Bu ölkədə matəm elan olundu
Hindistan hökuməti Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Əl Nəhyanın ölümü ilə bağlı bir günlük milli matəm elan edib
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Hindistan hökuməti mayın 14-də BƏƏ prezidenti və Əbu-Dabi hökmdarı Əlahəzrət Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın xatirəsinə bir günlük milli matəm elan edib", - deyə nazirlikdən bildirilib.
Açıqlamada qeyd edilib ki, matəm günü Hindistanda dövlət bayrağı bütün binalarda yarıya qədər endiriləcək, bütün rəsmi əyləncə tədbirləri ləğv ediləcək.
Bundan əlavə, Hindistan Prezidenti Ram Nat Kovind və Hindistanın Baş naziri Narendra Modi Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın vəfatı ilə bağlı başsağlığı veriblər.
Onlar Xəlifə bin Zayed Əl Nəhyanın dövlət xadimi və uzaqgörən lider olduğunu qeyd edərək, onun Hindistan və BƏƏ arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə və BƏƏ-də hind icmasının rifahına verdiyi töhfəni xatırladıblar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1668 Tarix: 14 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səudiyyə Ərəbistanı Yəməndən Ər-Riyada atılan ballistik raketi ələ keçirib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Səudiyyə Ərəbistanının Mülki Müdafiəsinin Ər-Riyad, Nəcran və Vadi-ə-Dəvasir əyalətində mümkün təhlükə barədə xəbərdarlıqlarından sonra Yəməndə husilər tərəfindən Ər-Riyada atılan ballistik raketi ələ keçirdiyini və məhv etdiyini açıqlayıb
24 oktyabrMakron etirazlar fonunda ilk dəfə şagird və polislərlə görüşəcək
Fransa Prezidenti Emmanuel Makron etirazların yenidən başlaması ərəfəsində bu gün yuxarı sinif şagirdləri hərəkatının nümayəndələri və hüquq-mühafizə orqanları ilə görüşəcək. xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. Bu, yuxarı sinif şagirdləri və tələbələrin artıq bir aydan çoxdur dava
23 oktyabrBBC: "Qərb diplomatları Rusiyada daimi nəzarət və qorxu şəraitindən danışır"
Qərb diplomatları Rusiyada işləməyin getdikcə çətinləşdiyini, təhlükəsizlik tədbirlərinin və izlənilmə qorxusunun gündəlik həyatlarına təsir etdiyini bildiriblər. BBC-yə istinadən xəbər verir ki, onların təsvir etdiyi şərait Soyuq müharibə dövründəki diplomatik mühitlə müqayisə olunur. Mövzu Rusiya il
23 oktyabrHərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir
Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların
23 oktyabrKosmosdan görünən dairələr: Səhranın ortasındakı nəhəng sirr açıldı
Səhranın dərinliklərində, Mavritaniyanın ərazisində yerləşən heyrətamiz təbii obyekt alimlərin diqqətini uzun illərdir cəlb edir. Rişat strukturu (və ya Rişat krateri) kimi tanınan bu geoloji quruluş qərbli geoloqlara ən azı 1930-cu illərdən, fransız coğrafiyaşünaslarının onu ilk dəfə xəritəyə salmasında
22 oktyabrUkrayna özünün peyk rabitə sistemini yaradır
Ukrayna "Nokia" və İCEYE şirkətləri ilə əməkdaşlıq çərçivəsində özünün peyk rabitə sistemini yaradacaq. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. "İCEYE peyk kəşfiyyatı sahəsində ixtisaslaşıb və 2022-ci ildən bəri Ukrayna ilə əməkdaşlıq edir. "Nokia" telekommunikasiy
23 oktyabr