Zülfiyyə Xanbabayevanı geridə qoydu, ermənilər mahnısını oğurladı, heç vaxt fəxri ad almadı - FOTO

Zülfiyyə Xanbabayevanı geridə qoydu, ermənilər mahnısını oğurladı, heç vaxt fəxri ad almadı - FOTOMəşhur müğənni Abbas Əhməd 90-cı illərin sevilən ifaçılarından olub. Bir vaxtlar onun milyonlarla gəncin qəlbini titrədən "Ürəyim yanar" mahnısı dillər əzbəri idi. Uzun illərdir vətəndə yaşamayan sənətçi arabir Bakıya gəlsə də bunu heç kim bilmir.

BAKU.WS məşhur müğənni Abbas Əhməd haqqında maraqlı faktları təqdim edir:

Əhmədov Abbas Allahverdi oğlu 1960-cı il dekabrın 25-də Rusiyada dünyaya gəlib. İbtidai məktəbi orada oxuyan ifaçı dördüncü sinifdə olarkən ailəsi ilə Bakıya köçür. Orta məktəbi başa vurduqdan sonra müğənniliklə məşğul olan Abbas 1990-2000-ci illərdə Azərbaycan estradasının parlayan ulduzu olur.

Onu məşhurluğun zirvəsinə isə həyat yoldaşına həsr etdiyi "Ürəyim yanar" adlı kompozisiyası çatdırır. Bu ifa hələ də sevilərək dinlənilən klassik hitlər sırasındadır. Müğənni mahnını 1992-ci ildə şair Elçin Mirzəbəylinin sözlərinə bəstələyib. "Ürəyim yanar" ifasını 1997-ci ildə Sunay adlı türk müğənnisi də səsləndirib. Abbasın bu ifasını bir müddət əvvəl mənfur düşmənlərimiz olan ermənilər oğurlayıblar.

Onlar sənətçinin "Ürəyim yanar" ifasının musiqisinə söz yazaraq Şuşaya həsr ediblər.

Abbas 1988-ci ildən 2001-ci ilə qədər "Qaya" ansamblının solisti olub. 2001-ci ildə qrup dağıldıqdan sonra o, Rusiyaya üz tutur. Azərbaycan sərhədlərindən kənarda başqa bir yerdə öz ifaları ilə ad-san qazanmağa başlayır. 2003-cü ildə Abbasın Rusiya şou-biznesinə qatılma şansı yaransa da, o bundan imtina edir. Səbəb isə sənətçinin bir zamanlar üzvü olduğu "Qaya" ansamblını xarici ölkənin şou-bizesindən üstün tutması olur.

Abbas Əhməd müsahibələrindən birində özü ilə bağlı maraqlı faktı açıqlayır. Belə ki, ifaçı 1989-cu ildə "Qızıl payız" müsabiqəsində iştirak edir və qalibiyyət qazanır. Onun bu birinciliyini heç kim heç yerdə açıqlamır. Həmin vaxt müsabiqədə iştirak edən Xalq artisti Zülfiyyə Xanbabayeva isə ikinci olur. Abbas Əhməd 14 il "Qaya" qrupunda çalışsa da bu günə qədər heç bir fəxri ada layiq görülməyib. Hazırda Rusiyada yaşayan sənətçi vətənə nadir hallarda gəlir. Abbas orada keçirilən toylarda iştirak edir. Bəzən məclislərdə aparıcılıq da edir.

İfaçı dəfələrlə mətbuata verdiyi açıqlamaları ilə gündəm olub. Müsahibələrindən birində gənc vaxtlarında cavan qızların arxasınca düşməyi, cins geyinməyi, gözəl qızlarla tanış olmağı, "Bitlz" qrupunu dinləməyi çox sevdiyini dilə gətirib. İfaçı cins şalvarda özünü şahzadə, hətta Maykl Cekson kimi hiss etdiyini deyib. Abbas cins geyimlərindən bəzilərini hələ də saxladığını bildirib.

Abbas Əhməd iki dəfə ailəli olub. Onun ilk evlilliyindən bir oğlu dünyaya gəlib. Sənətçi ilk həyat yoldaşı ilə cəmi bir il evli qalıb. Daha sonra onunla həyat yollarını ayıran Abbas ikinci dəfə evlənib. Artıq 31 ildir ailəli olan ifaçının bu evlilikdən övladı yoxdur. Abbasın birinci evliliyindən olan oğlu dünyaca məşhur müğənnilərin konsertlərini təşkil edir. Demis Russos, Stinq kimi müğənniləri Rusiyaya gətirir.
Zülfiyyə Xanbabayevanı geridə qoydu, ermənilər mahnısını oğurladı, heç vaxt fəxri ad almadı - FOTOZülfiyyə Xanbabayevanı geridə qoydu, ermənilər mahnısını oğurladı, heç vaxt fəxri ad almadı - FOTOZülfiyyə Xanbabayevanı geridə qoydu, ermənilər mahnısını oğurladı, heç vaxt fəxri ad almadı - FOTO


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2267   Tarix: 14 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara

18 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

"Hər gün yalvarırdım..." - atasını itirən Aygün hər kəsi KÖVRƏLTDİ

Xəbər verdiyimiz kimi ötən gün müğənni Aygün Mahmudovanın atası koronavirusdan dünyasını dəyişib. -a istinadən xəbər verir ki, ağır itki yaşayan Aygün sosial media hesabında atası ilə fotolarını paylaşaraq izləyicilərini kövrəldib:. "Canım sənə qurban, ay ata, hara getdin?!Mən hər şeyimi Allah

8 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021