"Bu təkanı təkcə biz deyil, hər kəs öz həyatında hiss edəcək" - Aqil Lətifov

"Bu təkanı təkcə biz deyil, hər kəs öz həyatında hiss edəcək" - Aqil LətifovAzərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq. 18 faiz ƏDV-nin ləğv olunması çap medianın inkişafına necə təsir edəcək?

Məsələ ilə bağlı Sonxeber.az-a Publika.az xəbər portalının baş redaktoru Aqil Lətifov açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi çox əhəmiyyətli, tarixi addımdır:

"Bildiyiniz kimi, cənab Prezidentin Fərmanı ilə ötən ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunub. Çox sevindirici haldır ki, bu gün Əli Əsədov bütün qələm əhlini, kitabsevərləri sevindirən qərara imza atdı. Bu qərar təkcə bizi deyil, bütün vətəndaşları sevindirəcək addımdır.

Şübhəsiz ki, bu qərar çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı şəkildə azaltmaqla inkişafına mühüm təkan verəcək. Bu təkanı təkcə biz deyil, hər kəs öz həyatında hiss edəcək. Çünki kitab hər kəsin həyatına birbaşa təsir edən vasitədir. Kitab qiymətlərində də müəyyən ucuzlaşmanın olacağını proqnozlaşdırmaq olar".

A.Lətifovun sözlərinə görə, indiki mərhələdə, xüsusilə Rusiya-Ukrayna müharibəsinin fonunda dünya bazarında cərəyan edən çalxalanmalara nəzər yetirdikdə kağız məhsullarının ƏDV-dən azad edilməsinin əhəmiyyəti daha da artır:

"Bu müharibənin fonunda son vaxtlar kağız məhsullarının qiymətinin həddən artıq bahalaşması sözügedən sahəyə əməlli-başlı zərbə vurub, ciddi bədbinlik yaradıb. Belə bir məqamda isə bu qərarın verilməsi tam zamanında, yerində atılan addım oldu. Çap mediasını, xüsusilə qəzetlərin hazırkı durumunu nəzərə aldıqda bu qərarın əhəmiyyətinin daha böyük olduğunu söyləyə bilərik.

Son vaxtlar bu istiqamətdə istər Medianın İnkişafı Agentliyində çap mediası subyektlərinin rəhbərləri ilə, istərsə də digər platformalarda ciddi müzakirələr gedirdi. Deməli, bu müzakirələr heç də boşuna deyil. Ümid edək ki, ƏDV-dən azad olunma, gözlədiyimiz kimi, bu sahənin inkişafına ciddi töhfələr verəcək, "print-media"da intibahı təmin edəcək.

Hesab edirəm ki, bu qərar media sahəsində aparılan əsaslı islahatların ardıcıllığının və vahidliyinin təmin edilməsinin, eləcə də bu sahədə görülən tədbirlərə kompleks yanaşmanın təzahürü olmaqla, çap mediası subyektlərinin və çap məhsullarının yayımını həyata keçirən şirkətlərin səmərəli fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək".

Aysel Quliyeva


Sonxeber.az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 1233   Tarix: 13 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Bəlkə bununla bağlı kitab da yazdım" - Fəxriyə Xələfova - VİDEOMÜSAHİBƏ

"Həftənin qonağı" verilişinin bu buraxılışında Azərbaycanın əməkdar incəsənət xadimi Fəxriyə Xələfova qonaq olub. Veriliş zamanı onun yaradıcılıq yolu, estetik dünyagörüşü və mədəniyyətə baxışı ətrafında söhbət aparılıb. xəbər verir ki, Fəxriyə Xələfova rənglərin insan psixologiyasına təsirində

22 dekabr 2025
.

"COP29 avtoelektrik və hibrid avtomobillərə marağın artmasına təkan oldu" - VİDEOMÜSAHİBƏ

"Bildiyimiz kimi artıq 2022-ci ildə ölkəmizdə avtoelektrik və hibrid avtomobillərə xüsusi güzəştlər tətbiq olundu. Bu güzəştlərdən sonra ekaloji təmiz nəqliyyat vasitələrinə maraq artdı". Bu sözləri AADA ictimai birliyinin icraçı direktoru Eyyub Əliyev -a müsahibəsində COP29-dan sonra ekoloj

24 yanvar 2025
.

"Həftənin qonağı" verilişində Amid Qasımov: "Nazim obrazı mənə çox şey öyrətdi" - VİDEOMÜSAHİBƏ

"Həftənin qonağı" verilişinin bu buraxılışında Azərbaycan Dövlət Yuğ Teatrının istedadlı aktyoru Amid Qasımov qonaq olub. Verlişdə aktyorun son çəkildiyi "Tilov" serialında canlandırdığı Nazim obrazı, eləcə də teatr yaradıcılığı ilə bağlı maraqlı söhbətlər yer alıb. Amid Qasımov bildiri

30 dekabr 2025
.

"Bizim xanımlar beynəlxalq müstəvidə də kifayət qədər fəaldılar" - DEPUTAT

"Azərbaycan qadınlarının ölkənin tarixində hər zaman böyük rolu olub. Kifayət qədər böyük nüfuza malik zümrənin təmsilçiləri olaraq, hətta, ta qədim dövrlərdən Azərbaycanda dövlətin idarə edilməsində qadınların iştiraknı görürük. Azərbaycan qadının bu kimi fəal və tarixi köklərə söykənən siyas

7 mart 2025
.

Paşinyan müharibəyə hazırlaşır - Vardanyandan etiraf

Paşinyan hakimiyyəti növbəti hərbi əməliyyatlara hazırlaşır və bu əməliyyatlar Ermənistan ərazisində olacaq. Bu iddia ilə "Hayastan" ümumerməni fondunun keçmiş direktoru Ara Vardanyan çıxış edib. Onun fikrincə, hakimiyyət erməni ictimaiyyətini növbəti təslimiyyətə hazırlayır:. "Buna gör

18 fevral 2023
.

Trampın yeni qərarı "buzu qırdı": "Silah gücü" sülh yaradacaqmı?

Bu günlərdə dünya ictimaiyyəti bir daha "Silahın gücü"nün siyasi arenada, cəbhənin qaynar nöqtələrində baxışları və nəticələri necə dəyişdiyinin şahidi olur. Tramp Administrasiyasında bir ilk - "Silah gücü" sülh yaradacaqmı?. Söhbət ABŞ Prezidenti Donald Tramp Administrasiyasını

19 sentyabr 2025
.

"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə MÜSAHİBƏ

xəbər portalının baş redaktoru Əli Vəliyev APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızından özəl video müsahibə alıb. Müsahibədə Milli Mətbuatın 150 illik yubileyi, medianın dünəni və bu günü, onlayn xəbər platformaları, Media İnkişafı Agentliyinin fəaliyyəti ilə bağlı suallara cavab alınıb

17 iyul 2025
.

Bəhruz Quliyev: "Səs" qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi" - MÜSAHİBƏ

Azərbaycan mətbuatında özünəməxsus yeri olan "Səs" qəzeti bu il fəaliyyətinin 35 illiyini qeyd edir. Ötən 35 ildə qəzet həm dövlətçilik ideallarının təbliği, həm də ictimai-siyasi proseslərin işıqlandırılması sahəsində əhəmiyyətli rol oynayıb. Bu münasibətlə olaraq "Səs" qəzetini

9 yanvar