Moldovanın Rusiya QORXUSU: Yeni münaqişə ocağı yaranır, Rumıniya ilə birləşmə gündəmdədir

Moldovanın Rusiya QORXUSU: Yeni münaqişə ocağı yaranır, Rumıniya ilə birləşmə gündəmdədirRusiya mediası, siyasətçilər Moldovadakı durumu süni surətdə şişirdirlər. İddia edirlər ki, bu ölkədə rusların hüquqları pozulur. Hətta Kremlin Rusiyanın Moldovanın işğalı ilə bağlı dəqiq plan hazırladığı barədə xəbər də gündəm olub. Prosesin gedişi Moldovanı radikal addımlar atmağa, yəni Rumıniya ilə birləşməyə məcbur edə bilər?

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Ukrayna ilə Rusiya arasında yaşanan müharibə qonşu dövlətlərin əksəriyyətində təşviş və həyəcan doğurub. Bəziləri qorxu, bəziləri həyəcanla növbəti qurbana çevrilə biləcəyini gözləyir. Siyahıya Estoniya, Finlandiya, Latviya, Litva, Polşa, Slovakiya, Macarıstan, Bolqarıstan və Moldova daxildir. Artıq bu qorxu bir çoxlarını çıxış yolları axtarıb tapmağa vadar edir. Bəziləri çıxış yolunu Rusiyaya loyal qalmaqda, bəziləri isə NATO-ya üzvlükdə görür. Məsələn, Rusiyanın Ukraynaya hücumu Finlandiya və İsveçi bu gün ciddi şəkildə NATO-ya qoşulmağa vadar edib. İndiyə qədər neytral olan iki ölkə hərbi alyansa qoşulmağı gündəmə gətiriblər. Rusiya bu ölkələrə NATO-ya qoşulmamaqla bağlı xəbərdarlıq edib və onları texniki hərbi cavabla hədələyib. NATO baş katibi Jens Stoltenberq isə hər iki ölkəyə də qucaq açacaqlarını söyləyib. Maraqlı olan Moldovanın mövqeyidir. Kişinyov başqa bir yola üstünlük verir.

Qərb mediası yazır ki, son günlər Dnestryanı bölgədə gərginlik Moskvanın Ukrayna ilə sərhəddə - Moldovada yeni gərginlik ocağı yaratmaq planından xəbər verir. Dnestryanı bölgədə baş verən son partlayışlarda qondarma qurum Ukraynanı, Moldova isə separatçı bölgədəki klanları günahlandırır. Bəs əslində, nə baş verir? Doğrudanmı, yeni münaqişə ocağı yarana bilər? Görünən odur ki, artıq separatçı bölgənin əhalisi bölgəni tərk edərək Moldova və qonşu Ukrayna ərazisinə köçməyə başlayıb. Müharibə başlayandan bəri media və ekspert dairələrində növbəti hədəfin Moldova olacağı barədə xəbərlər müzakirəyə çıxarılır. Hətta Rusiyanın Moldovanın işğalı ilə bağlı dəqiq plan hazırladığı barədə xəbər də gündəm olub. Qeyd olunur ki, rus qoşunlarının ehtimal olunan uğurları cənub-qərb istiqamətində "ikinci cəbhə"nin yaranmasına gətirib çıxara bilər.

Belə bir vəziyyətdə Moldovanın Rumıniya ilə birləşməsi gündəmə gətirilib. Rumıniya Xarici İşlər Nazirliyi separatçı Dnestryanıdakı vəziyyətlə bağlı Moldova prezidenti Mayya Sandunun mövqeyini dəstəklədiyini bəyan edib. Bu mövqe isə bölgənin Moldova torpağı olmasından ibarətdir. Ardınca da Moldovanın sağçı partiyaları ölkənin Rumıniya ilə birləşməsi tələbini yenidən gündəmə gətiriblər. Rumınların Birləşməsi Alyansının (AUR) lideri, Rumıniya parlamentinin üzvü, Moldovada yaşayan Rumıniya vətəndaşlarının da səs verdiyi George Simion təhlükəsizlik problemini birləşərək həll etməyi təklif edir. "Tiraspolda Dövlət Təhlükəsizliyi Nazirliyi adlandırılan binaya hücum, ardınca Mayakdakı radio mərkəzinin bəzi texniki vasitələrinin dağıdılması Ukraynadakı münaqişənin əyalət ərazisinə yayılmasına yönəlib", - Simion bildirib. Onun fikrincə, ikinci rumın dövlətinin Rumıniya ilə sülh yolu ilə birləşməsi yeganə həll yoludur.

