Paşinyanın humanizm SƏRSƏMLƏMƏSİ – "Nikol düşünür ki, Rusiyada hakimiyyət dəyişəcək"

Paşinyanın humanizm SƏRSƏMLƏMƏSİ – "Nikol düşünür ki, Rusiyada hakimiyyət dəyişəcək""Paşinyanın bu cür simasını nümayiş etdirməsi, onun ikiüzlülüyünün bariz nümunəsidir. O, hansı beynəlxalq güc mərkəzinə səfər edirsə, həmin ölkənin maraqlarına uyğun mövqe sərgiləyir. Nikol Avropada Qərbin, Rusiyada isə Moskvanın maraqlarından çıxış edir".

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı səsləndirib.

Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan Niderland səfərində ölkəsi tərəfindən mina xəritələrinin Azərbaycana verilməsini humanist addım kimi qiymətləndirib. Azərbaycanın bir qrup erməni diversantını Ermənistana təhvil verməməsi isə Paşinyan tərəfindən "qeyri-humanist" addım kimi qələmə verilib.

N.Orduxanlının sözlərinə görə, Ermənistan baş nazirinin bu fikirləri tamamilə cəfəngiyyat və böhtan xarakteri daşıyır:

"Nikolun fikirləri ağ yalandır. Onların Azərbaycana təqdim etdiyi mina xəritələrinin təxminən 20-25%-i reallığı əks etdirir. Lakin Azərbaycan humanizm prinsiplərinə söykənərək, imzalanmış kapitulyasiya aktından sonra saxladığı terrorçuların bir neçəsini qarşı tərəfə təhvil verib. Prezident İlham Əliyev Paşinyandan fərqli olaraq, hər zaman atdığı imzanın, verdiyi sözün arxasında dayanıb, beynəlxalq prinspiləri qoruyub".

Politoloq qeyd edib ki, Azərbaycan hərbçiləri bəzi hallarda ərazilərimizə daxil olan mülki erməniləri belə ölkələrinə təhvil verir:

"Paşinyan cəfəng danışmaqla Azərbaycanın beynəlxalq imicinə xələl yetirməyə cəhd göstərir. Lakin Nikol bununla heç nəyə nail ola bilməyəcək. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan beynəlxalq təşkilatların müraciəti ilə bir qrup erməni yaraqlısını geri qaytarıb".

N.Orduxanlı 2020-ci il 10 noyabrdan sonra Paşinyanın Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsinə imza atmaqdan müxtəlif bəhanələrlə yayındığına da diqqət çəkib:

"Bu cür böhtan xarakterli fikirlər spekulyasiyaların bir parçasıdır. Paşinyanın bu ritorikanı seçməsi Rusiya-Ukrayna müharibəsinin davam etməsi ilə də bağlıdır. Onlar düşünürlər ki, müharibə Rusiyada dəyişikliklərə, Putinin hakimiyyətdən devrilməsinə gətirib çıxara bilər. Bu cür bəhanələrlə Paşinyan vaxt uzadıb, əlverişli situasiyanı gözləyir. Lakin Paşinyan unutmamalıdır ki, növbəti dəfə yanlışlığa yol verərsə, ölkəsi daha acınacaqlı durumla qarşılaşa bilər"./Bizim.Media


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1557   Tarix: 14 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq texnika verib

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon ABŞ dolları dəyərində nəqliyyat və xüsusi avadanlıq təhvil verib. xəbər verir ki, bu barədə Ermənistan mediası ABŞ-nin Ermənistandakı səfirliyinə istinadən məlumat yayıb. Təhvil-təslim ABŞ Dövlət Departamentinin ixrac nəzarəti və sərhəd təhlükəsizliyi (EXBS

23 oktyabr
.

Rusiya Kiyevə 21 ballistik raket atdı

Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumları həyata keçirib. The Guardian-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqlamasına görə, Rusiya qüvvələri Kiyevə üç dalğa ilə azı 21 ballistik raket atıb. Hücumlar nəticəsində paytaxtda yaşayış evləri və enerji infrastruktur

23 oktyabr
.

ABŞ-da ilginc yatırım: Klonlaşdırılmış itlər ordusu yaradılır

ABŞ-da ordu üçün xidməti itləri klonlaşdırmaq və genetik modifikasiya etmək üçün startap yaradılır. Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Startap proqram təminatı sahibkar Ben Lammın köməyi ilə yaradılır. İmzalanmış müqaviləyə əsasən startap ölkə daxilind

23 oktyabr
.

Dünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər

İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c

22 oktyabr
.

R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb

Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə

24 oktyabr
.

ABŞ-də ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto

ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo

24 oktyabr
.

Argentina məhkəməsi prezidentə qarşı kriptovalyuta qalmaqalı ilə bağlı işi rədd etdi

"La Nacion" qəzetinin verdiyi məlumata görə, Argentina məhkəməsi prezident Xavyer Milliyə qarşı kriptovalyuta qalmaqalı ilə bağlı qaldırılan işi ləğv edib. xəbər verir ki, Federal hakim Marselo Martinez de Georgi prezidentin hərəkətlərində heç bir cinayət tərkibi olmadığı qənaətinə gəldi. Keçə

24 oktyabr
.

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Cənubi Koreyanın "Yonhap" agentliyi yayıb. Kim Çen Inın Çinə səfəri bu yaxınlarda Dandun bölgəsində iki ölkə arasında yeni açılan körpü vasitəsilə baş tutduğ

24 oktyabr
.

Zelenski: "Rusiyanın nəzarətində olan ərazilərdən imtinanı heç vaxt qəbul etməyəcəyik"

Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna münaqişəni mövcud döyüş xətti boyunca donduraraq müharibəni ən qısa zamanda bitirməyə hazırdır. xəbər verir ki, bu barədə ölkə başçısı "ABC News" media resursuna verdiyi müsahibəsində qeyd edib. Onun sözlərinə görə, rəsmi Kiyev Rusiyanın nəzarətind

24 oktyabr