təxirə salındığı üçün o, 2021-ci ildə adıçəkilən müsabiqədə yenidən iştirak hüququ qazandı.

"Mata Hari" mahnısını oxuyan Samirə yarışı 20-ci olaraq bitirib.

Samirə hazırda İtaliyadadır. Hazırda o, bu ölkədə keçirilən "Avroviziya" mahnı müsabiqəsinə Norveçin nümayəndə heyəti tərəfindən dəstəkçi qismində dəvət edilib. Bununla bağlı Samirə hətta xüsusi açıqlama da yayıb.

"Səs Azərbaycan" yarışının qalibi olan müğənni Nadir Rüstəmli builki "Avroviziya" mahnı müsabiqəsində ölkəmizi təmsil edir.

Nadir Rüstəmli İtaliyanın Turin şəhərində yerləşən "Pala Alpitur" arenasında müsabiqənin ikinci yarımfinalında "Fade To Black" mahnısını ifa edib və finala keçməyə nail olub.

"Avroviziya-2022" mahnı müsabiqəsinin final mərhələsi isə 14 may tarixində baş tutacaq.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3642   Tarix: 13 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara

18 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

"Hər gün yalvarırdım..." - atasını itirən Aygün hər kəsi KÖVRƏLTDİ

Xəbər verdiyimiz kimi ötən gün müğənni Aygün Mahmudovanın atası koronavirusdan dünyasını dəyişib. -a istinadən xəbər verir ki, ağır itki yaşayan Aygün sosial media hesabında atası ilə fotolarını paylaşaraq izləyicilərini kövrəldib:. "Canım sənə qurban, ay ata, hara getdin?!Mən hər şeyimi Allah

8 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021