Prezident Mayya Sandu isə bildirib ki, Moldovanın Rumıniya ilə birləşməsi yalnız bu ideyanın əhali tərəfindən dəstəklənməsi sayəsində mümkün ola bilər. Sabiq baş naziri Yuri Lyanke də Moldovanın hərbi təhlükəyə qarşı NATO və Avropa İttifaqının müdafiəsini təmin etməsi üçün Rumıniya ilə birləşməli olduğunu deyib.

Moldovalı analitiklər isə ölkənin dərhal Ukraynanın tərəfinə keçməli olduğunu bildirilər. "Dəyişikliklər" Partiyasının lideri Stefan Qliqor TV8 telekanalında bildirib ki, nə Kişinyov, nə Kiyev, hətta Tiraspol vəziyyətin gərginləşməsini istəmir və Dnestryanı bölgədəki partlayışların təşkilatçısı ola bilməz. Gərginlikdən faydalanan tərəf Rusiyadır. Baş nazirin reinteqrasiya üzrə keçmiş müavini Aleksandru Flençia qeyd edib ki, Kişinyov münaqişədə birbaşa və ya dolayısı ilə iştirak edən əsas oyunçularla çox az ünsiyyət qurur, lakin hadisələrin inkişafını passiv şəkildə izləyir: "Bu hadisələrin məqsədi Dnestryanı region deyil, Moldova Respublikasıdır".

Rusiya mediası isə Ukraynada müharibənin başlamasından sonra Moldovada rusdilli vətəndaşlara təzyiq edilməsi iddiasını qaldırmağa başlayıb. Rusiyanın Kişinyovdakı səfirliyi Moldovada dil, din, milli, mədəni və digər zəminlərdə ayrı-seçkilik hallarının tez-tez baş verdiyini açıqlayıb, ruslara müraciət edib ki, həyat və sağlamlıqları üçün təhlükə yaranacağı halda məlumat versinlər. Ardınca bölgədəki rus qoşunlarının generalı Rüstəm Minnekayev açıq şəkildə bildirib ki, Rusiya ordusunun Dnestryanıya doğru irəliləməsi vacibdir. O da iddia edib ki, orada rusdilli əhali sıxışdırılır. General bu "sıxışdırılma"nın nədən ibarət olduğu barədə heç nə deməyib. Moldova öz növbəsində Rusiyadan cəmiyyətdə gərginlik yaradan bəyanatlar səsləndirməməyi tələb edib, həmin iddiaları əsassız adlandırıb.

Bir faktı da qeyd edək ki, Dnestryanının Ukrayna ilə həmsərhəd olan Kolbasna kəndində Şərqi Avropanın ən böyük silah-sursat anbarı yerləşir. Bu anbar 1940-cı illərdə yaradılıb, silahların əksəriyyəti sovet qoşunları ADR, Çexoslovakiya və keçmiş sosialist düşərgəsinin digər ölkələrindən çıxandan sonra ora yığılıb. Belə bir versiya getdikcə daha çox səslənir ki, silah qıtlığından əziyyət çəkən Ukrayna həmin anbarı ələ keçirməkdə son dərəcə maraqlıdır. Qərb hərbi ekspertləri bu versiyanı ciddi qəbul etmir, çünki hazırkı müharibədə Ukrayna tank əleyhinə sistemlərin və zenit sistemlərinin ən yeni variantlarına ehtiyac duyur, sovetdən qalma silah-sursat anbarında isə bunlar heç bir halda ola bilməz. Görünən odur ki, proseslərin gedişi Moldovanı radikal addımlar atmağa, yəni Rumıniya ilə birləşməyə məcbur edə bilər. Bunun üçün zəmin və hüquqi baza da var. Ən əsası parlament və hökumət qərbpərəst qüvvələrdən ibarətdir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1028   Tarix: 14 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021
.

Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda

16 sentyabr 2021
.

"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb

18 sentyabr 2021
.

Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO

Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz

17 sentyabr 2021
.

Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"

Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans

16 sentyabr 2021
.

11 ayda 3 dəfə koronavirusa yoluxdu: Heç bir xəstəliyi omayıb

Türkiyənin Qaziantep şəhərində yaşayan 51 yaşlı qadın 11 ayda 3 dəfə koronavirusa yoluxub. -a istinadən xəbər verir ki, koronavirusa qarşı vaksin olunmayan qadın nəfəsdarlığından əziyyət çəkdiyi üçün reanimasiyaya yerləşdirilib. Ağciyəri zədələndiyinə görə, boğazından qidalanan Jale Düşmezer 10 gün əvvə

17 sentyabr 2021
.

İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI

Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd

18 sentyabr 2021
.

Broyler toyuqlarında da koronavirus aşkarlandı

Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb

16 sentyabr 2021
.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021